Modern.az

Avropa ölkələri qaçqınlara adambaşına nə qədər müavinət verir? - SİYAHI

Avropa ölkələri qaçqınlara adambaşına nə qədər müavinət verir? - SİYAHI

Dünya

27 Yanvar 2017, 14:37

Avropa tarixinin ən böyük miqrasiya axınlarından biri ilə üzləşib Şimali Afrika, Yaxın Şərq və digər regionlardan yüz minlərə insan müharibələrdən uzaq yaxşı həyat arxasınca “Qoca qitə”yə üz tutub. Qaçqın kimi ölkəyə gələn həmin şəxslərə Avropa Birliyinə üzv olan ölkələr aylıq müavinət təyin edirlər.


Modern.az
ayrı-ayrı Avropa ölkələrində qaçqınlara təyin olunan müavinətin miqdarınə araşdırıb.

 
Almaniya

2016-cı ildə Almaniya 1,1 milyon qaçqın qəbul edib. Federal hökumət qarşıdakı hər il 350 minə qədər qaçqın qəbul etməyi planlaşdırır. 2012-ci ilə qədər bu ölkədə qaçqınlara ayda 225 avro ödənilirdi. Lakin Konstitusiya Məhkəməsi bu qərarın insanın layiqli yaşaması üçün kifayət etmədiyini əsas gətirərək, aylıq müavinəti 336 avroya qədər qaldırdı. Hazırda statusutndan asılı olaraq, Almaniyada qaçqın miqrantlar ayda 150-400 avro arasında sosial müavinət alırlar. Bundan əlavə, ictimai nəqliyyatda gediş haqqı, tibbi sığorta, kommunal xərclər və tərcüməçi xərcləri də hökumət və yerli federal orqanlar tərəfindən ödənilir.
2017-2020-ci illərdə Almaniya qaçqınların saxlanması üçün 99,8 milyard avro xərcləyəcək.

 

Böyük Britaniya

Bu ölkə hər ay bir qaçqına 410 avro vəsait ödəyir. Lakin yaxın zamanlarda rəmsi London sosial xərclərin azaldılması barədə düşünür. Miqrasiya naziri Ceyms Brokenşir yaxın zamanlarda 10 min qaçqının müavinətinin kəsiləcəyini açıqlayıb.

Fransa

Fransada qaçqın statusu almayan şəxslərə belə, ayda 300 avro müavinət ödənilir. Bundan başqa, aztəminatlı sosial zümrənin üzvü kimi onlara tibbi xidmətdən pulsuz yararlanmaq, pulsuz təhsil və ictimai nəqliyyatda pulsuz getmək hüququ verilir.

 

İsveç

2016-cı ildə 100 mindən artıq miqrant qəbul etmiş İsveç isə qaçqın statusu alan şəxslərə kateqoriyasından asılı olaraq ayda 275-760 avro arasında müavinət verir. Dövlət miqrantı yataqxana ilə təmin etdikdə ödənilən müavinət az, yataqxana ilə təmin etmədikdə isə yüksəsk olur.

Yunanıstan

Yunanıstan hökuməti qaçqınlara ev və iş tapmaqda yardımçı olmur. Onlara yalnız ümumi yataqxanalarda yer təklif edir və ərzaq ehtiyaclarını ödəmək üçün aylıq 60 avroluq talon verir.

Rumıniya

Avropa Birliyinin ən kasıb ölkələrindən sayılan Rumıniyada isə ayda yaşayış daxil olmaqla, bütün xərcləri üçün qaçqınlara adambaşına 72 avro müavinət verilir.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı