Modern.az

Miqrantları daşıyan gəmi qəzaya uğrayıb

Miqrantları daşıyan gəmi qəzaya uğrayıb

6 Fevral 2017, 00:43

Miqrantları daşıyan gəmi qəzaya uğrayıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Egey dənizinin şimalında qeydə alınıb. Belə ki, qanunsuz miqrantları daşıyan, yunan Lesbos adasına yan almaq istəyən kater qəzaya uğrayıb .Hadisə zamanı qayıqda 46 qeyri-leqal miqrant arasında 8 qadın, 7 uşaq da var. Belə ki, katerin mühərriki sahildən 2 mil aralıda sıradan çıxıb. Bundan sonra o, fırtına ilə əlaqədar suya batıb.

Sahil mühafizəsinin katerləri 45 nəfəri xilas etməyə müvəffəq olublar. Bunlar Suriya, Əfqanıstan, Konqo Demokratik Respublikası, Efiopiya, Erfitreya, Banqladeş və Kamerun vətəndaşlarıdır.

Hadisə zamanı 1 qadın itkin düşüb. Efiopiyadan olan həmin miqrantın axtarışılarına iki kater və vertolyot cəlb edilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü