23 aprel 2017, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - Sabir Rüstəmxanlı xanımına şeir YAZDI: “Yaşını demə”
Sabir Rüstəmxanlı xanımına şeir YAZDI: “Yaşını demə”
29.11.2016, 09:47

Xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlı həyat yoldaşı, ictimai fəal Tənzilə Rüstəmxanlının ad gününü ona illər öncə yazdığı şeirlə təbik edib.

Modern.az saytı şairin indi ictimailəşdirdiyi şeirini təqdim edir:

Tənzilənin ad gününə


Ad günün mübarək sevincim, dərdim,
Bu günə ən gözəl duyğumu verdim, 
Sevgim gül-çiçəkdir, yoluna sərdim,
Çiçək yaşındasan, yaşını demə!

Bəlkə bahar gəldin, bəlkə qış gəldin,
Bəlkə məzarıma soyuq daş gəldin
Nə zaman gəldinsə mənə xoş gəldin
İstək yaşındasan, yaşını demə!

Həsrətim sel idi axını sənə,
Nə qədər nəğməm var, oxunur sənə,
Gülün ləçəyi də toxunar sənə,
Kövrək yaşındasan, yaşını demə!

Günəş şəfəqindən endirib bəlkə,
Məni bəxt atına mindirib bəlkə,
Allah cənnətindən göndərib bəlkə,
Mələk yaşındasan, yaşını demə!

Qanımı qaynadır, səndən hər soraq,
Ruhumu dincəldir bu ev, bu otaq,
Sirrimi oxuyan, dərdimə ortaq,
Kömək yaşındasan, yaşını demə!

Sevgi yaşayırsa ilin fərqi yox,
Könlüm sənindirsə, dilin fərqi yox,
Sinəmdə, sinəndə, gəlin, fərqi yox,
Ürək yaşındasan, yaşını demə!

28 noyabr,1996.

(Çətin ömür yolumın etibarlı yoldaşı, əziz Tənzilə xanım, doğum günün dolayısıyla Səni təbrik edirəm. Nə yaxşı ki, bu şerin yazıldığı gündən keçən iyirmi il heç nəyi dəyişə bilməyib; nə Səni, nə bu misraları doğuran duyğuları...).

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.04.2017, 23:26

İŞİD İraqda dinc sakinləri atəşə tutdu: 10 ölü

23.04.2017, 23:25

Tramp 72 ilin rekordunu TƏZƏLƏDİ

23.04.2017, 23:09

Azərbaycanlı "Avropanın ən yaxşı gənc cüdoçusu" oldu

23.04.2017, 23:07

İngilis futbol əfsanəsinin qalmaqallı Azərbaycan XATİRƏLƏRİ: “Stadionda inəklər otlayırdı”

23.04.2017, 22:49

Fransada aksiyalar BAŞLADI

23.04.2017, 22:38

Fransada prezident seçkilərinin I turu başa çatdı – Qarabağı Ermənistana “vermək” istəyən II tura çıxdı                     

23.04.2017, 22:13

Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatı ...

23.04.2017, 22:01

Alimlərdən yaddaşın möhkəmləndirilməsi ilə bağlı yeni KƏŞF

23.04.2017, 21:43

Fransada prezident seçkilərində Emmanuel Makron rəqiblərini QABAQLADI

23.04.2017, 21:18

Qırğızıstanda torpaq sürüşməsi 2 can aldı

23.04.2017, 21:02

Tovuzda kartof sahələrində xəstəlik yayılıb

23.04.2017, 20:45

Donbasda ATƏT əməkdaşı öldü

23.04.2017, 20:29

Çempionluq kuboku "Qarabağ"a təqdim edilib

23.04.2017, 20:15

İranda bir ildə 3190 narkotik istifadəçisi ölüb

23.04.2017, 18:09

Xətaidə taxta tikili və avtomobil yanıb

23.04.2017, 16:50

Fransada seçicilərin 28,54 faizi səsvermədə iştirak edib

23.04.2017, 16:26

BMT baş katibi Bəşər Əsədi təbrik edib​​​​​​

23.04.2017, 16:09

Somalidə partlayış: 8 ölü, 3 yaralı

23.04.2017, 15:26

Lənkəranda 4 otaqlı evdə yanğın olub

23.04.2017, 14:27

Şirvanda əri tərəfindən döyülən qadın bətnindəki uşağı itirib

23.04.2017, 14:08

Rusiyada qızıl yatağında uçqun: 2 ölü, 1 yaralı

23.04.2017, 13:25

Mədət Quliyev gitara çalıb, rus dilində mahnı oxudu-VİDEO

23.04.2017, 13:05

Selanikdəki Türkiyə konsulluğuna molotovlu hücum olub

23.04.2017, 12:30

Sabah yağış, qar yağacaq, dolu düşəcək

23.04.2017, 12:05

Erməni Rusiyada kafede atəş açıb, yaralananlar var

23.04.2017, 11:36

Kitablar haqqında nə bilirik? - MARAQLI

23.04.2017, 11:01

Türkiyədə 2 əsgər şəhid olub

23.04.2017, 10:24

Azərbaycan bu qurğunun tikintisinə 859 milyon dollar ayırıb

23.04.2017, 10:20

Şəmkirdə iki nəfər kimyəvi maddədən zəhərlənib

23.04.2017, 09:49

Ermənistan silahlı bölmələri atəşkəsi 114 dəfə pozub

23.04.2017, 09:46

Bu gün Fransada prezident seçkilərinin birinci turu keçiriləcək

23.04.2017, 09:39

Xaçmazda 5 otaqlı ev yanıb

23.04.2017, 09:26

Şimali Koreya Avstraliyanı nüvə zərbəsi ilə hədələyib

23.04.2017, 09:20

Çilidə 5,9 bal gücündə zəlzələ baş verib

23.04.2017, 09:08

Sarayda "Mercedes" yanıb   

ARXİV