28 iyul 2017, Cümə
Ana Səhifə - TƏHSİL - Ölkədə ən yüksək bal toplayan müəllim: “Hələ “Əməkdar müəllim” adı almamışam” - MÜSAHİBƏ
Ölkədə ən yüksək bal toplayan müəllim: “Hələ “Əməkdar müəllim” adı almamışam” - MÜSAHİBƏ
09.12.2016, 12:43

Xəbər verdiyimiz kimi dekabrın 8-də Kürdəmir rayonunda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.

Kürdəmir rayonundan coğrafiya müəllimi Xəyalə Veyisova maksimum - 60 bal toplayaraq ən yüksək nəticə göstərib.

Müəllimə əldə etdiyi nailiyyətlə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

- Neçə ildir müəllim kimi fəaliyyətdəsiniz?

- Artıq 13 ildir ki, müəllim işləyirəm. İlk dəfə 2003-cü ildə Dəyirmanlı kənd tam orta məktəbində çalışmışam. 2005-ci ildən etibarən isə Kürdəmir şəhər 2 nömrəli tam orta məktəbində çalışıram.

- 13 il müəllim fəaliyyəti üçün az müddət deyil. Bilmək istəyirdik ötən müddət ərzində şagirdlərinizdən uğur qazananlar, hansısa yarışmalarda, olimpiadalarda yüksək nəticə göstərənlər olubmu?

- Əlbəttə. Bunu saymaqla qurtarmaq olmaz. Mən dərs saatından əlavə olaraq repetitorluqla da məşğulam. Həm öz məktəbimizin müəllimlərin, həm də rayonun şagirdləri mənim yanıma hazırlığa gəlir. Mənim hazırlaşdırdığım şagirdlər arasında yüksək dövlət strukturlarında işləyənlər, vəzifə tutanlar var. Bunlar mənim uğurumdur.

- Dediniz ki, müəllimlər hazırlığa gəlir. Müəllim müəllimin yanına niyə hazırlığa gəlir ki?

- Mən həm də müəllimlərin işə qəbulu ilə məşğulam. Yəni müəllimləri işə qəbula hazırlayıram. Kurrikulum, məntiq, ixtisas fənlərindən onlara təlimlər keçirəm. Bir sözlə müəllimlərə də repetitorluq edirəm. Çünki mən özüm kurikulum və İKT-nin təhsilə tətbiqi üzrə təlimçi olmuşam.

-İmtahana girərkən ən yüksək nəticəni göstərəcəyinizi hədəfləmişdiniz, yoxsa sürpriz oldu sizə?

-Bu mənim məqsədim idi. Diaqnostik qiymətləndirmə keçiriləcək deyəndə, qarşıma məqsəd qoymuşdum ki, mən 60 bal toplamalıyam. Özümə inanırdım, amma hansısa sualda çətinlik çəkə biləcəyimi də istisna etmirdim. Məsələn, 59 bal toplasaydım, çox pis olardım. Deyirdim ki, balım 55 olsun, amma 59 olmasın. Özümü aşağı nəticəyə hazırlasam da, bununla razılaşa bilmirdim. Yüksək nəticəni əminliklə gözləsəm də, hansısa sualda səhv ehtimalını da düşünürdüm. Amma nəticə həm sürpriz, həm də gözlədiyim kimi oldu. Yəni nəticələr mənim arzularımla üst-üstə düşdü.

-Diaqnostik qiymətləndirmədəki sualların çətinlik səviyyəsi necə idi?

- Əsl imtahan idi. Saytda düşə biləcək suallarla bağlı nümunələr qoyurdular. Amma onlar o qədər də müəllimi düşündürən, çətin suallar deyildi. İmtahandakı suallar isə həm aşağı, həm orta, həm də yüksək səviyyədə idi.

- Kürdəmirdə kifayət qədər nailiyyət qazanmısınız. Bəs, Bakıdan iş təklifi  gələrsə, qəbul edərdinizmi?

- Əslində bir neçə dəfə təkliflər gəlib. Sadəcə, məni qane etməyib. Əgər qane edən təklif olarsa, təbii ki, gələrəm. Təklif məni maraqlandıran, kariyeramı inkişaf etdirməyə kömək olan məsələləri əhatə edərsə, paytaxta köçməyim mümkün olar.

- Gələcək üçün hədəfləriniz nədən ibarətdir? Yəni fəaliyyətinizi sırf müəllim kimi davam etdirmək istəyirsiniz, yoxsa daha yüksək mərtəbələrimi hədəfləmisiniz?

- Hədəflərim çoxdur. Çünki yaşım o qədər də çox deyil. Amma bu yaşıma qədər qazandıqlarımı qazanmışam. Hədəflərimdən biri də “əməkdar müəllim” adını almaqdır. İnşallah bu hədəfimə də çatacağıma inanıram. Amma istəyirəm ki, öz sahəmdə daha çox elmlə məşğul olum. Mən magistraturaya qəbul olunmuşam, amma əyani olduğuna görə davam etdirə bilməmişəm. Çünki həm işləmək, həm də oxumaq mümkün olmayıb. Ona görə təhsilimi davam etdirmək istəyirəm.

 

Gülşən RAUFQIZI

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyə İraqın şimalını bombaladı 
28.07.2017, 10:28

Türkiyə İraqın şimalını bombaladı 

Gülnarə Kərimova həbs olundu
28.07.2017, 10:27

Gülnarə Kərimova həbs olundu

Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır   
28.07.2017, 10:22

Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır  

DİM abituriyentlərə şikayət üşün ünvan göstərdi
28.07.2017, 10:12

DİM abituriyentlərə şikayət üşün ünvan göstərdi

Azərbaycanda 4 məhkum xəstəlikdən ölüb
28.07.2017, 10:01

Azərbaycanda 4 məhkum xəstəlikdən ölüb

Ermənistan atəşkəs rejimini 144 dəfə pozdu
28.07.2017, 09:58

Ermənistan atəşkəs rejimini 144 dəfə pozdu

AvroLiqada 3-cü mərhələnin ilk oyunları - Bütün NƏTİCƏLƏR  
28.07.2017, 09:46

AvroLiqada 3-cü mərhələnin ilk oyunları - Bütün NƏTİCƏLƏR  

Abbas Abbasov gizli toplantılar keçirir
28.07.2017, 09:40

Abbas Abbasov gizli toplantılar keçirir

Yasamalın “vurulan” başçısını kim əvəz edir...
28.07.2017, 09:37

Yasamalın “vurulan” başçısını kim əvəz edir...

Bakıda məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı artırılacaq
28.07.2017, 09:17

Bakıda məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı artırılacaq

Nazirlikdən XƏBƏRDARLIQ: Bu gün açıq havada gəzməyin!
28.07.2017, 09:10

Nazirlikdən XƏBƏRDARLIQ: Bu gün açıq havada gəzməyin!

Bakıda 7 mağaza eyni vaxtda yandı
28.07.2017, 09:00

Bakıda 7 mağaza eyni vaxtda yandı

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ
28.07.2017, 08:56

Dollar və manatın bugünkü MƏZƏNNƏSİ

İstanbulda güclü partlayış  - VİDEO
28.07.2017, 00:56

İstanbulda güclü partlayış  - VİDEO

Dünyanın ən varlı adamı: Bill Qeytsi Ceff Bezos əvəzlədi
28.07.2017, 00:37

Dünyanın ən varlı adamı: Bill Qeytsi Ceff Bezos əvəzlədi

“Qəbələ” “Panatinaikos”a məğlub oldu - Yenilənib
28.07.2017, 00:21

“Qəbələ” “Panatinaikos”a məğlub oldu - Yenilənib

Bakıda qadın həyat yoldaşını bıçaqlayıb
28.07.2017, 00:13

Bakıda qadın həyat yoldaşını bıçaqlayıb

Türk İSLAMI və Ərəb MÜSƏLMANLIĞI   
27.07.2017, 23:57

Türk İSLAMI və Ərəb MÜSƏLMANLIĞI  

Tovuzlu gənc alkaqoldan komaya düşdü
27.07.2017, 23:43

Tovuzlu gənc alkaqoldan komaya düşdü

Müsəlman Qardaşlar Assosiasiyasının 58 tərəfdarına ömürlük həbs
27.07.2017, 23:29

Müsəlman Qardaşlar Assosiasiyasının 58 tərəfdarına ömürlük həbs

Azərbaycan nefti bahalaşdı
27.07.2017, 23:04

Azərbaycan nefti bahalaşdı

Toyuq dönərindən qida zəhərlənməsi riski - VİDEO
27.07.2017, 22:51

Toyuq dönərindən qida zəhərlənməsi riski - VİDEO

Kimsə xoşuna gəlirsə, onu ürəyində gizlətmə, söylə - ŞƏRQ MÜDRİKLƏRİNİN SAĞLAMLIQ DÜSTURU
27.07.2017, 22:44

Kimsə xoşuna gəlirsə, onu ürəyində gizlətmə, söylə - ŞƏRQ MÜDRİKLƏRİNİN SAĞLAMLIQ DÜSTURU

Vladimir Putinin də içdiyi çay - 17 MÖCÜZƏVİ FAYDA
27.07.2017, 22:41

Vladimir Putinin də içdiyi çay - 17 MÖCÜZƏVİ FAYDA

Venesuelada küçə etirazlarına qadağa qoyuldu
27.07.2017, 22:30

Venesuelada küçə etirazlarına qadağa qoyuldu

Azərbaycan Pakistandan 10  təlim-məşq təyyarəsi alıb
27.07.2017, 22:14

Azərbaycan Pakistandan 10  təlim-məşq təyyarəsi alıb

İŞİD Suriyadan qaçır
27.07.2017, 21:59

İŞİD Suriyadan qaçır

Abxaziyada təyyarə qəzası: 3 ölü
27.07.2017, 21:41

Abxaziyada təyyarə qəzası: 3 ölü

Bakıda Çinin Silahlı Qüvvələri günü qeyd edildi
27.07.2017, 21:26

Bakıda Çinin Silahlı Qüvvələri günü qeyd edildi

33 bələdiyyə sədri barədə məhkəmələrə müraciət edilib
27.07.2017, 21:12

33 bələdiyyə sədri barədə məhkəmələrə müraciət edilib

Nabranda istirahət mərkəzində kütləvi dava
27.07.2017, 20:57

Nabranda istirahət mərkəzində kütləvi dava

Həbsdən azad edilənlərin sayı isə 28 faiz artıb
27.07.2017, 20:44

Həbsdən azad edilənlərin sayı isə 28 faiz artıb

Kəskin hava şəraiti İstanbulda həyatı iflic etdi - VİDEO
27.07.2017, 20:30

Kəskin hava şəraiti İstanbulda həyatı iflic etdi - VİDEO

Naxçıvanda eneolit mədəniyyətinə aid abidələr aşkarlandı
27.07.2017, 20:16

Naxçıvanda eneolit mədəniyyətinə aid abidələr aşkarlandı

İran ilk kosmik daşıyıcı raketi sınaqdan keçirdi
27.07.2017, 20:02

İran ilk kosmik daşıyıcı raketi sınaqdan keçirdi

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(19.0%)
- İmtahanlar bir dəfə keçirilməliydi(3.17%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(52.3%)
- İmtahan testləri çətinləşdirilmişdi(7.93%)
- İmtahanlar asan keçdi(1.58%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(3.17%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(12.6%)