Modern.az

Deputatın həyat yoldaşı intihara cəhd göstərdi

Deputatın həyat yoldaşı intihara cəhd göstərdi

Dünya

15 Yanvar 2017, 12:36

Milliyyətçi Hərəkat Partiyasının (MHP) Kocaelidən olan millət vəkili Saffet Sancaklının İstanbulda olan həyat yoldaşı Hülya Sancalının intihara cəhd göstərdiyi iddia edilib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hülya Sancaklının İstanbulda özəl bir xəstəxanada müalicəyə alındığı bildirilib.

 Medicana İnternational İstanbul Xəstəxanası Neyrocərrahiyyə Klinikasının rəhbəribeyin-əsəb cərrahiyyə mütəxəssisi Hidayet Akdemir millət vəkilinin həyat yoldaşının geniş kontekstdə müalicəsinin davam etdiyini söyləyib.

Akdemir jurnalistlərə verdiyi açıqlamada Sancaklının saat 20.30 radələrində odlu silah yaralanması ilə xəstəxana təcili xidmətinə gətirildiyini bildirərək, aparılan ilkin hesablamalarda xəstənin tənəffüs sistemində xəsarət olduğunu deyib. Təcili müdaxilənin ardından xəstənin dərhal əməliyyata alındığını qeyd edən Akdemir, bunları söyləyib:

 

“Əməliyyatda lazımi qanaxmalar dayandırıldı, beyin qoruyucu tədbirlər görüldü. İndi əməliyyat bitdi, xəstə intensiv baxıma alınıb. Bundan sonra beyindəki təzyiqi salmaq üçün tibbi tətbiqi davam edəcək. Xəstəmizin müalicəsi geniş baxımda davam edir".

 

 Hadisədən sonra Ankaradan təyyarə ilə İstanbula gələn Saffet Sancaklı da xəstəxana önündə gözləyən vətəndaşlara təşəkkür edərək, "Dualarınızı gözləyirik", - deyib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı