23 yanvar 2017, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - Rövnəq Abdullayev Samir Şərifova cavab verə bilmir
Rövnəq Abdullayev Samir Şərifova cavab verə bilmir
03.12.2016, 09:28

Tarif Şurası mavi yanacaq və elektrik enerjisinin qiymətini qaldırdıqdan sonra müəyyən dövlət qurumları bunu səssiz qarşılaya bilmədi.

 

Maliyyə naziri Samir Şərifov 2017-ci ilin büdcə müzakirələri zamanı qazın qiymətinin artırılmasına mövqeyini belə ifadə edib. “Qazın qiymətinin qaldırılmasına görə SOCAR rəhbəri Rövnəq Abdullayev aydınlıq gətirməlidir”.

 

Maraqlıdır ki, ölkədə birinci və ikinci devalvasiyadan sonra hansısa qurum rəsmisi bədbin proqnozla çıxış etmirdi. Dünya bazarında neftin qiymətinin aşağı olması, Azərbaycanın neftdən gələn gəlirdən asılılığı, üstəlik, dolların məzənnəsinin milli valyutanı üstələməsinə baxmayaraq, kimsə vəziyyətin necə olacağı barədə düşünmürdü. 

 

İndiki reallıqda isə iqtisadi ab-hava fərqlidir. Maliyyə naziri, qazın qiymətinin qaldırılmasına görə, SOCAR rəhbərliyindən cavab gözləyir.

 

Vəziyyətin bu formada cərəyan etməsinin səbəbləri nədir?

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-açıqlamasında məsələyə belə aydınlıgətirib. “Bu o deməkdir ki, hökumət nümayəndələri öz içində kifayət qədər dialoq aparmır. Ona görə də dialoq olmayan yerdə belə nəticələr olur. Bizdə vəziyyət bir qədər fərqlidir.

 

Təssəvvür edin, hərə yemək masasına bir şey gətirir. Amma süfrədə harmoniya yoxdur. Azərbaycanda hökumət, rübdə bir dəfə prezidentin yanında hesabat vermək üçün toplanırlar. Əslində isə geniş şəkildə hökumətin iclasları keçirilmir.

 

Tutaq ki, iclas keçirilir. O zaman nə müzakirə olunur?! Hökumətin “Respublika” qəzetində belə, mövqeyi görünmür. Hökumət məşq etməlidir. İdmançı məşq edir ki, oyunda onun nəticəsi yaxşı olsun. Bizim hökumətdə də məşq prosesi yoxdur. 3 ya da 4 nazir rübdə bir dəfə çıxış edir. Bununla da məsələ bitmiş olur. Hər zaman da müsbət məsələlər danışılır. Heç vaxt görməmişəm ki, tənqidi nəsə olsun”.

İlham Şaban, Azərbaycan hökumətini xarici dövlətlərin hökuməti ilə də müqayisə edib. 

 

“Qonşu Türkmənistanı götürək. Hətta orada belə praktika yoxdur. Türkmənistanda hər həftənin cümə günü hökumətin iclası keçirilir. Hər şənbə günü “Neytral Türkmənistan” qəzetində hökumətin iclasında baş verənlər yazılır. Rusiyada isə hər bazar ertəsi hökumətin iclası olur və baş nazir iclası keçirir. Azərbaycanda isə bu formada hər həftə hökumətin iclasları keçirilmir. Ən azı biz bunun şahidi olmamışıq”.

 

Namidə BİNGÖL


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.01.2017, 12:21

Qırmızı Xaç Komitəsindən meyiti ermənilərdə qalan əsgərimiz haqda yeni AÇIQLAMA

23.01.2017, 12:15

Füzulidə yas mərasimlərindəki israfçılığa son qoyulub

23.01.2017, 12:12

Dollar BAHALAŞDI: 1.86 AZN-ə YAXINLAŞDI

23.01.2017, 12:12

Kanada vətəndaşı olmaq asanlaşacaq

23.01.2017, 12:08

Köçkünlərin güzəştləri LƏĞV EDİLİR

23.01.2017, 12:07

Prezident hökumət əleyhinə etirazlara dəstək verdi

23.01.2017, 11:58

“Azərbaycanlı jurnalistin Lavrova verdiyi sual ola bilsin ki, uğurlu deyildi”

23.01.2017, 11:51

Moskva aeroportlarında 36 reys təxirə salınıb, 11-i gecikir

23.01.2017, 11:50

Jurnalisti Polad Bülbüloğlu işdən çıxartdırıb? - Səfirlikdən AÇIQLAMA

23.01.2017, 11:35

“The Washington Times”: Tramp Qarabağ məsələsini həll edib Nobel ala bilər  

23.01.2017, 11:31

Tanınmış jurnalist Çingiz Sultansoy Almaniyadan sığınacaq aldı

23.01.2017, 11:16

BP-nin vitse-prezidenti BANM-da

23.01.2017, 11:10

Prezident yeni hərbi şəhərciyin açılışında iştirak edib

23.01.2017, 11:03

Qarabağda 4-cü uşağı olan ermənilərə 4 min dollar hədiyyə

23.01.2017, 10:56

Türkiyədə başqanlıq sistemi - Siyasi araşdırmaçılar nə deyir?

23.01.2017, 10:48

Azərbaycanın  ATƏT-dəki Daimi Nümayəndəliyinin BƏYANATI

23.01.2017, 10:43

Kapital Bank 20 000 manatadək nağd pul krediti təklif edir

23.01.2017, 10:39

Ermənilər cəbhədə itki verdilər

23.01.2017, 10:38

Cəbhədə monitorinq olacaq

23.01.2017, 10:36

Keçmiş prezident 11 milyon dolları götürüb ölkədən qaçdı

23.01.2017, 10:36

Nazir qaranlıqda qaldı

23.01.2017, 10:03

Gülər Əhmədova HİRSLƏNDİ: “Yerə soxum sizi, tupoylar”

23.01.2017, 09:57

Azərbaycanda meyitdən orqan köçürmək 2 qayda əsasında mümkün olacaq

23.01.2017, 09:50

Trampın xanımının çılpaq şəkilləri nümayiş ediləcək

23.01.2017, 09:48

Cəbhədə erməni TƏXRİBATI...

23.01.2017, 09:39

Tramp Netanyahunu Vaşinqtona dəvət etdi

23.01.2017, 09:33

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

23.01.2017, 09:27

Bu gün AŞPA-nın qış sessiyası BAŞLAYIR

23.01.2017, 09:22

Azərbaycanda siqaret çəkənlərin STATİSTİKASI

23.01.2017, 09:20

İmişlidə binada yanğın: 2 nəfər təxliyə olundu

23.01.2017, 08:52

“Dolların ucuzlaşmasına ümid etmək sadəlövhlükdür”

23.01.2017, 00:56

Qar uçqunu 3 nəfərin həyatına son qoyub

23.01.2017, 00:43

"Azadlıq" qəzetinin rəhbəri ölkəni tərk edib

23.01.2017, 00:30

AŞPA-nın qış sessiyası bu gündən öz işinə başlayır

23.01.2017, 00:16

İstanbula uçan təyyarə İranda məcburi eniş edib

ARXİV