15 dekabr 2017, Cümə
Ana Səhifə - MEDİA - "Mövlud binanın başına iki dəfə çıxıb" - Sevinc Fədai
"Mövlud binanın başına iki dəfə çıxıb" - Sevinc Fədai
23.03.2017, 01:20

Gənc yazar Mövlud Abdullayevin intiharı ilə bağlı cinayət işi açılıb. İstintaq artıq hadisə ilə bağlı mərhumun yaxınlarını dindirir, ifadələrini alır. Modern.az xəbər verir ki, musavat.com M.Abdullayevin intihardan öncəki durumu, danışıqları ilə bağlı suallara onun  həyat yoldaşı Sevinc Fədai ilə müsahibədə aydınlıq gətirməyə çalışıb.

 

- Sevinc xanım, istintaqa dəvət olunmusuzmu?

 

 - Bəli, iki dəfə ifadə vermişəm. Bildiriblər ki, növbəti dəfə yeni suallar yaranarsa çağırılacam. Əslində ifadəm yekunlaşıb.

 

 - Nələr soruşublar sizdən?

 

- Tanışlığımızdan tutmuş, son günkü danışığımıza qədər hər şeyi ifadəmdə bildirmişəm. Mətbuatı, cəmiyyəti maraqlandırmayan sualları belə istintaq üçün cavablandırmışam. Onlar artıq məhrəm və özəl şeylərdir. Onları istintaqdan saxlamaq olmaz. Amma cəmiyyətin və mətbuatın bilməsinə ehtiyac görmürəm. Bu, mənim şəxsi seçimimdir. Bu, mənim ailə məsələmi ictimailəşdirmək olacaq ki, mən buna ehtiyac görmürəm.

 

 - Sizinlə götürdüyüm ilk müsahibədən sonra da daha çox bu sualların yarandığını hiss etdim. Sizi azacıq da olsa qınamağa özündə mənəvi haqq tapanlar “niyə Mövluda geri qayıtmadı, qayıtsaydı bu hadisə baş verməzdi” deyə suallar səsləndirdilər. Eyni sualı istintaq da sizə verdimi?

 

- Detallara varmaq istəmirəm. Amma bir şeyi deyim ki, mən o evdən yaşamaq üçün, övladımı yaşatmaq üçün getdim. Fiziki, psixoloji olaraq ayaqda qalmaq üçün getdim. O evdən sağlam çıxmaq istədim. Sağlam çıxmadım, zərrə-zərrə ölürdüm, sonda yaşamaq üçün getdim. Açıq olan bir şey var ki, mən də intihar etsəm, Mövludun üstünə düşəcəkdilər. Mövlud nəinki bu basqılara, bir sözə belə tab gətirə bilməzdi. Mən isə intihar etməyi yox, evdən getməyi seçdim. Bunu da cəmiyyət mənə bağışlamır. Az qalırar desinlər ki, kaş ki, sən də öləyidin. Oğlum üçün, uzaqda da olsa Mövlud üçün yaşamaq istəyimi mənə bağışlamırlar. Mən də ona görə yenə kənarda dayanıram ki, qoy yaşamağı bacarım. Evli olduğumuz 3 il ərzində də, sonuncu 2 ay ərzində mənim nə yaşadığımı heç kim bilməyib. Ailəm belə bilməyib. Ara-sıra nəyəsə şahid olanlar olub. Amma bunun da ani bir şey olduğunu demişəm. Hər şeyin keçəcəyini, yaxşı olacağını düşünürdüm. Amma olmadı. Ard-arda yaşananlar məndə güc qoymadı. Mövluda da demişdim ki, Mövlud, Ucal olmasa sonuna kimi gedək bu yolu, ölsək də bir yerdə ölək. Gec və ya tez... Amma Ucal var axı. Onu dünyaya gətirmişəmsə, ona sahib çıxmalıyam. Onu taleyin, bu qəddar cəmiyyətin ümidinə buraxa bilməzdim. Sanki gəmi batırdı, içində də 3 adam...

Əsasən hamının həyatı sosial şəbəkələrdədir. Mənsə xoşbəxt anlarımı, gözəl hadisələrimi paylaşırdım. Bizim şəxsi həyatdan daha çox bir ictimai funksiyamız da var. Jurnalistik, hər şeyi götür-qoy edirik. Mən cəmiyyətə hər zaman ümid aşılamaq istəmişəm. Bu son iki ayda heç kim bilməyib ki, biz ayrılmışıq, həyatımda nələr baş verir. Ən yaxın dostlarımız bunu bilib. Cəmiyyətə öz şəxsi həyatımı yükləmək istəmədim. Amma yaşamaq istəyimi mənə bağışlamadılar. Mən bu gün evə niyə qayıtmadığımı açıqlasam, onda da Mövluddan yapışacaqlar. Bu cəmiyyət ölmüş bir insanı daşlayacaq potensiala malikdir. Onda Mövlud gərək o dünyada da intihar edə. Mən yanğından sağ çıxıb deyəndə ki Mövlud üçün mübarizə aparıb, yaşadım. Onda da üstümə düşdülər ki, sən necə anasan, oğlun üçün yox, Mövlud üçün sağ qaldın? Deyirdim oğlum yanımdaydı, onu qoruya bilirdim. Yəni yaşasan da, ölsən də, səni ittiham etməyə bir məqam tapırlar. Nə yaşamalı, nə də ölməli ölkədi. Nə bilim...

 

-Sevinc xanım, istintaqda hansı qisimdə ifadə verirsiz? Zərərçəkən, şahid, ya...? Qarşı tərəf sizdən şikayətçi olubmu?

 

-Şikayət olunmayıb. Mən şahid kimi dindirildim.

 

-İndi daha çox müzakirə olunan məsələ sizin son gün onunla birgə yaşadığınız evə getmənizdir. Həmin detalın üzərinə qayıda bilərikmi? Həmin gün o evə getdiniz və...

 

- Mövludun özü ilə danışdım. Evdə olmadığı üçün açarı redaksiyaya qoyacağını dedi. Bütün əşyalarım o evdə idi. Mən də özümə və Ucala aid bəzi geyim əşyalarımızı aldım.

 

- Həmin günkü telefon danışıqlarınız da bu detalla bağlı idi? Sizin əşyalarınızı evdən götürməniz narazılıq yaratmışdımı?

 

- O, özü daha öncədən mənə bir neçə dəfə demişdi ki, istənilən vaxt əşyalarını gəlib götürə bilərsən. Özü də deyirdi ki, artıq bu ayrılığı qəbullanıb. Bütün ətrafına da yaxşı olduğunu deyirdi. Əvvəl onun üstündə daha çox əsirdiksə, son günlər bu mərhələni adlatdığını dediyi üçün bizi də rahatlaşdırmışdı. Möhkəm olduğunu deyirdi.

 

- İddialara görə, ekspertiza onun qanında alkoqol olduğunu müəyyənləşdirib. Bu barədə bilginiz varmı?

 

- Şahidlər var. Dostları bu barədə danışıblar. Amma istintaqın rəsmi açıqlaması, tibbi ekspertizanın cavabı hər şeyi üzə çıxaracaq. Bilirsiz, Mövlud tez-tez intihar edəcəyini desə də, içkili olmasa, bunu etməzdi.

 

- Sizin aranızdakı facebook yazışmaları da istintaq tərəfindən araşdırılırmı?

 

-Bəli. O, səhifəsini deaktiv etdiyi üçün mənim səhifəm üzərindən araşdırma aparılıb. Bizim sonuncu feysbuk danışığımız məncə fevral ayında olub, çünki dediyim kimi prfofilini bağlamışdı.

 

- Son gün aranızdakı telefon danışıqlarının qrafikindən danışsaq, olarmı? Mənim əldə etdiyim məlumata görə, o, sonuncu dəfə sizinlə redaksiyanın telefonundan zəng edərək danışıb. Bu isə artıq sizdə durumun normal olması, onun redaksiyada oturması barədə əminlik yaradıb. Düz bilirəm?

 

- Bilirsiz, biz onunla telefonla danışdıq. Mənə “Gündəlik Teleqraf” qəzetinin nömrəsindən zəng etdi, sağollaşdı. Sonra öz nömrəsindən zəng etdi. Ardınca atam onunla danışıb, qardaşı onunla danışıb. Sonra mənə yenidən redaksiyanın telefonundan zəng etdi. Onda mən əmin oldum ki, artıq redaksiyaya qayıdıb. Mövlud binanın başına iki dəfə çıxıb, başa düşürsüz? Amma mən onunla sonuncu dəfə danışanda o, redaksiyanın telefonundan zəng etmişdi. Mən əmin oldum ki, redaksiyadadır, rahat oturub. Ondan sonra da aramızda nə telefon zəngi olub, nə də hər hansı danışıq. Mən bir də səhər xəbər tutdum ki, o, özünü binadan atıb. Üstəlik, bir detalı da deyim. Mövlud mənə telefonda dedi ki, redaksiyaya redaktə işlərini görmək üçün gəlib. Sonra mənə işdəki qızlar danışdı ki, onun kompüteri format olunmuşdu. O da hirslənibmiş ki, mən bura redaktə işi üçün gəlmişəm. Texniki heyətin işçisinə zəng edib ki, mənim kompüterimi format elə. Başını qatmağa, işləməyə gəlibmiş. Sadəcə bir anın içində o dəhşətli qərarı verib. O, dəyişkən xarakterli adam idi. O, bir dəqiqənin içində min cür fikrə düşürdü. Yerə-göyə sığmırdı, heç rahat olmurdu. Mən bir ümid tapırdım ki, gəl onunla nəfəs alaq. O isə sanki qaraya, bədbəxtliyə meylli idi.

 

 - Sevinc xanım, heç ağlınıza gəlirmi ki, bu, intihar yox, sui-qəsddir? Ya da adam sadəcə yuxarıda içkili vəziyyətdə dayandığı halda müvazinətini itirib?

 

- Onun düşməni yox idi. Heç kim ona qarşı elə hərəkət edə bilməzdi.

 

- Hadisə baş verəndən sonra “üçüncü şəxs ucbatından yaranan qısqanclıq krizi” versiyası da üzə çıxdı... Hətta bununla bağlı mətbuat adı çəkilən şəxsdən açıqlama da aldı...

 

- Mövludun səbəbsiz, yersiz qısqanclıqları hər zaman olub. Bu, onun dəyişkən xarakteri ilə bağlı idi. Amma Mövlud hər zaman dostlarının yanında da etiraf edib ki, bizim münasibətlərin bu həddə gəlməsinin, Sevincin məndən uzaqlaşmasının bir səbəbi də mənim bu yersiz ittihamlarım oldu. Belə yersiz ittihamları hər zaman içkili vəziyyətdə olanda deyirdi. Ayılanda da hər zaman üzr istəyir və bir daha bunu təkrarlamayacağını bildirirdi. İkili xarakteri var idi. Anidən adama iynəli söz deyər, bir dəqiqə sonra isə bağışla deyib, adamı qucaqlayırdı. Amma o iynənin izləri çətin keçirdi. Mövludun sağlığında da, o evdən çıxmamaqda da sona qədər əlimdən gələni də, gəlməyəni də etmişəm. İndi də mənim bir çox sualı cavabsız qoymağımın səbəbi onu qorumağımdır.

O, mənim həyat yoldaşım, dostum, övladımın atası olub. Bu gün də onu qorumaq üçün susuram. İnsanlar da anlayışla qarşılasın, bundan artığını nə soruşsunlar, nə də bilib-bilmədən təhlil edib, insanları ləkələsinlər. Məndən bəzi şeyləri eşidib, məni zəlil, zəif, sındırılmış görüb, haqq qazandırmaqdansa, qoy məni günahkar bilsinlər. Amma mən Mövludun ruhunu, belə olsa, daş-qalaq qarşısında qoymayacam. Qoy o rahat uyusun. Onun etdikləri də yəqin ki, özündən asılı deyildi. Nə bilim... Hər şeyi Mövlud özü yaxşı bilirdi və indi də əminəm ki, ruhu duyur. Ona görə mənim vicdanım bu qədər rahatdı. Mən evə qayıtsam da, bədbəxt bir hadisə baş verəcəkdi, əmin olun ki, baş verəcəkdi. Mən bunun qarşısını almaq istəyirdim. Amma olmadı, olmadı. İndi isə Ucal üçün güc tapıb yaşamaq istəyirəm, deyəsən, ona da imkan verməyəcəklər. Deyirlər ki, Mövlud xəstəxanada ola-ola Sevinc onu qoyub İstanbula getmişdi. Onun xəstəxanada müalicə zamanını biz Mövludla özümüz seçmişdik. Mövlud demişdi ki, sən onsuz da bu aralar burda olmayacaqsan, mən də müalicəmi alım. Mən də işlə bağlı səfər etmişdim. İstanbulda, Ankarada dövlət adamları, tanınmış şəxslərlə götürdüyüm silsilə müsahibələr yayımlanıb. Bunun da sübutu var.

 

- Bu olayla bağlı, sizinlə bağlı yazılan, deyilən hər bir fikirdən xəbərdarsız deyəsən... Və sizi daha çox incidən həm də bunlardır...

 

- İndi zamanı deyil. Amma mən də bu cür məsələlərdə həddini bilməyən, şər-şəbədə ilə məşğul olan, insanların heysiyyatına toxunmağı adiləşdirən şəxslərə qarşı hüquqi addım atacam. Qanun çərçivəsində o cavabı verəcəm. Necə ki, siz məni ictimai şəxs kimi sorğulayırsız, mən də övladı qarşısında məsuliyyəti olan şəxs kimi bu halların qarşısını almaq üçün qanun çərçivəsində addım atacam. Mən bu gün acılıyam, itkim var deyə barəmdə yazılan hədyanlara göz yummayacam. Sosial şəbəkədə yazılan hər şərhə, sözə görə cavab vermək fikrim yoxdur. Mən bu günə qədər ictimaiyyətin qəbul etdiyi imza sahibi olmuşam.

Cəmiyyətin də qarşısında bir imza kimi məsuliyyətim var. Sözünə sərhəd qoymayanlar da qanun qarşısında cavab verəcəklər. Heç kimin hədsizliyinə qarşı səbirli olmaq kimi bir öhdəliyim yoxdur. Mövludu çox istəyən çıxmayıblar. İndi hamı yazır ki, Mövlud istedadalı idi. Amma o istedadına görə haqq etdiyi münasibəti dostlarından, mediadan görmürdü. Mən də deyirdim ki, sən istedadlısan, sənə nə lazımdı, sən yenə hekayələrini yaz. Səni onlar güclü edəcək. Hamı hamını tərifləməli deyil. İndi həmin adamlar Mövludun adından mənim üstümə gəlirlər. Mövlud özü məni incitsə belə, heç vaxt məni başqasının incitməsinə izn verməzdi.

Hətta ən xırda məsələlərdə belə yaxınlarına “birdən Sevincə nəsə deyərsiz ha” deyib, xəbərdarlıq edərdi. Bu gün danışanlar, Mövludun adından mənim üstümə gələnlər onun ruhunu incidirlər. O gün Kəramət deyirdi ki, bu gün Mövlud həyatda olsaydı, bir kəlmə deyərdi ki, Sevinci incitməyin. Əgər siz Mövludu tanıyırsızsa, siz onu bilməliydiz. Demək ki, tanımamısız. Məni bilirsiz nə yandırır? Əgər o ittihamlar sizi Mövludun qardaşı, dostu kimi yandırırsa, gəlin yaxamdan tutun, deyin Sevinc, bu nə işdi tutmusan, cavab ver. Bir sillə vurun. Məni itələyib Ucalın boynunu qucaqlayıb ağlayın.

Mənim bu addımı gözlədiyim adamlar feysbukun bir küncündə Ucalın anasına qara yaxırlar. Mənim ən birinci özüm, daha sonra oğlum qarşısında, cəmiyyət və istintaq qarşısında çəkinəcək tərəfim yoxdur. Buna şübhə edənlər sübut, dəlillə istintaq qarşısına çıxıb kişi kimi mübarizə aparsınlar bir qadınla. Bu qədər faciə içindən çıxan bir qadına bu qədər yüklənmək, əsassız yerə ittiham etmək haqqını hardan alırsız axı? Bu boyda ölümün kölgəsində bu işlərlə necə məşğul ola bilirsiz? Həssasiyyətinizi anlayıram, sarsıntınızı anlayıram, itkimiz, acımız böyükdür. Amma acıq çıxacağınız adam vallah mən deyiləm. Əgər acınızı yüngülləşdirmək istəyirsinizsə, bilmək istədiklərinizi məndən soruşun, gəlin birlikdə ağlayaq, danışaq, susaq... Necə ki vicdanlı dostlarımız belə elədi...

O gün ürəyimdən keçirdi ki, Mövludun bir dostu da feysbukdan aralanıb onun iyini Ucaldan almaq istəyə, onunla təskinlik tapmaq istəyəydi kaş. Bir dostunun boynunu qucaqlayıb ondan soruşardım ki, Mövlud niyə belə elədi? Bircə Kəramət gəldi. Mövludun 3 gündən bir inciyib gileyləndiyi Kəramət. Sonra hər ikimizin dostları olan qələm adamları da mənə təskinlik verdilər ki, Ucalın əmisi kimi, dayısı kimi, sənin qardaşın kimi arxandayıq, möhkəm ol. Bu, mənə güc verir. Amma bəs o qara yaxanlar?

Onlar Mövludun ruhu qarşısında nə cavab verəcəklər? Sabah Ucalın gözünün içinə dik baxa biləcəklərmi? Artıq mənim bir qayəm var: Ucalı o qaramat mühitdən qorumaq, qorumaq, qorumaq! Bircə şeyi bilin, bu gün mən Ucalın gözünün içinə düz baxa bilməsəm, nəinki 17-ci mərtəbədən, ondan da yüksəkdən atardım özümü. Bunu yaxşı bilirsiniz, çox yaxşı bilirsiniz. Ona görə də icazə verin, Ucalımı sağlam böyüdə bilim. Bayaqdan ana kimi yaşamaq gücünə sahib olmaq istəyirdimsə, indi mənə ikiqat güc lazımdır. Bunu anlamaq çoxmu çətindir?!

 

Modern.az

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Düşmən mövqelərimizi 128 dəfə atəşə tutdu
15.12.2017, 09:57

Düşmən mövqelərimizi 128 dəfə atəşə tutdu

Araqdan zəhərlənən 52 yaşlı kişi öldü
15.12.2017, 09:45

Araqdan zəhərlənən 52 yaşlı kişi öldü

Rafiq Hüseynovun xanımı: “Onun ən böyük arzusu yarımçıq qaldı...”   
15.12.2017, 09:42

Rafiq Hüseynovun xanımı: “Onun ən böyük arzusu yarımçıq qaldı...”  

Samur çayı üzərindəki körpünün bütün xərclərini Azərbaycan tərəfi ödəyəcək
15.12.2017, 09:31

Samur çayı üzərindəki körpünün bütün xərclərini Azərbaycan tərəfi ödəyəcək

Siyasi partiyaların 2018-ci ildən GÖZLƏNTİLƏRİ   
15.12.2017, 09:28

Siyasi partiyaların 2018-ci ildən GÖZLƏNTİLƏRİ  

Deputatların mandatdan məhrum edilməsi qaydası DƏYİŞİR
15.12.2017, 09:20

Deputatların mandatdan məhrum edilməsi qaydası DƏYİŞİR

Elimizin və elmimizin ağsaqqalı - Akademik Həsən Əliyev
15.12.2017, 09:10

Elimizin və elmimizin ağsaqqalı - Akademik Həsən Əliyev

Azərbaycanlı astroloqun 2017-ci ildəki iddiaları: doğrular və yalanlar...
15.12.2017, 09:01

Azərbaycanlı astroloqun 2017-ci ildəki iddiaları: doğrular və yalanlar...

Bakıda dərsdən qayıdan qızı maşın vurub öldürdü 
15.12.2017, 08:39

Bakıda dərsdən qayıdan qızı maşın vurub öldürdü 

Əllillərlə bağlı səs-küylü qanun layihəsi parlamentin yaz sessiyasına qaldı   
15.12.2017, 08:37

Əllillərlə bağlı səs-küylü qanun layihəsi parlamentin yaz sessiyasına qaldı  

Milli Məclis 39 məsələni müzakirəyə çıxarır   
15.12.2017, 08:33

Milli Məclis 39 məsələni müzakirəyə çıxarır  

Dollar bu gün neçəyə satılır?
15.12.2017, 08:17

Dollar bu gün neçəyə satılır?

Dilqəm Əsgərovla Şahbaz Quliyevdən yeni xəbər var
15.12.2017, 00:59

Dilqəm Əsgərovla Şahbaz Quliyevdən yeni xəbər var

Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini artırır
15.12.2017, 00:45

Avropa İttifaqı  Rusiyaya qarşı sanksiyaların müddətini artırır

Rəsulzadənin xanımı barəsində təəccübləndirici fakt: “O, elə-belə adam deyil”
15.12.2017, 00:29

Rəsulzadənin xanımı barəsində təəccübləndirici fakt: “O, elə-belə adam deyil”

Xəzərdə 10 neftçinin itkin düşməsi ilə nəticələnən faciədən 1 il ötür
15.12.2017, 00:07

Xəzərdə 10 neftçinin itkin düşməsi ilə nəticələnən faciədən 1 il ötür

Spirtli içki qəbul edən şəxs xəstəxanaya düşdü
14.12.2017, 23:51

Spirtli içki qəbul edən şəxs xəstəxanaya düşdü

Vertolyot qəzasında 4 nəfər öldü
14.12.2017, 23:41

Vertolyot qəzasında 4 nəfər öldü

İran qarşı beynəlxalq koalisiya yaradılır
14.12.2017, 23:26

İran qarşı beynəlxalq koalisiya yaradılır

Azərbaycan nefti bir az da ucuzlaşdı
14.12.2017, 23:12

Azərbaycan nefti bir az da ucuzlaşdı

Azərbaycanda "halal otel"lər açılacaq - Video
14.12.2017, 22:55

Azərbaycanda "halal otel"lər açılacaq - Video

Lənkəranda güllə yarası alan yeniyetmə suya yıxılaraq boğuldu
14.12.2017, 22:31

Lənkəranda güllə yarası alan yeniyetmə suya yıxılaraq boğuldu

Biznesə çevrilən hobbi - Video
14.12.2017, 22:20

Biznesə çevrilən hobbi - Video

“Qətər Azərbaycanın problemlərinin həllində mühüm rol oynayıb”- Kəmaləddin Heydərov
14.12.2017, 22:06

“Qətər Azərbaycanın problemlərinin həllində mühüm rol oynayıb”- Kəmaləddin Heydərov

Avtobusla qatarın toqquşması nəticəsində 4 məktəbli öldü
14.12.2017, 21:54

Avtobusla qatarın toqquşması nəticəsində 4 məktəbli öldü

“Yenə də xəstəxanadayam, nə zaman buraxacaqlarını bilmirəm”-Ramiz Əzizbəyli
14.12.2017, 21:45

“Yenə də xəstəxanadayam, nə zaman buraxacaqlarını bilmirəm”-Ramiz Əzizbəyli

“Yataq”ları dünyaya bəyan olan MƏŞHURLAR
14.12.2017, 21:28

“Yataq”ları dünyaya bəyan olan MƏŞHURLAR

Türkiyə  “S-400” kompleksləri ilə bağlı sazişi bu həftə imzalaya bilər
14.12.2017, 21:14

Türkiyə  “S-400” kompleksləri ilə bağlı sazişi bu həftə imzalaya bilər

38 İŞİD üzvü edam olundu
14.12.2017, 20:58

38 İŞİD üzvü edam olundu

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı Dövlət Proqramı təsdiqləndi
14.12.2017, 20:43

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı Dövlət Proqramı təsdiqləndi

Türkiyə XİN saytında Şərqi Qüdsü Fələstinin paytaxtı kimi göstərdi
14.12.2017, 20:29

Türkiyə XİN saytında Şərqi Qüdsü Fələstinin paytaxtı kimi göstərdi

“Azərbaycan əhəmiyyətli bir tranzit mərkəzinə çevrilir”- Robert Sekuta
14.12.2017, 20:16

“Azərbaycan əhəmiyyətli bir tranzit mərkəzinə çevrilir”- Robert Sekuta

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
14.12.2017, 20:03

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

12 yaşlı uşaq inəklə toqquşaraq öldü
14.12.2017, 19:51

12 yaşlı uşaq inəklə toqquşaraq öldü

Mehriban Əliyeva: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir” - YENİLƏNİB
14.12.2017, 18:56

Mehriban Əliyeva: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir” - YENİLƏNİB

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.10%)
Araz Ağalarov (16.5%)
Mübariz Mənsimov (20.8%)
Fərhad Əhmədov(17.0%)
Füzuli Məmmədov(42.6%)
Telman İsmayılov (0.16%)
İsgəndər Xəlilov(0.10%)
Vaqif Məmişov(0.05%)
Heç biri(1.61%)
Digərləri(0.80%)