29 mart 2017, Çərşənbə axşamı
Ana Səhifə - TƏHSİL - Dillər Universitetinə yeni rektor əvəzi təyin olundu
Dillər Universitetinə yeni rektor əvəzi təyin olundu
21.12.2016, 20:53

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsinin icrasının həmin universitetin Elmi işlər üzrə prorektoru Dünyamin Yunusova həvalə edilməsi barədə Təhsil Nazirliyinin əmri qüvvədən düşmüş hesab olunub.


Bu barədə Modern.az saytına ADU-nun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ADU-nun rektoru vəzifəsinin icrası universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevə həvalə edilib. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev universitetin Rektoryanı Şurasının iclasında Ə.Abdullayevi kollektivə təqdim edib.

Qeyd edək ki, Ə.Abdullayev ADU-da İngilis dili-Azərbaycan dili ixtisası üzrə təhsil alıb. Universitet illərindən sonra o, Azərbaycan Dövlət Xarici Dillər Universitetinin Aspiranturasında German  dilləri ixtisası üzrə təhsilini davam edib.

1995-ci ildə Azərbaycan sərhədlərindən kənara çıxaraq, magistratura təhsili üçün ABŞ-ın Şərqi Karolina ştatındakı Duke Universitetində 1995-1996-cı illərdə Ali təhsilin idarə olunması ixtisası üzrə Magistr dərəcəsi alıb.

1998-1999-cu illərdə ABŞ-ın Minnesota ştatındakı Minnesota Universitetində Ph.D. proqramında German dilçiliyi (Koqnitiv dilçilik) ixtisası üzrə təhsil alıb. 1999-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun doktoranturasına Dilçilik nəzəriyyəsi – İngilis dilçiliyi ixtisası üzrə qəbul olub.

2000-ci ildə ABŞ-ın Harvard Universitetində Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində  təhsilini davam edib. 2005-ci ildə isə ABŞ-ın Florida Beynəlxalq Universitetində Koqnitiv dilçilik ixtisası üzrə təhsilini başa vurub.

1995-ci ildə ABŞ-da təhsilin idarə olunması üzrə Elmlər Magistri dərəcəsi aldıqdan sonra, 1997-ci ildə Dilçilik nəzəriyyəsi (AMEA, Dilçilik İnstitutu) üzrə Filologiya elmləri namizədi adına, 2001-ci ildə Filologiya elmləri doktoru adına layiq görülüb. Həmçinin 2000-ci ildən Xəzər Universitetinin, 2001-ci ildən isə ADU-nun professorudur.

Akademik həyatı ilə yanaşı, iş karyerasında da uğurlara imza atıb.

Orta məktəbdə İngilis dili müəllimliyi ilə iş həyatına atılan Ə.Abdullayev ADU-da əvvəlcə Tətbiqi Dilçilik laboratoriyasının laborantı, sonradan isə eyniadlı laboratoriyanın müdiri kimi fəaliyyət göstərib. Bir müddət sonra ADU-nun İngilis dili kafedrasında assistent, ADU-nun İngilis dilinin qrammatikası kafedrasında müəllim, Xəzər Universitetində ingilis dili kafedrasında müəllim, bir müddət sonra Xəzər Universiteti rektorunun köməkçisi, Xəzər Universitetində Humanitar elmlər fakültəsinin dekanı və İngilis dili kafedrasının müdiri olub. 2001-ci ildə ADU-nun Tərcümə kafedrasının professoru vəzifəsinə təyin olunub. 2003-2014-cü illərdə isə ADU-da İngilis dili fakültəsinin dekanı vəzifəsini icra edib.

2014-cü ilin sentyabr ayının 1-dən Azərbaycan Respublikası Təhsil Nazirliyində Akkreditasiya və Nostrifikasiya sektorunda, sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsində çalışıb.

ABŞ-ın və Avropanın 22-dən çox nüfüzlu təqaüdlərinə layiq görülüb. “Senator William Fulbright” təqaüdünü isə 2 dəfə (1998, 2005) qazanıb.

Bundan başqa, o, bir çox nüfüzlu elmi cəmiyyətlərin (ABŞ Tərcüməçilər Assosiasiyasının, ABŞ İngilis dili müəllimləri Cəmiyyətinin, Avropa Dilçilik Cəmiyyətinin, Avropa Koqnitiv Dilçilik Cəmiyyətinin, Avropa Yaddaş, Əqli İnkişaf Cəmiyyətinin) idarə heyətlərinin üzvüdür.

6 dərsliyin (2 dərslik xaricdə ingilis dilində nəşr olunub), 110-dən çox elmi məqalənin (37 məqalə xaricdə nüfuzlu elmi jurnallarda çıxıb) müəllifidir.

2016-cı ilin sentyabrından ADU-nun Tədris işləri üzrə prorektorudur.

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.03.2017, 20:56

İŞİD-in daha bir lideri zərərsizləşdirilib

29.03.2017, 20:39

Şamaxıda torpaq şürüşməsi aktivləşib

29.03.2017, 20:28

Əli İnsanov aprelin 7-də məhkəmə qarşısına çıxarılacaq

29.03.2017, 20:14

Azərbaycandan Qətərə işçi göndərilir - VİDEO

29.03.2017, 20:01

DTX-nin istintaq təcridxanasına başçəkmə həyata keçirilib

29.03.2017, 18:55

Bakı Şopinq Festivalına İtaliyadan xüsusi qonaq gələcək

29.03.2017, 18:50

Ramiz Mehdiyevin kitabı Moskvada nəşr edilib

29.03.2017, 18:33

Həmsədrlər yeni Qarabağ bəyanatı YAYDI

29.03.2017, 18:24

Azərbaycan 10 təyyarə alır

29.03.2017, 18:11

Oqtay Əsədov ATƏT PA sədri ilə görüşüb: “Danışıqlar sonsuza qədər davam edə bilməz”

29.03.2017, 18:07

Tillersonun Türkiyə səfəri – Ankara Vaşinqtonla dil tapa biləcəkmi?

29.03.2017, 17:37

İran təkzib etdi: "Azərbaycanla əlaqələrimizi korlamaq istəyənlər var”

29.03.2017, 17:34

Azərbaycanda bəstəkar qıtlığı var - Bəstəkarlar İttifaqından açıqlama

29.03.2017, 17:23

Dollar BAHALAŞDI

29.03.2017, 17:21

QMİ erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə müraciət etdi

29.03.2017, 17:20

Əbülfəs Qarayevdən idarə müdirlərinə TAPŞIRIQ

29.03.2017, 17:16

Bahar Muradova Sarkisyanla bağlı ATƏT PA-nın sədrinə məktub göndərdi

29.03.2017, 17:14

Rusiyanın tanınmış tarixçisi Xocalı ilə bağlı petisiya YARATDI

29.03.2017, 16:58

Əli Həsənov 31 martdan YAZDI 

29.03.2017, 16:51

Böyük Britaniya Brexit-ə başladı - FOTO

29.03.2017, 16:45

Putin Rusiyanın Baş polisini işdən çıxardı

29.03.2017, 16:39

Taksilərlə bağlı təklif  HAZIRLANIB

29.03.2017, 16:34

Avtobus sürücülərinə XƏBƏRDARLIQ: Ciddi tədbirlər görüləcək

29.03.2017, 16:33

Tanrıya ovcunda torpaq aparan şəhid - FOTOLAR

29.03.2017, 16:21

Bakıda bütün avtobuslar kart sisteminə keçir

29.03.2017, 16:11

“31 marta beynəlxalq miqyasda hüquqi qiymət verilməyib”

29.03.2017, 16:05

“Oyunlar zolağı”nın çəkilişinə başlanılır

29.03.2017, 16:04

İtaliya karabinerləri Azərbaycan kəmərinə qarşı çıxanlarla döyüşür: yaralılar var

29.03.2017, 16:00

“İRƏLİ” İctimai Birliyi həftəsonu təlimləri həyata keçirir         

29.03.2017, 15:53

Məmurlar plan doldururlar – Mal-qaranın sayını “artırır”, at-eşşəyin sayını isə “azaldır”

29.03.2017, 15:51

Ötən il Azərbaycanda baş verən yol qəzalarının STATİSTİKASI

29.03.2017, 15:30

“SOCAR Polymer” Yay Təcrübə Proqramına start verdi

29.03.2017, 15:17

Prezidentin şərəf və ləyaqətini ləkələməyə görə cəzalar daha da sərtləşdirilir - DETALLAR

29.03.2017, 15:05

BDU-da 31 mart soyqırımı qurbanları anılıb - FOTO

29.03.2017, 15:01

Bədbəxt taleli Azərbaycan filmləri...

ARXİV
SORĞU
Hansı ali məktəb daha yaxşı təhsil verir?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası(3.52%)
Azərbaycan Dövlət İqtisad Universiteti(5.63%)
Bakı Dövlət Universiteti(17.6%)
Bakı Ali Neft Məktəbi(1.05%)
Azərbaycan Dillər Universiteti(49.6%)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(2.46%)
Azərbaycan Texniki Universiteti(2.11%)
Azərbaycan Tibb Universiteti(2.46%)
Bakı Slavyan Universiteti(2.11%)
Azərbaycan Dövlət Pedaqoji Universiteti(13.3%)