Modern.az

Hollandiya polisi türkiyəli nazirin səfirliyə gedən yolunu kəsdi

Hollandiya polisi türkiyəli nazirin səfirliyə gedən yolunu kəsdi

Dünya

11 Mart 2017, 23:27

Hollandiya polisi Rotterdamdakı Türkiyə səfirliyinin yolunu kəsib. Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, buna səbəb Türkiyənin ailə və sosial məsələlər naziri Fatma Betül Sayan Kayanın Rotterdama yerüstü nəqliyyatla tollanmaq barədə bəyanatı olub.

Məlumata görə, nazirin Hollandiyada qatılacağı bütün tədbirlər ləğv edilsə də, o, Rotterdama səfər etməkdə israrlıdır.

Qeyd edək ki, nazir bundan əvvəl Hollandiya hökumətinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə enmə icazəsi verməməsi səbəbindən, bu ölkəyə Almaniyadan avtomobil ilə gedib.

Türkiyə hökumətinin üzvləri konstitusiya islahatlarına dəstək məqsədi ilə bir sıra Avropa ölkələrində siyasi kampaniya aparırlar. Niderlandda isə Türkiyə siyasətçilərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan tədbirlər təhlükəsizlik səbəbi ilə qadağan edilib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!