Modern.az

İpoteka kreditləri istəyənlər növbəyə yazıla bilərlər

İpoteka kreditləri istəyənlər növbəyə yazıla bilərlər

Aktual

23 Fevral 2017, 10:33

“Azərbaycan İpoteka Fondu” ASC Azərbaycan Beynəlxalq Bankını ipoteka kreditlərinin verilməsi üzrə müvəkkil banklar siyahısına daxil edib.

Beynəlxalq Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ipoteka kreditləri manatla, yalnız Azərbaycan vətəndaşlarına və üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınması məqsədilə verilir.

Kreditin maksimum həcmi 100 min manatdır. Adi ipoteka kreditlərinin müddəti illik 8%-lə 25, güzəştli ipoteka kreditlərinin müddəti isə illik 4%-lə 30 ilə qədərdir.

Daha ətraflı: //www.ibar.az/fiziki-sexslere/ipoteka-kreditleri-aif/ İpoteka krediti almaq üçün müştərilər //e-ipoteka.az/ Elektron İpoteka Portalında əvvəlcədən qeydiyyatdan keçərək, müraciət üçün seçdikləri müvəkkil bankda növbəyə yazıla bilərlər.

 

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı