Modern.az

Türkiyə-Yunanıstan arasında gərginlik

Türkiyə-Yunanıstan arasında gərginlik

Dünya

21 Fevral 2017, 23:33

Türkiyə-Yunanıstan arasında mübahisə mövzusu olan Kardak qayalıqları ətrafında yenidən gərgin anlar yaşanıb. Modern.az Axar.az-a istinadən xəbər verir ki, bu dəfə yunan və türk gəmiləri qayalıqlar ətrafında üz-üzə gəlib.

Belə ki, yerli vaxtla 18:30 radələrində yunan gəmisi Kardak qayalığına yaxınlaşıb.

Bu an türk gəmisi yunan tərəfinin önünü kəsib.

Bir müddət eyni vəziyyətdə qalan gəmiləri Türkiyənin Sahil Təhlükəsizlik Xidmətinin kateri ayırıb.

Bundan sonra türk gəmisi Bodrum istiqamətinə, qarşı tərəfin gəmisi isə Yunanıstan sularına qayıdıb.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü