29 may 2017, Bazar ertəsi
Ana Səhifə - MEDİA - Birinci kanalın dəyişməz SİMASI - Yekaterina Andreyeva öz yaşı ilə hamını şoka salıb - FOTOLAR
Birinci kanalın dəyişməz SİMASI - Yekaterina Andreyeva öz yaşı ilə hamını şoka salıb - FOTOLAR +
05.03.2017, 20:51

“O, Rusiyanın qadın etalonudur! Televizorda xəbərləri hər gün yalnız ondan eşitmək istəyirik!”. 

Bu sözləri Rusiyanın Birinci kanalının əksər tamaşaçıları məşhur diktor Yekaterina Andreyeva haqqında deyirlər.  O Yekaterina Andreyeva ki, düz 19 ildir - 1998-ci ildən bəri - Birinci kanalın “Zaman” (“Vremya”) informasiya proqramının əvəzedilməz, daimi aparıcısıdır.

Onu Birinci kanalın siması da adlandırırlar... Az qala heç kim bu cazibədar diktorun keçən il 55 yaşını tamam etdiyinə inamaq istəmir. Ötən ilin noyabrında mətbuat tanınmış diktor Yekaterina Andereyavanın 55 yaşının tamam olduğunu xəbər verəndə, əksər tamaşaçılar şoka düşüblər... 

Amma bu faktdır, çoxlarının 35-36 yaşlarında hesab etdiyi məşhur teleaparıcı əslində 56 yaşının içərisindədir...

Modern.az saytı MDB məkanının tanınmış televiziya diktoru barədə yazını təqdim edir.

Yekaterina Sergeyevna Andeyeva 1961-ci il noyabrın 27-də Moskvada anadan olub.  O vaxt gələcək teleaparıcının atası keçmiş SSRİ-nin Maddi-texniki təchizat üzrə Dövlət Komitəsi sədrinin müavini, anası isə evdar qadın idi. 

Yekaterina 1990-ci ildə Krupskaya adına Moskva Pedaqoji İnstitutunu bitirib, daha sonra Moskva Dövlət Hüquq Universitetinin axşam şöbəsində ikinci ali təhsil alıb. Sonra o, Rusiya Federasiyası Baş Prokurorluğunun İstintaq idarəsində işləyib. 


Bir müddət sonra, 90-cı illərin əvvəllərində Yekaterinanın televiziya karyerası başlayır. Yekaterina Andreyeva Mərkəzi Televiziyanın seçim müsabiqəsindən keçir və telekanalın Diktorlar Məktəbinə daxil olur. Burada o, məşhur İqor Kirillovun diktorlar üçün ixtisasartırma kursunu keçir.

1991-ci ildən Yekaterina Andreyeva “Ostankino” kanalınının səhər proqramınfa - “Dobroe utro” verilişində aparıcı işləməyə başlayıb. 1995-ci ildən ORT-də "Xəbərlər"i aparmağı Yekaterinaya həvalə edirlər. Və nəhayət o, 1998-ci ildən ta bu günədək Birinci kanalın “Zaman” informasiya proqramının daimi aparıcısıdır.

1999-cu ildə internet sorğusunun nəticələrinə görə, Yekaterina Andeyeva Rusiya televiziyasının ən gözəl aparıcı adlandırılıb.

2010-ci ildə o, Rusiyanın (TNS versiyası üzrə) ən populyar televiziya onluğuna daxil olub.

Yekaterina Andreyeva - "TEFİ-2007" mükafatının "İnformasiya proqramının aparıcısı" nominasiyasında laureatdır.

Yekaterina Andreyeva iki dəfə ailə qurub. Onun birici həyat yoldaşından Natalya adlı bir qız övladı doğulub. Amma ilk evliliyi uzun sürməyən teleaparıcı boşanandan sonra serb əsilli biznesmen Duşko Peroviçlə tanış olub və onunla evlənib. Cütlük hazırda da bir yerdədir və məşhur diktor müsahibələrində serb biznesmenlə çox xoşbəxt olduğunu vurğulayır...


Teleaparıcının hazırda 35 yaşı olan qızı Natalya Moskva Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur, o, maliyyə fakültəsini bitirib.

Yekaterinanın sevimli həyat şüarlardan biri budur: "İlahi, o şeyləri ki, dəyişə bilmərəm, onlar üçün mənə ruhi rahatlıq ver, o şeyləri ki, dəyişmək istəyirəm, onlar üçün mənə güc ver, mənə müdriklik ver ki, bir şeyi digərlərilə qarışdırmayım!”.  


Çoxlarının həqiqi yaşından daha gənc hesab etdiyi Yekaterina Andreyeva öz gözəllik sirlərini ictimaiyyətilə də bölüşüb. Teleaparıcının sözlərinə görə, gənclik təravətini qoruyub saxlamaq elə də çətin deyil. 

"Mənə həmişə qəribə gəlir ki, niyə insanlar 50 yaşda özlərinə bellərinin bükülməsinə imkan verir, niyə onlarda həyata maraq itir. Halbuki, buna çox sadə üsullarla yol verməmək olar! Daim  hərəkət etmək, düzgün qidalanmaq, özünə və insanlara sevgi və məhəbbət aşılamaq lazımdır!".


Yekaterina özü haqqında yazılan şayiələrə belə münasibət bildirib: "Bir dəfə sarı mətbuatda oxumuşam ki, guya, mən gənclik təravətimi qorumaq üçün özümə məxsus soyuq və buz reseptindən istifadə edirəm. Amma bu bu reseptlər mənə məxsus deyil. Mən heç vaxt buz ilə yuyunmuram. Hətta düşünmürəm ki, bu hamıya faydalıdır".

Bununla belə diktorun sözlərinə görə, sağlamlıq üçün daha yaxşısı sərin havadır, nəinki isti:

"Təmiz hava çox faydalıdır, necə ki, yaxşı yuxu üçün qaranlıq tələb olunur".

 
Teleaparıcı üzündəki təravətini qorumaq üçün həftədə bir dəfə kosmetoloq yanına gedərək, faydalı kosmetoloji maskalardan istifadə etdiyini vurğulayıb. O, bir fransız kosmetoloji firmasının məhsullarından istifadə etdiyini deyir.

Yekaterina hazırki əri Duşko Peroviçlə artıq 20 ildən çoxdur birlikdə yaşayır. Serb əsilli biznesmen Duşko Peroviç xanımı Yekaterina Andreyevanın birinci nikahdan olan qızı Nataşaya da əsl atalıq edib, həmişə ona doğma qızı kimi yanaşıb. 


Yekaterinanı ilk dəfə televizor ekranında görərək, aşiq olan serb biznesmen deyir ki, onunla tanış olmaq üçün bütün mümkün vasitələri işə salıb, tanıdığı adamları bu işə qoşub.

Həmin vaxt – 20 il öncə Duçko heç rus dilini də bilmirmi.. Serb iş adamı öz seçimində səhv etmədiyini və bu qadından heç vaxt ayrılmaq istəmədiyini vurğulayır.

Cütlük səyahət etməyi çox sevir, xüsusi ilə də Afrikaya. Onlar bu qitəyə yalnız məzuniyyətə deyil, həm də istənilən uzunmüddətli istirahətə və ya bayramlar zamanında gedirlər. 


A.Qorxmaz


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
29.05.2017, 22:43

Sərxoş məktəb direktoru qəza törətdi

29.05.2017, 22:28

Fahişəxanaların “sevimli qonağı”, atasının məşuqəsinə tamah salan 35-ci prezident - MARAQLI

29.05.2017, 22:23

Çayın sayın BİLMƏK VACİBDİR

29.05.2017, 22:16

Süni əti təbii ətdən necə fərqləndirməli? - VİDEO

29.05.2017, 21:59

Makron Putinlə razılaşdı - Yenilənib

29.05.2017, 21:35

“Barselona”nın yeni baş məşqçisi məlum olub

29.05.2017, 21:24

Moldova 5 rusiyalı diplomatı ölkədən çıxarıb

29.05.2017, 21:08

Mingəçevirdə anasını qətlə yetirən şəxs polisə təslim oldu

29.05.2017, 20:35

İraqda neft yatağında partlayış

29.05.2017, 20:23

Moskvada güclü qasırğa: 11 ölü

29.05.2017, 20:09

Azərbaycan-İran əlaqələri müstəqillik dövründə uğurla inkişaf edib 

29.05.2017, 19:56

"ATƏT PA çərçivəsində ən yaxşı təcrübələrimizi bölüşməyə hazırıq" - Azay Quliyev

29.05.2017, 18:05

Şri-Lankada daşqında ölənlərin sayı 177-ə çatıb

29.05.2017, 17:21

Suriyada 17 kənd terrorçulardan azad edilib

29.05.2017, 17:00

““Azərbaycanda demokratiya boğulur” tipli fikirlər söyləmək fiksiyadır” – Əli Həsənov

29.05.2017, 16:27

Gənc Azərbaycan pianoçusu Kremldə çıxış edib

29.05.2017, 16:11

Serbiya prezidenti Eldar Həsənovu mükafatlandırdı

29.05.2017, 16:02

Cəbhədəki müşahidəçilərin kimlikləri elan olunmalıdır – Tanınmış ekspertdən ÇAĞIRIŞ

29.05.2017, 15:48

Elmar Məmmədyarov Kolumbiyaya getdi

29.05.2017, 15:25

3 erməni hərbçinin ölümünə görə hərbi hissə komandiri və  müavini işdən qovuldu

29.05.2017, 15:00

Yüksək bal toplayan polis övladları - onları siz də tanıyın - FOTOLAR

29.05.2017, 14:41

Sülh Platforması Vahan Martirosyanla bağlı bəyanat yayıb

29.05.2017, 14:37

Elmar Məmmədyarov Macarıstana səfər edəcək

29.05.2017, 14:30

Masallıda məktəb yoldaşını qətlə yetirən şagird tutulub

29.05.2017, 14:19

"Milli Ön"dən pul oğurlayan tutulub

29.05.2017, 13:57

"Koro­ğlu” Nəqliyyatı Mübad­ilə Mərkəzi yenidən fəaliyyətə başlayır

29.05.2017, 13:51

Rusiya İŞİD-lə əməkdaşlıqda ittiham olundu

29.05.2017, 13:35

İran ilk əməliyyat peykini gələn il buraxacaq

29.05.2017, 13:26

Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində

29.05.2017, 13:23

Bakıda avtobusdan yıxılan şəxs ölüb

29.05.2017, 13:18

ADU dövlət imtahanı ilə bağlı açıqlama verdi

29.05.2017, 13:09

Mingəçevirdə oğul anasını qətlə yetirdi

29.05.2017, 12:40

Bakıda əcnəbini döyən şəxslər saxlanılıb

29.05.2017, 12:37

İsmayıllıda FACİƏ – 2 yaşlı qız su çənində boğuldu

29.05.2017, 12:31

Sabah Bakıda 28 dərəcə isti olacaq – HAVA PROQNOZU

ARXİV