Modern.az

Ramil Usubov şikayətçiləri şəxsən qəbul edib

Ramil Usubov şikayətçiləri şəxsən qəbul edib

11 Aprel 2011, 13:36

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyətinə dair məsələlərlə əlaqədar martın 15-dən başlayaraq bölgələrdə vətəndaşların qəbulunu keçirir. DIN mətbuat xidmətindən Modern.az-a bildirlib ki, bu qəbildən növbəti belə tədbir aprelin 11-də Şəki şəhərində olub.

Həmin gün Şəki Şəhər Polis Şöbəsində Şəki, Balakən, Qax, Zaqatala, Oğuz və Qəbələ rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri şəxsən dinləyib, onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyatı üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib.

Daxili işlər naziri tərəfindən qəbul edilən 21 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həll edilib.

General-polkovnik Ramil Usubov qəbulda iştirak etmiş vətəndaşların şikayətlərinə mövcud qanunvericilik çərçivəsində obyektiv şəkildə baxılacağını və konkret tədbirlər görüləcəyini bildirib.

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!