Modern.az

ABŞ prezidentlərin görüşü üçün çağırış etdi

ABŞ prezidentlərin görüşü üçün çağırış etdi

Qarabağ

28 Fevral 2017, 21:56

“Mən və digər həmsədr həmkarlarım Dağlıq Qarabağ münaqişəsi zonasında güc tətbiq edilməməsi və atəşin dayandırılması öhdəliyinə riayət etməyə çağırdılar”.

 

Modern.az saytının xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland “Armenpress”ə bildirib.

Amerikalı diplomat deyib ki, cəbhə xəttindəki son hadisələr regionda uzunmüddətli təhlükəsizliyin və sülhün olması üçün danışıqların təcili bərpasını zəruri edir.

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını hərbi qulluqçularımız - Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.  

Onların nəşlərinin döyüş meydanından çıxarılıb.

 

Düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu isə hərbi tibb müəssisəsinə çatdırılıb.

 

Lakin bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

Aqşin KƏRİMOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü