Modern.az

Azərbaycan jurnalistikasında yeni “xəstəlik” yaranır

Azərbaycan jurnalistikasında yeni “xəstəlik” yaranır

Media

24 Noyabr 2016, 12:45

Son zamanlar Azərbaycan mediası xarici xəbərlərə həddən artıq yer verir. Hətta ən aparıcı media qurumlarının nümayəndələri özlərinin də xəbəri olmadan xarici KİV-lərin az qala girovuna çevrilirlər. Nəzər salmısınızsa, jurnalistlər “filan xəbəri mən səndən öncə götürmüşəm, niyə mənə istinad etmirsən” “xəstəliyinə” tutulublar.  

Jurnalistikada vəziyyətin bu şəkil alması nə ilə bağlıdır?

 

Narahat olmağa dəyməz

 

“Bakı xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyev media orqanlarının ixtisaslaşma mərhələsinə daxil olduğunu bildirib.

“Yəni media orqanları özləri üçün seçim edirlər ki, ölkədaxili və ya beynəlxalq məlumatlar versinlər. Bu media orqanlarının seçdiyi bir fəaliyyət növüdür. Vacib olan əsas şərt obyektivliyin olmasıdır. Hər halda media orqanları öz nüfuzları ilə bağlı bilgilidir”.

Baş redaktor qeyd edib ki, bəzi media orqanları  beynəlxalq xəbərlərə üstünlük verməklə  daha çox nüfuz qazanacaqlarını düşünürlər.

 

“Hər halda bu da bir sınaqdır. Bir neçə müddətdən sonra hər kəs təyin edəcək ki, media orqanlarının beynəlxalq və ya ölkədaxili xəbərlərə meyl etməsi onun nüfuzuna təsir edir ya yox. Bundan heç də narahat olmağa dəyməz”.

Aydın Quliyev bəzi media orqanlarının analitika ilə xəbərin fərqinə lazımı qədər əhəmiyyət verə bilmədiklərini də deyib.

 

“O yerdə ki, xəbər qıtlığı var, analitikaya üstünlük verməklə həmin boşluğu doldurmaq mümkündür. Yəqin ki, media orqanları buna nəzər yetirəcəklər”.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə media orqanlarının ixtisaslaşma mərhələsinə daxil olduğunu bildirib.

“Yəni media orqanları özləri üçün seçim edirlər ki, ölkədaxili və ya beynəlxalq məlumatlar versinlər. Bu media orqanlarının seçdiyi bir fəaliyyət növüdür. Vacib olan əsas şərt obyektivliyin olmasıdır. Hər halda media orqanları öz nüfuzları ilə bağlı bilgilidir”.

Baş redaktor qeyd edib ki, bəzi media orqanları  beynəlxalq xəbərlərə üstünlük verməklə  daha çox nüfuz qazanacaqlarını düşünürlər.

“Hər halda bu da bir sınaqdır. Bir neçə müddətdən sonra hər kəs təyin edəcək ki, media orqanlarının  beynəlxalq və ya ölkədaxili xəbərlərə meyl etməsi onun nüfuzuna təsir edir ya yox. Bundan heç də narahat olmağa dəyməz”.

Aydın Quliyev bəzi media orqanlarının analitika ilə xəbərin fərqinə lazımı qədər əhəmiyyət verə bilmədiklərini də deyib.

“ O yerdə ki, xəbər qıtlığı var, analitikaya üstünlük verməklə həmin boşluğu doldurmaq mümkündür. Yəqin ki, media orqanları buna nəzər yetirəcəklər”.

 

Hər hansı bir istinad və “copy paste” üzərində qurulan medianın gələcəyi yoxdur

 

"Teleqraf Holdinq"in Aynur Camalqızı hər bir media orqanının öz dəsti-xətti olduğunu bildirib.

“Elə media orqanları varki, yerli xəbərlərlə işləyir. Reallıq da bundan ibarətdir ki, hazırda Azərbaycan  xəbər bolluğunda olan məkan və region deyil. Yəni biz ölkə hüdudlarından kənara çıxmama kimi bir fəaliyyət göstərə bilmərik. Onda bizim yazdıqlarımız maraqsız və sönük olar. Ona görə də media orqanları həm yerli həm də xarici xəbərlərə önəm verməlidir. Həmin xəbərlərin içərisindən oxucu üçün ən maraqlı  və lazımlıları seçilməlidir. Hər bir xəbərin aktuallığını nəzərə alaraq yaymaq lazımdır. Fərqi yoxdur hadisə Azərbaycanda və ya Amerikada baş verib. Medianın əsas iş prinsipi xəbər yaymaqdır”.

Baş redaktor  bildirib ki, bəzi media orqanları öz işlərini istinad üzərində qururlar.

“Bu da tamamilə yanlışdır. Hər bir media orqanının kollektivi olmalıdır. Həmin kollektivdə çalışan əməkdaşlar isə xəbər istehsal etməlidirlər. Hər hansı bir istinad və “copy paste” üzərində qurulan medianın gələcəyi yoxdur. Özümüz də buna şahid oluruq ki, belə media orqanları yaranır və tez bir zamanda fəaliyyətlərini dayandırırlar”.

 

“Bunu sensasion başlıqla oxucuya sırımağın bir adı var: Şarlatanlıq”

 

Azvision.az-ın baş redaktoru Vüsal Məmmədov öncə Azərbaycanın çox kiçik ölkə olduğunu deyib.

“Daxildə siyasi proseslər qaynamır, müxalifət yox kimi bir şeydir, incəsənət, idman həyatı dar miqyasdadır, elm həyatı faktiki yoxdur... İqtisadiyyatda elə də böyük proseslər getmir, səhmlərin qiyməti düşüb-qalxmır... Hadisələr əsasən sosial və kriminal sferalarda yaşanır, onları da nə qədər yazmaq olar?”

Baş redaktor bildirib ki, maraqlı proseslər dünyada daha çox baş verir.

“Nəzərə alsaq ki, indi - qlobalizm dövründə dünya çox balacadır, bütün o proseslərin bizə də dəxli var. Yəni "Apple" şirkəti nəsə etdisə, feysbukda yeni funksiya yarandısa, dollar gücləndisə, qlobal siyasi proseslərdə gərginlik yaşanırsa, bunlar bizim də həyatımıza müəyyən dərəcədə təsir göstərən hadisələrdir. Ona görə də, onları yazmaq normaldır”.

Vüsal Məmmədov xarici dövlətlərin kriminal, sosial hadisələrini sensasiya kimi dərc etməyi heç cür qəbul edə bilmədiyini də qeyd edib.

“Almaniyada, yaxud Türkiyədə kimsə kimisə zorlayıbsa, öldürübsə, soyunubsa, bunu sensasion başlıqla oxucuya sırımağın bir adı var: Şarlatanlıq”.

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır