26 may 2017, Cümə
Ana Səhifə - ÖLKƏ - 1992-ci ilin 21 fevralı - Xocalı sakini DANIŞIR: "Çörəyi tapanda qənd, qənd tapanda çay tapmırdıq"
1992-ci ilin 21 fevralı - Xocalı sakini DANIŞIR: "Çörəyi tapanda qənd, qənd tapanda çay tapmırdıq"
21.02.2017, 12:00

Bir neçə gündən sonra Xocalı soyqrımının 25-ci ildönümü olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.

Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Dünya miqyasında insanlığa qara ləkə olan bu hadisə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.

Atəşkəs dövrünün  insanları olaraq,  1992-ci ildən bəri, hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.

Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.

Daha xocalılara onlar demirik, onlar elə bizik. İndi hər birimiz Xocalıyıq! 

 

Modern.az saytı Xocalı soyqırımının 25 illiyi ilə bağlı “1992-ci ilin o günü” layihəsini davam etdirir.

Xocalı 1992-ci il fevralın 21-də...

 

Xocalı sakini Məlahət Əliyeva 25 il bundan  əvvəlin 21 fevralını belə xatırlayır: 

 

“Uçan quşlardan xəbər gözləyirdik”

 

“Fevralın 21-də mühasirə şəraitində yaşayırdıq. Əgər ona yaşamaq demək olarsa….Ən həyəcanlı günlərimizi yaşayırdıq. Ümid edirdik ki, səhər yol açılar, biz də bu zülmdən canımızı qurtararıq. Bir qarın ac, bir qarın tox yaşayırdıq. Çörəyi tapanda qənd tapmırdıq, qənd tapanda çay tapmırdıq. O günlərimiz getsin gəlməsin. Yeməyi bişirirdik, amma bilmirdik ki o yeməyi yeyə biləcəyik yoxsa yox. Yeməyi qabağımıza qoyanda atışma səsləri ətrafı bürüyürdü. Yeməyi stolun üstündə qoyub padvala girirdik. Padvaldan bir gün sonra çıxıb görürdük ki, yemək nə gəzir! Həm də 1992-ci ilin fevralında hər günümüzü əzab, qorxu, təhlükə içində yaşayırdıq. O qədər çarəsiz durumda idik ki, göydə uçan quşlara belə ümidlə baxırdıq. Baxıb deyirdik ki, görəsən, bu quşlar hardan gəlir? Bunlar bizə nə xəbər gətirib?!”

 

“Xocalıda insanlığa yad olan şərait vardı”

 

Xocalı sakininin sözlərinə görə, qolunda Xocalı izi hələ də qalır.

 

“Özüm də fevral ayının 28-də  dünyaya gəlmişəm. Bu ayda da 2 şəhid verdim. Fevralın 28-də həm qızımı, həm də yoldaşımı dəfn etdilər. Bu ay mənim üçün necə əziz ay ola bilər?! Qolumda hələ də o günlərin izi qalıb. Hər dəfə baxanda o pis və dəhşətli günlər gözümün qabağına gəlir. Hər il fevral ayı gələndə 1992-ci ilin dəhşətli fevralını yaşayırıq.

Xocalı mühasirədə olmamışdan qabaq bizə vertolyot vasitəsilə çörək gətirirdilər. O vaxtlar elə mənzərə yaranmışdı ki, baxanda ürəyimiz ağrıyırdı.  Yadımda qalan birini danışım. Uşağın biri gedib çörək götürürdü. Ondan güclüsü də tez o uşağın əlindəki çörəyi alırdı. Bir dəfə oğlum gəlib dedi: “Böyük oğlan əlimdən çörəyimi aldı”. Biz Xocalıda insanlığa yad olan şəraitdə yaşadıq. Biz paltarlarımızı soyunub rahat yatmaq üzü görmədik. Uşaqlarımız bir konfetdən, almadan ötrü ağlayırdı. Kim nə tapırdısa, onu da  yeyirdi. Bir tikəmizi qonşularla bölüşürdük. Bulaq çox uzaqda yerləşirdi. Su gətirməyə qonşularla birgə yığışıb gedirdik. Bulağa gedib qayıdana qədər aşağısı 50 dəfə başımıza güllə yağırdı. Evə salamat çatmağımıza görə sevinirdik. Biz çox zülmlər çəkdik. Amma zülmlərimiz yerdə qaldı”.

 

“Bəxtimiz heç gətirmədi”

 

Məlahət Əliyeva deyir ki, həyat yoldaşının sağ qalmayacağını onsuz da bilirdi.

 

“1988-ci ildə Xankəndidən Xocalıya gəldik. 15 il Xankəndidə yaşamağımıza baxmayaraq,    Xocalıda doğulmuşam. Yoldaşım isə Şuşada doğulmuşdu. Xalam oğlu idi. Xankəndində böyük ev-eşik tikib qurmuşduq. Xocalıda gəlib məskunlaşanda da yenidən böyük ev-eşik tikdik. 6 otaqlı ev idi. Bəxtimiz heç gətirmədi. Xankəndindəki 6 otaqlı evim əşyalarla dolu ermənilərə qaldı. Xocalıda da 6 otaqlı tikdiyimiz evə tam yığışıb köçə bilmədik. Yoldaşım milli ordunun döyüşçüsü idi. Bilirdim ki, o, sağ qalmayacaq. Bəs 8 yaşlı uşağa nə deyim! Onun şəhid olacağını ağlımdan keçirmirdim”.

 

“Uşağı adyala büküb saxlayırdım”

 

Müsahibimiz deyir ki, övladını xəstəlikdən qorusa da, erməni gülləsindən qoruya bilməyib.

 

“1992-ci ilin fevralında Xocalıda elə şaxtalı hava hökm sürürdü ki! Əlimiz, ayağımız don bağlamışdı. Mənim də 3 övladım vardı. 2 oğlum, 1 qızım. Qızım qızılca xəstəliyinə tutulmuşdu. Onu necə sağaldacağımı bilmirdim. Yatmağa isti yerimiz yox idi. Çünki nə qaz var idi, nə də işıq. 8 yaşlı qızımı padvalda saxlayırdım ki, erməni gülləsinə tuş gəlməsin. Uşağı adyala bükülü vəziyətdə qoruyub saxlayırdım. Onu xəstəlikdən qoruya bilsəm də,  erməni gülləsinə qurban getdi.  Kaş ki, qızım qızılcadan öləydi! Kaş ki! O dəhşətli gecədə uşağı qucağıma alıb yerə uzandım ki, güllə mənə dəysin uşağa yox. Amma erməni gülləsi həm mənə, həm də uşağa dəydi. Övladım qarın üstündə qana boyanmışdı.

 

Uşağı götürə bilmədim. Mənim də qolumdan qan axırdı. Yaralı idim. Bir də baxdım ki, yıxıldı. Üstümə qışqırıb dedi ki, yaxın gəlmə. “Get o biri uşaqları tap” dedi. Ağdama tərəf qaçanda qolumu gizlətdim ki, qoy qan aparsın mən də ölüm. Bir nəfər gördü ki, qolumdan qan axır. Məni də götürüb xəstəxanaya apardılar. Uşaqlarım da baxıb ağlayırdı”. 

 

Namidə BİNGÖL


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
25.05.2017, 23:44

Mosul raket atəşinə tutulub: 101 ölü

25.05.2017, 23:28

ABŞ-da helikopter qəzaya uğrayıb

25.05.2017, 23:15

Sabiq müstəntiq kitab yazır

25.05.2017, 23:01

Almaniya kansleri Ərdoğandan jurnalisti azad etməyi xahiş edib

25.05.2017, 22:46

31 İŞİD silahlısı zərərsizləşdirilib

25.05.2017, 22:33

Komputer oğrusu belə yaxalandı - VİDEO

25.05.2017, 22:18

Paytaxtda ağır qəza

25.05.2017, 22:04

Masallıda 35 ev qəzalı vəziyyətə düşdü: sakinlər evakuasiya olunur

25.05.2017, 21:48

Taksi sürücülərini aldadan dələduz tutuldu - VİDEO

25.05.2017, 21:34

Sabiq baş nazirin avtomobili partladıldı

25.05.2017, 21:17

Türkiyədə Azərbaycan vətəndaşı saxlanılıb

25.05.2017, 21:05

Azərbaycan neft hasilatının azaldılmasına razılaşdı

25.05.2017, 20:51

Avtobus qəza törətdi: bomj öldü

25.05.2017, 20:37

Dənizdə kişi meyiti tapıldı: İtkin neftçilərdən ola bilər

25.05.2017, 20:29

Dağlıq Qarabağdakı status-kvo kövrəkdir

25.05.2017, 20:14

Gürcüstana  elektrik enerjisinin idxal-ixracı dayandırılıb

25.05.2017, 20:01

Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

25.05.2017, 18:51

Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb

25.05.2017, 18:46

Azərbaycanda helikopterlərə texniki xidmət servisi mərkəzi yaradılacaq

25.05.2017, 18:40

Türkiyə ordusu 7 hərbçisini itirdi

25.05.2017, 18:34

Prezident Mahmud Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adı verib

25.05.2017, 18:29

Rumıniya nümayəndə heyəti ADU-da olub

25.05.2017, 18:23

İlham Əliyev Gürcüstan prezidentini təbrik edib

25.05.2017, 18:19

Abbasəli Novruzovu “Şöhrət” ordeni ilə təltif edib

25.05.2017, 18:14

Aydın Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

25.05.2017, 18:10

Rumıniya nümayəndə heyəti ADU-da olub

25.05.2017, 18:02

Öldürüləndə çantasında bir köynək və diş fırçası olan baş nazir - Tanımadığımız NƏSİB BƏY

25.05.2017, 17:48

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

25.05.2017, 17:45

Putindən İlham Əliyevə TƏBRİK: "Ölkəniz nüfuz qazanıb"

25.05.2017, 17:43

Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq

25.05.2017, 17:32

Ali məktəbələrə 2-ci qəbul və orta məktəblər üzrə buraxılış imtahanlarının tarixləri AÇIQLANDI

25.05.2017, 17:30

Hesablama Palatasının sədri 2016-cı ildə dövlət büdcəsinin icrası vəziyyətindən DANIŞDI

25.05.2017, 17:23

“Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı Türkiyədə nəşr olundu

25.05.2017, 17:22

Tanınmışların “Son zəng” XATİRƏLƏRİ: “Məni oynamağa məcbur etdilər”

25.05.2017, 17:21

Təhsil Nazirliyi: “Kurrikulum ləğv oluna bilməz”

ARXİV