24 aprel 2018, Çərşənbə
Ana Səhifə - MEDİA - “Mirzə Cəlil demişdi ki, icazə verin jurnalı erməni dilində çıxarım” - 111 yaşlı “Molla Nəsrəddin”
“Mirzə Cəlil demişdi ki, icazə verin jurnalı erməni dilində çıxarım” - 111 yaşlı “Molla Nəsrəddin”
07.04.2017, 13:48

Aprelin 7-si Azərbaycan jurnalistika və publisistikasının mühüm səhifəsi olan “Molla Nəsrəddin” jurnalının ildönümüdür. “Molla Nəsrəddin” XX əsrin əvvəllərindən ta bu günədək Azərbaycana xidmət etməkdədir. Amma istər fəaliyyət göstərdiyi ilk illərdə, istər sovet dönəmində, istərsə də müasir dövrdə jurnal barəsində fikirlər birmənalı olmayıb. Bəziləri bu nəşri ictimai bəlaların sərt və ədalətli tənqidçisi sayıb. Digər tərəf  “Molla Nəsrəddin”in tənqidində ifratçılıq və qərəzlilik görüb. Üçüncü qisim isə  jurnalı sona qədər öz məsləyinə sadiq qalmamaqda, əsas qayəsindən, ideyasından sapmaqda günahlandırıb.


Bu gün 111 yaşı tamam olan jurnal haqqında üçüncü tərəfin iddiaları ildən-ilə daha da artır. Həqiqətənmi, “Molla Nəsrəddin”  “sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” xəttinə sadiq qalmadı?


Yazıçı-publisist, araşdırmaçı Mehriban Vəzir Modern.az saytına açıqlamasında Mirzə Cəlilin məcburi şəkildə müəyyən güzəştlərə getdiyini desə də, heç zaman əsas hədəflərindən yayınmadığını, yolundan sarpmadığını vurğulayıb:

 

““Molla Nəsrəddin”dən danışarkən, mütləq Mirzə Cəlillə yanaşı, Ömər Faiq Nemanzadənin da adı çəkilməlidir. Onlar yaxın silahdaş olublar və jurnalın ərsəyə gəlməsində ən azı Mirzə Cəlil qədər Ömər Faiqin də xidmətləri var.  Bu çətin işə, missiyaya birlikdə başlayıb, xeyli maneə, çətinliklərdən keçiblər. Amma jurnalın mövcud olduğu 25 ili xarakterizə etmək istəsək, deməliyik ki, “Molla Nəsrəddin”in üzərində dəfələrlə böyük dövlətlərin - Osmanlı, İran və Çar Rusiyasının təzyiqləri olub. Jurnal Çar Rusiyasını çox tənqid edə bilmirdi, çünki necə də olmasa, boğazı əllərində idi. Amma İranla bağlı tənqidi yazılar çox yazırdı. Oradan da öz növbəsində jurnala təzyiqlər edilirdi. İran hökumətindən Rusiya hökumətinə jurnalın bağlanması ilə əlaqəli müraciətlər olunurdu.  Satışına həm Rusiya, həm Osmanlı, həm də İran ərazisində qadağalar qoyulurdu. Sovet hakimiyyəti qurulandan sonra 1920-ci ildə Mirzə Cəlil Həmidə xanımla birlikdə İrana getməyə məcbur oldu. Bilirsiniz ki, o ərəfədə sovet ordusu Gəncədən Qarabağa qədər kəndlərə bir-bir hücum edirdi. Mirzə Cəlil də ailəsi ilə birlikdə o zaman Qarabağın Kəhrizli kəndində yaşayırdı. Arazı adlayıb, İrana keçdilər.  Ondan sonra “Molla Nəsrəddin”i Təbrizdə çıxarmağa başladılar. Təbrizdəki ilk nömrədən sonra jurnalın çapına qadağa qoyuldu. Ondan sonra əsnaf, xalq kütləsi ayağa qalxıb etiraz etdilər. Ziyalılar da bu etiraza qoşulmuşdu.  Jurnal ondan sonra yenə də çapına davam etdi. Bütün bu hadisələr zamanı Mirzə Cəlil müəyyən güzəştlərə getməyə məcbur olurdu, çünki jurnal yaşamalıydı.

Sizə maraqlı bir epizodu deyim: deməli, İran hökuməti təklif etmişdi ki, jurnal farsca çıxsın. Çünki o zaman İranda türk dilində jurnal çıxmırdı, amma erməni dilində yayımlanan çap məhsulu var idi. Mirzə Cəlil o zaman valiyə deyir ki, “mən farsca bilmirəm, amma ermənicəni yaxşı bilirəm. İcazə verin, bu jurnalı erməni dilində çıxarım”.
Bu təbii ki, sarkazm, Mirzə Cəlil tərəfindən ustalıqla deyilən ironiya idi. İranda erməni dilində çıxan mətbuata ustalıqla işarə idi. Ondan sonra qarşılıqlı anlaşma yarandı. Həm onlar, həm də Mirzə Cəlil güzəştə getdi. Məsələn, onlar təklif etmişdilər ki, jurnalın üz qabığı, baş məqaləsi farsca, yerdə qalan hissəsi isə türkcə  çıxsın. Mirzə Cəlil bunda güzəştə getmişdi.

Ümumiyyətlə, o, çalışmaq, jurnalı yaşatmaq üçün müəyyən güzəştlərə getməyə məcbur idi. Bunu qətiyyən jurnalın məsləyindən sapma kimi dəyərləndirmək olmaz. Çünki qarşısında Osmanlı, İran, Rusiya kimi nəhəng imperiyalar dayanmışdı. Hamısı da bütün gücü ilə jurnalın üstünə gəlirdi. İstər-istəməz ağlı başında olan adam bir addım geri gedirdi ki, işini aşıra bilsin. Mirzə Cəlil də bu cür edirdi.

Amma daha sonra Nəriman Nərimanov onu Təbrizdən Bakıya geri çağırdı. Həmidə xanım qayıtmaq istəməsə də, Mirzə Cəlil o təklifə razı oldu. Məcburən, bütün ailə Bakıya qayıtdı. Amma qayıtdıqdan sonra nə vəd olunmuşdusa, heç biri - nə azad söz, nə normal yaşam şəraiti - bunlar olmadı. Hamısının üzərindən qara xətt çəkildi. Ailə tamamilə acınacaqlı duruma düşdü. Mirzə Cəlilə heç imkan vermədilər ki, işləsin, jurnalda nəyisə tənqid eləsin. Molla Nəsrəddinin gücü də tənqiddədir. Vəziyyət bu cür davam etdikcə, Mirzə Cəlil 1922-ci ildə baş redaktorluqdan imtina etdi. Evdə də giley edirdi ki, o, bu cür işləyə bilməz, onu işləməyə qoymurlar. Sonda da bilirsiniz ki, necə çətin şəraitdə dünyasını dəyişib”.

Fikrimizin qısa xülasəsini çıxarsaq, deyə bilərik ki, bəli, Mirzə Cəlil müəyyən məsələlərdə güzəştə gedib. Amma bunlar qətiyyən jurnalın yolundan sarpmasına səbəb olmayıb”.


E.Nazimoğlu

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
CANLI YAYIM
Ermənilər Sarkisyanın istefasını bayram edir
SON XƏBƏR
Bakıya 1600 yeni vaqon gətiriləcək: yükdaşımalar asanlaşdırılır
24.04.2018, 00:38

Bakıya 1600 yeni vaqon gətiriləcək: yükdaşımalar asanlaşdırılır

Azərbaycanda rektordan maraqlı addım - Bu tələbələrə ikiqat təqaüd verir
24.04.2018, 00:33

Azərbaycanda rektordan maraqlı addım - Bu tələbələrə ikiqat təqaüd verir

Azərbaycanda tibbi sığorta qayqaları dəyişdi   
24.04.2018, 00:28

Azərbaycanda tibbi sığorta qayqaları dəyişdi  

Donald Trampdan Makrona maraqlı hədiyyə   
24.04.2018, 00:24

Donald Trampdan Makrona maraqlı hədiyyə  

Armen Sarkisyan Ermənistan hökumətinin istefasını qəbul etdi
24.04.2018, 00:17

Armen Sarkisyan Ermənistan hökumətinin istefasını qəbul etdi

Neftin qiyməti  75 dollara çatdı - 4 ilin rekordu
24.04.2018, 00:15

Neftin qiyməti  75 dollara çatdı - 4 ilin rekordu

Xərçəng əməliyyatlarında nanobıçaq sınaqdan keçirilir
24.04.2018, 00:09

Xərçəng əməliyyatlarında nanobıçaq sınaqdan keçirilir

Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək
23.04.2018, 23:22

Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək

Minsk qrupunun həmsədrləri yeni bəyanat yaydı
23.04.2018, 23:16

Minsk qrupunun həmsədrləri yeni bəyanat yaydı

Alimlər qadınlarda gizli  qocalıq "xəbərçiləri"ni açıqladılar
23.04.2018, 23:02

Alimlər qadınlarda gizli  qocalıq "xəbərçiləri"ni açıqladılar

Azərbaycana yanvar-mart aylarında bu qədər turist gəlib
23.04.2018, 22:33

Azərbaycana yanvar-mart aylarında bu qədər turist gəlib

Yeni komitə sədri Fuad Muradov - DOSYE 
23.04.2018, 21:56

Yeni komitə sədri Fuad Muradov - DOSYE 

Ərdoğan əsəbiləşib iclası tərk etdi
23.04.2018, 21:53

Ərdoğan əsəbiləşib iclası tərk etdi

"Ermənistanda növbədənkənar parlament seçkiləri təyin ediləcək" - PAŞİNYAN 
23.04.2018, 21:45

"Ermənistanda növbədənkənar parlament seçkiləri təyin ediləcək" - PAŞİNYAN 

Dövlət Gömrük Komitəsinin yeni sədri kimdir... - DOSYE
23.04.2018, 21:42

Dövlət Gömrük Komitəsinin yeni sədri kimdir... - DOSYE

Daha bir gənc deputata etimad göstərildi - Miqrasiya Xidmətinin rəisi oldu   
23.04.2018, 21:33

Daha bir gənc deputata etimad göstərildi - Miqrasiya Xidmətinin rəisi oldu  

“Ceyhun Bayramov işinə hədsiz məsuliyyəti və kreativ keyfiyyətləri ilə seçilir”
23.04.2018, 21:15

“Ceyhun Bayramov işinə hədsiz məsuliyyəti və kreativ keyfiyyətləri ilə seçilir”

Məşhur türkoloqa "İlin alimi"  mükafatı verdili - AMEA-da 
23.04.2018, 21:05

Məşhur türkoloqa "İlin alimi"  mükafatı verdili - AMEA-da 

Dünyanın ən çox qazanan futbolçusu və baş məşqçisi 
23.04.2018, 20:12

Dünyanın ən çox qazanan futbolçusu və baş məşqçisi 

Turizm Agentliyinin yeni sədrinin uğurlu karyera yolu - BİOQRAFİYA  
23.04.2018, 20:01

Turizm Agentliyinin yeni sədrinin uğurlu karyera yolu - BİOQRAFİYA  

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi  
23.04.2018, 19:28

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi  

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI
23.04.2018, 19:15

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI

Soyuq silahların xaricdən qanunsuz yollarla Azərbaycana gətirilməsinin qarşısı alınıb
23.04.2018, 18:55

Soyuq silahların xaricdən qanunsuz yollarla Azərbaycana gətirilməsinin qarşısı alınıb

Ermənistana müvəqqəti olaraq Karen Karapetyan başçılıq edir
23.04.2018, 18:41

Ermənistana müvəqqəti olaraq Karen Karapetyan başçılıq edir

Putin 3 azərbaycanlıya vətəndaşlıq verdi
23.04.2018, 18:35

Putin 3 azərbaycanlıya vətəndaşlıq verdi

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat YAYDI
23.04.2018, 18:28

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat YAYDI

Yol Polisi sürücülərə XƏBƏRDARLIQ etdi
23.04.2018, 18:14

Yol Polisi sürücülərə XƏBƏRDARLIQ etdi

İranın qadın ağırlıqqaldıranları beynəlxalq yarışa qatılıblar
23.04.2018, 18:09

İranın qadın ağırlıqqaldıranları beynəlxalq yarışa qatılıblar

Ramiz Mehdiyev yeni nazirlərdən danışdı - VİDEO 
23.04.2018, 17:55

Ramiz Mehdiyev yeni nazirlərdən danışdı - VİDEO 

BMT-nin Əhali Fondundan media üçün seminar - qalib Türkiyəyə gedəcək
23.04.2018, 17:54

BMT-nin Əhali Fondundan media üçün seminar - qalib Türkiyəyə gedəcək

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO
23.04.2018, 17:44

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO

Eldar İbrahimov: “Sarkisyanın istefa xəbəri məni də çox sevindirdi”
23.04.2018, 17:31

Eldar İbrahimov: “Sarkisyanın istefa xəbəri məni də çox sevindirdi”

Ramiz Mehdiyev daha bir yeni naziri kollektivə təqdim edib
23.04.2018, 17:31

Ramiz Mehdiyev daha bir yeni naziri kollektivə təqdim edib

“Serj Sarkisyanın istefası Azərbaycanın xeyrinədir”   
23.04.2018, 17:24

“Serj Sarkisyanın istefası Azərbaycanın xeyrinədir”  

Paytaxtda mənzil oğurluğu törətmiş 16 cinayətkar qrup ifşa olunub
23.04.2018, 17:19

Paytaxtda mənzil oğurluğu törətmiş 16 cinayətkar qrup ifşa olunub

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(7.35%)
İmtahan qiymətləri normalıdr(4.41%)
İmtahan qiymətləri aşağıdır(1.47%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(73.5%)
İmtahan qiymətləri azaldılmalıdır(4.41%)
İmtahan qiymətləri artırılmalıdır(8.82%)