Modern.az

Obama ilə Ərdoğan arasında telefon DANIŞIĞI...

Obama ilə Ərdoğan arasında telefon DANIŞIĞI...

Dünya

4 Yanvar 2017, 09:29

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Barak Obama arasında telefon danışığı olub. Modern.az saytının xəbərinə görə, bu haqda Türkiyə prezidentinin mətbuat mərkəzindən açıqlama verilib.

 

Liderlər 17 dekabrda Kayseridə törədilən terroru müzakirə ediblər.  Həmçinin Yeni il gecəsi İstanbulda “Reina” gecə klubunda törədilən terror aktı da müzakirə olunub. 

 

ABŞ prezidenti Barak Obama Ərdoğana terrorda həlak olanlara görə başsağlığı verib, yaralılar üçün şəfalar diləyib.

 

Hər iki lider terrorla mübarizədə Türkiyə ilə ABŞ-ın birgə əməkdaşlığının davam edəcəyini vurğulayıb.

 

Obama qeyd edib ki, Suriyadakı atəşkəsin ölkə miqyasında olması üçün Suriya rejimi ilə müxalifət arasınd siyasi müzakirələr başlamalıdır.

 

Obama Türkiyənin Suriyada atəşkəs və münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərini alqışladığını da bildirib.

 

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı