Modern.az

İŞİD lideri yaralanıb və ağır vəziyyətdədir: İDDİA

İŞİD lideri yaralanıb və ağır vəziyyətdədir: İDDİA

Dünya

23 Yanvar 2017, 21:09

İraq-Şam İslam Dövləti (İŞİD) beynəlxalüq terror qruplaşmasının lideri Əbu Bəkr əl-Baqdadi ağır yaralanıb və kritik vəziyyətdədir.  Modern.az saytı xəbər verir ki, bu iddia ilə Britaniya KİV-ləri çıxış ediblər.

“Mirror” qəzetinin yazdığına  görə, bu informasiyanı ABŞ-ın rəhbərlik etdiyi terror əleyhinə beynəlxalq koalisya hələ ki şərh etmir.

Ancaq jurnalistlərin əldə etdiyi məlumata görə, əl-Baqdadi koalisya qüvvələrinin İraqın şimalındakı Əl-Baac şəhərinə endirdiyi hava zərbələri zamanı yaralanıb.

Pentaqonun keçmiş rəhbəri Eşton Karter əvvəllər bəyan edirdi ki, əl-Baqdadi tez-tez yerini koalisiyanın harada olduğunu müəyyənləşdirə bilməməsi üçün tez-tez dəyişdirir.

ABŞ hakimiyyəti İŞİD liderinin həbsi ilə nəticələnək informasiya verənə 25 milyon dollar təklif edir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı