Modern.az

Londondakı terrorda ölənlərin sayı 4-ə çatıb – Yenilənib

Londondakı terrorda ölənlərin sayı 4-ə çatıb – Yenilənib

Dünya

22 Mart 2017, 22:59

Böyük Britaniyanın parlament binası yaxınlığında baş verən terror aktında ölənlərin sayı 4 nəfərə çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölənlərdən biri polis əməkdaşı olub. Hadisə nəticəsində daha 20 nəfər yaralanıb. Terror aktını törədən şəxsin tək olduğu bildirilir.

 

22:14

 

Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı açıqlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb.

Qeyd edək ki, bu gün axşam saatlarında Londonun Vestminster körpüsündə və Böyük Britaniya parlamentinin yaxınlığında iki silahlı insident baş verib. London polisi baş verənləri terror aktı kimi qiymətləndirib.

 

20:00

 

Londonda parlament binası yaxınlığında atışma olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb. Hadisədən sonra parlament binasına gələn yollar, yaxınlıqdakı metro stansiyası bağlanıb. London polisi parlament binası yaxınlığında baş verən hadisəni terror olayı kimi qiymətləndirib.

İlkin məlumata görə, bir nəfər avtomobili körpü üzərindəki insanların üzərinə sürüb, bir neçə nəfəri vurub və parlamentə yaxınlaşıb. Daha sonra avtomobildən düşən şəxs parlament binası yaxınlığında bir polisi bıçaqlayıb. O, digər polislər tərəfindən güllələnərək zərərsizləşdirilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır