Modern.az

Kapital Bank-ın rəhbərliyində yeni təyinat oldu

Kapital Bank-ın rəhbərliyində yeni təyinat oldu

Aktual

20 Fevral 2017, 10:24

Kapital Bank rəhbərliyində yeni təyinatlar olub. Modern.az xəbər verir ki,  Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş Əməliyyat İnzibatçısı Fərid Hüseynov İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

 

Həmçinin Nahid Zeynalov Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı təyin edilib.

 

Qeyd edək ki, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Məmmədov PAŞA Holding-in Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini vəzifəsində fəaliyyətini davam etdirir.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü