Modern.az

Bakı Metropoliteni qiymət artımı üçün Tarif Şurasına müraciət edib?

Bakı Metropoliteni qiymət artımı üçün Tarif Şurasına müraciət edib?

İqtisadiyyat

28 Noyabr 2016, 10:09

İqtisadçı Qubad İbadoğlu növbəti bahalaşma anonsu verib. O bildirib ki, gözlənilən qiymət bahalaşmalarından biri də metroda sərnişinlər üçün gediş haqqının artırılması ola bilər.

İqtisadçı deyib ki, bunun üçün müəyyən zəmin hələ bu il iyulun 15-dən sonra elektrik enerjisinin qiymətinin artırılması zamanı yaranmışdı: “O zamandan olan gözləntilərə 2017-ci ilin büdcə layihəsi son qoya bilər. Belə ki, 2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu isə o deməkdir ki, "Bakı Metropoliteni" QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsi üçün gələn il büdcədən ayrılacaq subsidiya, bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb. Beləliklə də yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilə bilər”.

Q. İbadoğlu hesab edir ki, bu artımın gələn il yanvarın 1-dən etibarən reallaşması mümkündür: “Yəqin ki, rəsmilər bu qərarı xüsusilə də Avropa və ABŞ-da olan qiymətlərlə müqayisə edib, əsaslandırmağa çalışacaqlar. Həqiqətən də dollarla ifadə olunan belə müqayisələr Azəurbaycanda qiymətlər ucuzdur deməyə əsaslar yaradır”.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a deyib ki, hazırda metroda gediş haqlarının artırılması müzakirə olunmur:

“Bunun üçün Tarif Şurasına (TŞ) müraciət olunmayıb”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı