20 aprel 2018, Cümə
Ana Səhifə - MEDİA - Azərbaycanda qəzetlər niyə can verir…
Azərbaycanda qəzetlər niyə can verir…
14.02.2017, 11:16

Dünyada ənənəvi çap mediasından imtina tendensiyası sürətlə davam edir. Hətta qəzetlər çap versiyasından imtina edərək, “onlayn” variantında fəaliyyətlərini davam etdirilər. Ölkəmizdə də anoloji proses müşahidə olunur. Əvvəlki onilliklərlə müqayisədə köşklərdən qəzet alanların sayı azalıb. Bir vaxtlar yüksək tirajla çap olunan qəzetlər indi ciddi problemlərlə üzləşib. Şəhərdə apardığmız müşahidə belə deməyə əsas verir ki, qəzetə olan tələbat ciddi şəkildə azalıb. Təbii ki, oxucularda qəzetə olan marağı artırmaq məqsədilə bir sıra layihələr həyata keçirilib. Amma görünür effektiv olmayıb. Çünki indi elektron mətbuata olan təlabat daha çoxdur. Hazırki vəziyyət onu göstərir ki, çap mediasına qarşı azalan tələbat getdikcə qəzetlərin sıradan çıxması ilə nəticələnə bilər.


Azərbaycanda qəzetə maraq niyə azalıb?

Modern.az saytı jurnalistlərin fikirlərini öyrənib.

Jurnalist Natiq Cavadlı bildirib ki, Azərbaycanda qəzetlərə marağın olmamasına  müəyyən amillər təsir göstərib.

“Öncə qəzet satışında müəyyən əngəllər yaradıldı, əl yayımı sıradan çıxarıldı. Köşklərdə qəzetə marağı artıran məqamlar yox dərəcəsindədir. Daha sonra isə qəzetlərin reklam bazarı yoxdur. Həmçinin sosial şəbəkələr və portallar  qəzetlərə çox ağır zərbə oldu. Ancaq bütün hallarda qəzeti alıb oxumağın ayrı ləzzəti var”.

 

"Şərq qəzeti”nin  baş redaktoru Akif Aşırlı  isə qeyd edib ki, Azərbaycanda qəzetlərə marağın azalmasını ölçən heç bir sistem yoxdur.

“Qəzetlərə marağın azalması prosesi bütün dünyada baş verir. Çap mətbuatı və qəzetlərlə yanaşı,  alternativ media strukturlarının formalaşması, xüsusən də internet medianın formalaşması qəzet alıcılarına müəyyən dərəcədə təsir edib. Biz inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik  ki, çap mətbuatına təlabat müəyyən dərəcədə azalsa da, müsbət münasibət hələ də qalıb. Bildiyimiz kimi, çap mətbuatı üçün satış yerləri olmalıdır. Türkiyədə özəl və digər sturukturlar vasitəsilə onların yayım imkanları var. Azərbaycanda da bu satış sistemi formalaşır. Amma bütün qəzetləri tam əhatə edə bilmir. Qəzetlərin satış imkanları məhduddur. Bunu da nəzərə almaq lazımdır ki, rayonlara qəzetlərin çatdırılmasında da müəyyən vaxt itkiləri olur. Amma yenə də ən etibarlı məlumat mənbəyi kimi qəzetlərə müraciət edənlər var. Müəyyən yaş kateqoriyasından olan insanlar var ki, onlar qəzet oxuyurlar. Mən hesab edirəm ki, bütün dünyada baş verən bu proses Azərbaycandan da yan keçməyib. Ona görə də  hadisələri obyektiv qiymətləndirirəm”.

 

Azvision.az-ın baş redaktoru Vüsal Məmmədov bu tendensiyanın təkcə Azərbaycanda deyil, bütün dünyada belə olduğunu deyib.

“Əksər ölkələrdə qəzetlər bağlanıb, qlobal nəşrlərin də tirajları kəskin düşüb. “The Wall Street Journal” ilə “The New York Times” ölüm-dirim savaşına çıxıblar ki, Nyu-Yorkda hansı qəzet həyatda qalacaq. “Chicago Tribune” kimi böyük keçmişi olan qəzet çökdü, “The Christian Science Monitor” can üstündədir. Dünyada ən çox qəzet oxuyan xalqı yaponlardır, amma hətta orada da “Asahi Shimbun” kimi dünya nəhəngi tirajını azaltmalı olub. Bu qəzetin 18-20 milyon tirajla çıxdığı vaxtlar olub. Bu gün Fransada qəzetlərin 22, İspaniyada 50, İslandiyada 80 faizi pulsuz paylanmağa keçib ki, bəlkə yeni iqtisadi model tətbiq edərək, həyatda qala bilsinlər. Qəzetlərin internet mediası ilə rəqabətdə heç bir şansı yoxdur. Qəzet erasının sonu gəlib, istəməsək də, bunu qəbul etməliyik. Mən özüm də qəzet oxumağı çox sevən bir insanam. Amma başa düşürəm ki, artıq dövr başa çatır, zorla dirəşməyin mənası yoxdur”.



Mirmahmud KAZIMOĞLU


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Vətəndaş
14.02.2017, 02:42

Azərbaycanda qəzetlər ona görə can verir ki, saytlardan daha çox çeşidli, operativ və davamlı yenilənən məlumatı ən az xərclərlə və ən qısa zamanda əldə etmək mümkündür. Qəzetlər isə bir növ ona bənzəyir ki, kalkulyatorla hesablama aparmaq mümkün olan yerdə "çotka" kimə lazımdır ki?

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Hökumət düyməyə basdı - 10 universitet bölünəcək   
20.04.2018, 22:18

Hökumət düyməyə basdı - 10 universitet bölünəcək  

Məşhur sovet kosmanavtı vəfat etdi
20.04.2018, 22:15

Məşhur sovet kosmanavtı vəfat etdi

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO
20.04.2018, 22:12

Qəzzada qanlı toqquşmalar: 645 yaralı –  VİDEO

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 
20.04.2018, 21:30

"Afrində 4250 terrorçu  zərərsizləşdirilib - ƏRDOĞAN 

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək
20.04.2018, 21:17

Gömrük Komitəsi və Vergilər Nazirliyi bəzi əməliyyatlara birgə nəzarət edəcək

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi
20.04.2018, 21:14

Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi
20.04.2018, 21:02

Rusiyanı, Trampın qərargahı və “WikiLeaks” məhkəməyə verildi

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir
20.04.2018, 20:55

Mətbəximizdə xəbərsiz olduğumuz bəla - O bizi belə məhv edir

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 
20.04.2018, 20:43

Azərbaycanda yaşı  100-dən çox olanların  sayı azalıb - SON RƏQƏM 

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb
20.04.2018, 19:27

Əkin sahələrində çəyirtkəyə qarşı mübarizə tədbirləri başlanılıb

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR
20.04.2018, 19:15

İkinci Dünya Müharibəsi veteranlarına ŞAD XƏBƏR

Prezident Dövlət Komitəsini ləğv etdi
20.04.2018, 19:09

Prezident Dövlət Komitəsini ləğv etdi

İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyini iki struktura böldü
20.04.2018, 19:00

İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyini iki struktura böldü

Yerevanda tutulan etirazçıların sayı 217-yə çatdı
20.04.2018, 18:56

Yerevanda tutulan etirazçıların sayı 217-yə çatdı

Bakıda metronun elektrik deposundan əl qumbarası tapıldı
20.04.2018, 18:42

Bakıda metronun elektrik deposundan əl qumbarası tapıldı

Pambıqçılıqda yeni preparatdan isitfadə olunacaq
20.04.2018, 18:39

Pambıqçılıqda yeni preparatdan isitfadə olunacaq

Nazirdən PROQNOZ: Neftin qiyməti 80 dollara çata bilər
20.04.2018, 18:35

Nazirdən PROQNOZ: Neftin qiyməti 80 dollara çata bilər

ADU ilə Pekin Xarici Dillər Universiteti memorandum imzalanıb
20.04.2018, 18:21

ADU ilə Pekin Xarici Dillər Universiteti memorandum imzalanıb

Bilik Fondu paytaxtda və bölgələrdə silsilə mühazirələr təşkil etdi
20.04.2018, 18:17

Bilik Fondu paytaxtda və bölgələrdə silsilə mühazirələr təşkil etdi

Türkiyənin baş nazirindən ABŞ-a sərt mesaj: “Öz işinlə məşğul ol”
20.04.2018, 18:06

Türkiyənin baş nazirindən ABŞ-a sərt mesaj: “Öz işinlə məşğul ol”

Eldar Mahmudov məhkəməyə verilib
20.04.2018, 17:36

Eldar Mahmudov məhkəməyə verilib

Elçibəyin 80 illiyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradıldı
20.04.2018, 17:35

Elçibəyin 80 illiyi ilə bağlı İctimai Təşkilat Komitəsi yaradıldı

Kikboksçularımız Londonda yığışır   
20.04.2018, 17:33

Kikboksçularımız Londonda yığışır  

Ermənistanda saxlanılanların sayı 183-ə çatıb
20.04.2018, 17:31

Ermənistanda saxlanılanların sayı 183-ə çatıb

İlham Əliyev yeni metro qatarlarına baxdı - FOTOLAR
20.04.2018, 17:25

İlham Əliyev yeni metro qatarlarına baxdı - FOTOLAR

Manatın üç günlük MƏZƏNNƏSİ
20.04.2018, 17:12

Manatın üç günlük MƏZƏNNƏSİ

Lavrov Türkiyəni ABŞ-a qarşı müdafiə etdi
20.04.2018, 16:58

Lavrov Türkiyəni ABŞ-a qarşı müdafiə etdi

Bakcell əlil uşaqlar üçün inklüziv təhsil və bərabər hüquqları təşviq edir
20.04.2018, 16:52

Bakcell əlil uşaqlar üçün inklüziv təhsil və bərabər hüquqları təşviq edir

“Barselona”nın futbol FƏLSƏFƏSİ: “Més que un club” - Bir klubdan daha böyük...
20.04.2018, 16:40

“Barselona”nın futbol FƏLSƏFƏSİ: “Més que un club” - Bir klubdan daha böyük...

“Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda yazı MÜSABİQƏSİ
20.04.2018, 16:32

“Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda yazı MÜSABİQƏSİ

Səudiyyə kralı Prezident İlham Əliyevi təbrik edib
20.04.2018, 16:26

Səudiyyə kralı Prezident İlham Əliyevi təbrik edib

Gürcüstanlı nazir və rektor Bakı Dövlət Universitetində olub
20.04.2018, 16:07

Gürcüstanlı nazir və rektor Bakı Dövlət Universitetində olub

İlham Əliyev Əli Həsənov barəsində sərəncam verdi
20.04.2018, 16:04

İlham Əliyev Əli Həsənov barəsində sərəncam verdi

Bruselyozun qarşısının alınması ilə bağlı seminar keçirilib
20.04.2018, 16:02

Bruselyozun qarşısının alınması ilə bağlı seminar keçirilib

Tramp: “Neft qiymətləri süni bahalaşdırılıb”
20.04.2018, 15:50

Tramp: “Neft qiymətləri süni bahalaşdırılıb”

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(10%)
İmtahan qiymətləri normalıdr(5%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(75%)
İmtahan qiymətləri azaldılmalıdır(2.5%)
İmtahan qiymətləri artırılmalıdır(7.5%)