Modern.az

İctimai Palata ADP və “Ümid”in müraciətinə baxıb

İctimai Palata ADP və “Ümid”in müraciətinə baxıb

Təhsil

5 Aprel 2011, 19:53

İctimai Palatanın Koordinasiya Şurasının növbədənkənar toplantısı keçirilib. Koordinasiya Şurasının iclasına sədrlik edən KXCP funksioneri Ədalət Yusibovun verdiyi məlumata görə, toplantıda ADP və Ümid Partiyası üzvlərinin fərdi qaydada İctimai Palataya qəbul edilməsi üçün 25 nəfərin imzası ilə daxil olmuş müraciətə baxılıb.

Müzakirələrdən sonra qərara gəlinib ki, İP-in qəbulla bağlı qaydalarına uyğun şəkildə heç bir partiya təmsilçisinə, heç bir şəxsə məhdudiyyət qoyulmamalıdır: ““Qarabağ” blokuna daxil olan həmin partiyaların da qaydalara uyğun İctimai Palataya qəbul edilməsi məqbul hesab olunub. Onların təmsilçilərinin məsələsinin İctimai Palatanın sessiyasının müzakirəsinə təqdim olunması qərarı qəbul edilib”.
İclasda hakimiyyətin 2 aprel mitinqinə zorakılıq təşkil etdiyi, həbs olunanlara işgəncə verilməsi, bəzilərinin isə vəkillərindən gizlədilməsi faktları pislənilib. Bəyanat verilərək hakimiyyətdən zorakı əməllərdən əl çəkməsi tələb olunub. 
Ə.Yusibovun verdiyi xəbərə görə, KŞ yaranmış vəziyyətlə bağlı Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu ilə danışıqlar aparılması üçün nümayəndə heyəti ayırıb. Nümayəndə heyətinə Müdafiə Komitəsinin sədri Vidadi Mirkamal və üzvü Vaqif Hacıbəyli daxil ediliblər.
Mitinqlərə şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə danışıqlar aparılması müraciəti ünvanlanıb. BŞİH ilə danışıqlar aparılması üçün KŞ-nin üzvləri Mehriban Vəzir və Aqil Səmədbəyli görəvləndirilib.
İP-in Koordinasiya Şurasının katibliyi də formalaşdırılıb. Mehriban Vəzir, Gülağa Aslanlı və Rövşən Quliyevdən ibarət katibliyin təsdiqi İctimai Palatanın sessiyasında həyata keçiriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı