Modern.az

Təyyarə quş dəstəsi ilə toqquşub

Təyyarə quş dəstəsi ilə toqquşub

Aktual

20 Mart 2017, 01:08

Minskdən Sankt-Peterburqa uçan Belarusiyaya məxsus Belavia aviaşirkətinin təyyarəsi quş dəstəsi ilə toqquşub. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, toqquşmadan sonra təyyarə  Minsk hava limanına geri dönüb. İnsident bazar günü axşam saatlarında baş verib. Yerli KİV-lərin məlumatına görə, quşlardan biri təyyarənin mühərrikinə girib.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı