Modern.az

ABŞ-da məşhur stilistlər yeni birinci xanımı geyindirmək istəmir

ABŞ-da məşhur stilistlər yeni birinci xanımı geyindirmək istəmir

14 Yanvar 2017, 21:15

ABŞ-da məşhur stilistlər yeni prezident Donald Trampın xanımı Melania Trampı geyindirməyi rədd edib. Modern.az xarici mediaya istinadən bildirir ki, ABŞ-da Ağ evin yeni birinci xanımı olacaq Melania Trampı kimin geyindirəcəyi müzakirə edilir.

 

Ancaq aralarında birinci xanım Mişel Obamanı da geyindirən məşhur moda dizaynerləri Ağ evin yeni birinci xanımı Trampı geyindirməyi rədd ediblər.

 

Mişel Obama üçün geyimlər hazırlayan dərzi Sofiya Thealletin ABŞ prezidenti seçilən Donald Trampın seçki kampaniyasındakı irqçi, cinsiyyətçi və əcnəbi düşmənçiliyi ritorikalarına görə, Melania Trampı geyindirməyi rədd etməsinin ardından bəzi stilist dizaynerləri da yeni birinci ledini geyindirmək istəmədiyini açıqlayıb.

Thealletın Melania Trampı geyindirməyi rədd etmək çağırışına Tom Ford, Mark Jacobs, Derek Lam kimi moda dizaynerləri da dəstək verib.

Thom Braun Melania Trampı geyindirmə məsələsində vətənpərvərliyin bu vəzifəni öz üzərimə götürməyi tələb edəcəyini bildirərkən, Tommi Hilfiger bəzi dizaynerləri siyasi olmaqla tənqid edib və Melanianın çox gözəl bir qadın olduğunu və stilistin onu geyindirməkdən qürur duyması lazım olduğunu söyləyib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!