25 may 2017, Cümə axşamı
Ana Səhifə - REPORTAJ - Şəhid polkovnikin xanımından haqq dünyasına MƏKTUB: “Sən kabinet yox, səngər zabiti oldun!”
Şəhid polkovnikin xanımından haqq dünyasına MƏKTUB: “Sən kabinet yox, səngər zabiti oldun!”
05.04.2017, 09:57

Bu il gələn aprel məni keçən ilki qədər sevindirmədi. Keçən il apreldə içdiyim şərbətin dadı damağımda qaldı.  Mən və mənim xalqım o şərbətə çox tamarzıydı... Ötən il aprelin 2-dən 5-nə kimi Vətən torpağına səpilən şəhid qanları Vətəni qürürlandırdı...  Ancaq Vətənə qurban gedən oöullar elə-belə canlar deyil... O canlar neçə canlardan ayrıldı... O canlar neçə insanın canını, ürəyini yana-yana qoyub getdi...

Biz televiziya ekranlarının qabağında həyəcanla QƏLƏBƏ, QALİBİYYƏT xəbərinə sevinəndə, oğullarından, ərlərindən, atalarından, qardaşlarından xəbər gözləyənlərin bağrı yanıb kül oldu... Onlar bizim kimi sevinə bilmədilər. Bizim isə bir gözümüz gülüb, biri ağladı...


Dünənki gecədən  danışacam.  Telefonuma zəng gəldi.  Ötən ilin 4  aprelində səhər saat 06:30 dəqiqədə Talış yüksəkliyində şəhadətə qovuşmuş kəşfiyyat korpusunun komandiri,  polkovnik Vüqar Yusifovun həyat yoldaşı Lalə idi. Yenə üşəndim, yenə titrədim. Şəhid ailələrinin anaları, gəlinləri, bacıları zəng edəndə əlim-ayağım yerdən üzülür, kiçilirəm, param-parça oluram.  Çünki onlara təsəlli verməyə, ovutmağa söz tapmıram.  Vüqar həmişəlik gedəndən sonra bağrı qan olan Lalə yenə utancaq bir səslə dedi: “Bir neçə saatdan sonra Vüqardan ayrılmağımın düz 1 ili tamam olacaq... Bilmədim neyləyim, dərdimi kiminlə bölüm, sizə zəng etdim... Vüqarı  sonuncu dəfə martın 28-i evdən yola salmışdım... Bu il martın 28-i gələndən özümə yer tapmıram...  Ürəyimdən keçənləri bir şagird dəftərinə köçürmüşəm. Onu Sizə çatdırmaq istəyirəm, elə bu gecə...”.


Gecənin bir aləmi, bağrı qan ağlayan .əhid xanımının dəftərini qardaşı mənə gətirdi... gecədən xeyli keçmişdi. Dəftəri açmağa ürək eləmədim. 

Bu gün açdım... vərəqlədim... Ölümündən sonra "Vətənə xidmətə görə" medalı ilə təltif edilən polkovnik Vüqar Yusifovun xanımı haqq dünyasında olan həyat yoldaşına çox şeylər yazıb.

Modern.az saytı şəhidin həyat yoldaşı Lalə xanımın məktubunu təqdim edir. Lalə yazır:



“Martın 28-i evdən çıxanda 1 həftəyə gələcəyəm demişdin, Vüqar... O gündən bu günə gözləyirəm.  Düz 1 il keçib... Gəlmirsən axı... Mesaj yazıram... Çatmır.  Keçən il də belə idi.  Sənin yadında olmaz. Sən qaynar nöqtədə Vətəni qoruyurdun...   Xəbərlərdən bilirdik ki, müharibə başlayıb. Ancaq heç nə anlaya bilmirdim... Axı bir neçə həftə əvvəl sən 18 nəfər kəşfiyyatçınla bərabər düşmən səngəri arxasına keçib, onların bazalarını yerlə-yeksan etmişdin... Deyirdin ki, əvvəllər kənardan müdaxilə edərdiniz, indi isə gedib, məhv edib, hamınız da sağ-salamat qayıtmışdınız... Ondan sonra sənə polkovnik rütbəsi verdilər. Heç bir həftə deyildi rütbə aldığın... Yaman sevincli idin, xoşbəxt idin...

Vüqar... ay Vüqar... bax həmin o müharibə başlayan gecədən sonra heç nə hiss etmirdim, evdə havalı kimi gəzirdim.... Nəhayət ki, aprelin 3-ü 17:30-da ev telefonuna zəng etdin. Sevinclə telefonu qaldırdım. Ancaq səsin  elə yorğun, narahat idi ki... xoşum gəlmədi səsindən... Sən heç vaxt belə danışmırdın  mənimlə. Bu dəfə kobud oldun, boğuq səslə danışdın, səsindəki titrəyişi də hiss etdim... Dedin ki, mənəm, Vüqardır... kaş onda sənə sonuncu dəfə “Cannnnnn” deyəydim. Demədim. Özümü itirdim.  Sevinc dolu həyəcanla “Nə vaxt gəlirsən?” soruşdum. Yek kəlmə ilə “Mən yaxşıyam, narahat olma, özünə yaxşı bax. Gələcəyəm. Sağ ol” deyib, dəstəyi  asdın.  Sevinirdim. Sevinirdim ki, nəhayət səsini eşitdim. Əslində bu sevinci mənə səsin gətirmişdi. Səsini eşitməklə sağ olduğuna əmin olmuşdum. Amma o səsini eşidənə qədərki  ötən gün və saatlarda nələr çəkdiyimdən təkcə Allahın xəbəri oldu.  Bir az keçəndən sonra yenə televiziyadan, internetdən şəhid xəbərləri gəlməyə başladı... Yenə narahatlıq, yenə nigarançılıq, bir gözüm güldü ki, uşaqları qorxutmayım, bir gözüm isə ağladı... Qərarsız idim. Otaqlar məni yeyirdi...  Bizim evliliyimizdən  10 ildən çox vaxt keçmişdi. Heç vaxt bu qədər qərarsız olmamışdım. Sabahdan qorxurdum. Açılacaq sabahdan qorxurdum.

04.04.2016... O müdhiş gün.  Səhəri dirigözlü açdım. Mürgüləyəndə  bayrağa bükülmüş tabut  göründü gözlərimə... Diksindim. Sonra saat 12:30-u göstərir... Axır ki, susan telefona zəng gəldi. Danışan sən deyildin. Kimsə dedi ki “Vüqar yoxdur, onu itirdik...”.

Qışqırıram, nalə çəkirəm, səsim divarları silkələyir... saçlarımı yoluram... Allaha etiraz edirəm... Yoooooxxxxx... ola bilməz... yox, mənim və sənin arzuların yarımçıq qala bilməz...  axı bizim üç gözəl balamız var... mən sənsiz neyləyərəm... Göz yaşları içərisində qəh-qəhə ilə gülürəm... Səni çağırıram... Sonra toxtayıb ətrafıma baxıram... Heç nə anlaya bilmirəm.... Bu necə ola bilər? Necə ola bilər ki, Vüqar olmasın... İndi mən neyləyim? Hara gedim, kimdən istəyim səni... Vüqar, kaş bu xəbər yalan olsun... Axı sən həmişə gedəndə qayıdırdın... Axı sən  bir zabit kimi nə qədər əsgərə cavabdehsən, sən gör nəqər əsgərin böyüyüsən, onları necə başsız qoya bilərsən... axı sən onları bizdən də çox istəyirdin.... Bəlkə... Bəlkə... bəlkə necə olur ki?...  Birdən   qəhrmanlıqların, fədakarlıqların yadıma düşür... fikirləşirəm ki, həəəəə.... axı Vüqar heç vaxt arxada gizlənə bilməzdi... yəqin  yenə durub qabağa keçib... yəqin yenə də öndə olmaq istəyib...

Vüqar, ay Vüqar... Nə olar, heç olmasa ötən bir ildə bu gün səsimə səs ver... Bu gün aprelin 4-ü 2017-ci ildir. Səhərdir... 1 il bundan əvvəl də səni belə gözləyirdim... Eynən bugünkü kimi.... yenə havalanmışam... Ancaq indi qışqırmıram... səsimi içimdə boğuram ki, evdə uşaqlar acımasınlar...


Heç bilirsənmi nələr oldu, səndn sonra?!  6 yaşlı Aytən donub... ona bir söz demək olmur, hətta cizgi filmində bir kəpənəyin ölməsini belə, görəndə ağlayır... ağlamağa bəhanə gəzir.  Sənin şəhadət xəbərin gələndə Kənana deyirmiş ki,  dayı mən ağlamıram ki, şəhidlər inciməsin. Axı atam da şəhiddir. Yoxsa qayıdıb gəlməz. Bu sözləri gülə-gülə deyirmiş, ancaq gözlərindən gülə-gülə yaş tökürmüş... Bunu mənə  Kənan dedi sonralar. Bax o gün bu gün Aytən sənsizliyə öyrəşə bilmir Vüqar.

Bu gün əllərimi Tanrıya açıb yalvarıram ki, aprelin 4-ü tez bitsin, tez keçsin...dözmək olmur.... başa düşürsən məni.... daha tükənmişəm, dözə bilmirəm...

Sən mənim birincim, həyatımın incisi idin... Sənin yazdığın məktublardakı sətirlərdə, özündən sonra qalan birincilik medallarında, sertifikat, diplomlarında axtarıram nəfəsini, əl izlərini... Türkiyədə, Amerikada... hər yerdə birinci... Ölümə də birinci atıldın... Sən  kabinet polkovniki olmadın.... sən səngər polkovniki oldun.  Həlak olnada da  sənin cansız bədənini səngərdən səcdə etdiyin halda götürmüşdülər. Səngərdə də torpağa səcdə edib dayanmışdın.  Azad etdiyin, yenicə ələ keçirdiyin səngərdə... Gör bir, uca Tanrım səni nə qədər sevirmiş ki, 1992-ci ildən sonra səngərdə ölən ilk polkovnik oldun. Tanrı bu birinciliyi də sənin qismətinə yazdı...

Məkanın cənnət olsun, cənnət quşum... Gözün arxada qalmasın... Mənə əmanət etdiyin 3 balanı sənin adına layiq böyüdəcəm.... Vüqar, ay Vüqar , heç olmasa, indi de, eşidirsən məni...”.


... Bu gün aprelin 5-dir. Vuqar Yusifov, Raquf Orucov,  Təbriz  , Orxan, Elnur... həmin səhər  aprel ayının 4-ü səhər  dan yeri yenicə açılanda  şəhidlik məqamına yetişmişdilər.  Onları  aprelin 5-i  Azərbaycan elliklə dəfn etdi.  Onlar bizə Qalibiyyət şərbətini ilk dadızdıran qəhrəmanlarımızdırlar. Biz yenə də o şərbətdən içmək istəyirik.  Biz yenə o aprelə qayıtmaq istəyirik... Əslində bundan sonra  ötən ilin aprelini  hər il yada salacağıq. O aprel bizim şərəf, başucalıq tariximizdir. O apreldən bu aprelə qədər bizim çoxumuz hardasa  ötən ilin 2-5 aprelində şəhid olanları, onların ailələrini unuda bildik. Dünya əzəldən belədir. Ölənlər ölmək  olmur.  Biz o şəhidi olan ailələrdən bir köynək uzağıq axı. Nə qədər desək də ki, yanıb yaxılırıq, bir şəhid anası, bir şəhidin dul qalmış gəlini qədər yanan-yaxılan deyilik...

Aida Eyvazlı


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
25.05.2017, 08:55

Dollar bu gün neçəyə satılacaq?

25.05.2017, 00:56

“Mançester Yunayted” Avroliqanın qalibi oldu

25.05.2017, 00:34

Etirazçılar Maliyyə Nazirliyinin binasını yandırdı

25.05.2017, 00:24

General özünü qurban hesab edir

25.05.2017, 00:10

Avtomobilin öz-özünə hündürlüyə doğru  hərəkət etdiyi yol - VİDEO

24.05.2017, 23:54

İndoneziyada partlayış qurbanlarının sayı artır: 3 ölü, 10 yaralı, Yenilənib

24.05.2017, 23:39

Türkiyə Rusiyadan idxalı azaldır

24.05.2017, 23:26

Neft bahalaşdı

24.05.2017, 23:21

Analiz və ya zorən boşananlar

24.05.2017, 23:12

Mançesterdə terror törədənin atası da saxlanılıb - YENİLƏNİB

24.05.2017, 22:56

Azərbaycanda “Son zəng” iki dəfə çalınacaq...  

24.05.2017, 22:54

Asiyada da eyni cinslilərin nikahına icazə verildi

24.05.2017, 22:46

Cinsi zəifliyi aradan qaldıran ən güclü TƏBİİ VASİTƏ

24.05.2017, 22:40

Dərmansız məhsul istehsal etmək olmur

24.05.2017, 22:26

Həkim əməliyyat adı ilə xəstəni aldadıb - VİDEO

24.05.2017, 21:55

Neft hasilatı artırılmayacaq

24.05.2017, 21:44

Sel Şamaxıda 2 körpünü uçurdu: Kəndlərlə əlaqə kəsildi

24.05.2017, 21:31

Azərbaycanla Rumıniya universitetləri əməkdaşlıq edəcək

24.05.2017, 21:17

Beynəlxalq Bankın reytinqi məhdud defolt səviyyəsinədək endirilib

24.05.2017, 21:08

Daşqınlar Çinə ciddi ziyan vurdu

24.05.2017, 20:54

Maliyyə Nazirliyi təkzib etdi: Təkbətək görüş keçirilməyib

24.05.2017, 20:30

BMT 30 sentyabrı Beynəlxalq Tərcümə Günü elan etdi

24.05.2017, 20:16

Azərbaycan peykindən Gürcüstan, Qırğızıstan və Moldova istifadə edəcək

24.05.2017, 20:03

Səfir Azərbaycanın ABŞ-dan aldığı təyyarələrdən danışdı

24.05.2017, 18:56

Aleksandr Lukaşenko Azərbaycan prezidentini təbrik edib

24.05.2017, 18:41

Tramp Brüsseldə NATO sammitinə qatılacaq

24.05.2017, 18:32

Aralıq dənizində miqrant faciəsi: 31 ölü

24.05.2017, 18:28

“Güzəştli mənzil” sistemi haqqında əsasnamə təsdiq olundu

24.05.2017, 18:21

Binəli Yıldırım: “Türkiyə qardaş Azərbaycan ilə ...”

24.05.2017, 18:10

Türkiyə prezidenti: "Azərbaycan gələcəkdə daha mühüm nailiyyətlər qazanacaq"

24.05.2017, 18:00

Roma Papası İlham Əliyevi təbrik etdi

24.05.2017, 17:58

Təmas xəttində monitorinq keçiriləcək

24.05.2017, 17:48

Natiq Əliyevdən neftin qiyməti ilə bağlı AÇIQLAMA

24.05.2017, 17:39

Ötən il Prezident Administrasiyasının saxlanılmasına xərclənən pulun məbləği – RƏQƏMLƏR  

24.05.2017, 17:37

ADU-da “Biz fransız dilini sevirik” adlı tədbir keçirilib

ARXİV