Modern.az

Niderland səfiri Türkiyəyə buraxılmır

Niderland səfiri Türkiyəyə buraxılmır

Dünya

14 Mart 2017, 00:57

Türkiyə hökuməti Niderland səfirinin ölkəyə girişinə icazə verməyib. Modern.az Türkiyə mediasına istinadən  xəbər  verir ki, bu barədə Türkiyənin baş nazirin müavini Numan Kurtulmuş məlumat verib.

Baş nazirin müavini səfirin Ankaraya qayıtmasının qadağan edildiyini bilddirib: "Bizim tələblərimizin yerinə yetirilməyəcəyinə qədər məzuniyyətdə olan Niderland səfirinin Türkiyəyə buraxılmaması barədə qərar qəbul edilib".

Qeyd edək ki, Türkiyənin əsas tələbi ilk növbədə Niderland tərəfinin üzr istəməsidir.

 

 Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü