Modern.az

Qar ərəbləri qorxudub

Qar ərəbləri qorxudub

Dünya

3 Fevral 2017, 21:02

Dünyanın ən isti yerlərindən sayılan Ərəbistan yarımadasına qar yağıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Hazırda körfəz ölkələrində görünməmiş soyuqlar müşahidə olunur.

Birləşmiş Ərəb Əmirliyinə qar yağması insanların narahatlığına səbəb olub. Birləşmiş Ərəb Əmirliyinin meteobürosu ölkənin şimalındakı Cəbel Cess dağlıq massivinə qarın yağması barədə məlumat verib. Qar paytaxtın təpəlik hissəsi, eləcə də Səudiyyə Ərəbistanının şimalında da müşahidə olunub.

Yarımada üçün qeyri-adi olan hava şəraitinin hələ 5 gün davam edəcəyi proqnozlaşdırılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü