28 aprel 2017, Cümə
Ana Səhifə - GÜNDƏM - UNEC rektoru: "İBİ nəzəri biliyi praktiki biliyə çevirən məkan olmalıdır"
UNEC rektoru: "İBİ nəzəri biliyi praktiki biliyə çevirən məkan olmalıdır"
21.04.2017, 17:17

UNEC-in rektoru, professor Ədalət Muradov , tanınmış investor Elşad Abbasov, Khazar Ventures və SUP Acceleratorun həmtəsisçisi Məmməd Kərim və İqtisad Universitetinin gənc müəllimi, Masaçusets Texnologiya İnsitutunun (MİT) məzunu Ramil Məhərrəmov İnnovativ Biznes İnkubatorda (İBİ) startapçılarla görüşüb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-neft ixracının stimullaşdırılması, bu sahədə mütəxəsislərin hazırlanmasını prioritet məsələ kimi qarşıya qoyruğunu bildirən rektor UNEC-in dövlət strategiyasına dəstəyini nümayiş etdirmək məqsədilə tədbirlər planı hazırlandığını diqqətə çatdırıb. Qeyd edib ki, UNEC startapçılarınından istəyimiz qeyri -neft sektorunun inkişafına təkan verən layihələr görməkdir. Ə.Muradov İnnovativ Biznes İnkubator nəzəri biliyi praktiki biliyə çevirən məkan olmalıdır, deyə bildirib. Rektor ən fəal startapçı, UNEC tələbəsi Fəqan Çələbizadəyə və onun komandasına fəaliyyətinin daha da genişləndirməsi üçün ofis şəraitinin yaradılması barədə göstəriş verib.

 

Daha sonra investorlar təcrübələrini bölüşərək, tövsiyyələrlə çıxış ediblər.

UNEC-in İnnovativ Biznes İnkubator layihəsini müsbət dəyərləndirən Elşad Abbasov ideyanın startapa çevrilməsi yollarından danışıb. Bildirib ki, bu gün ölkədə biznes inkubatorlarının yaranmasına diqqət yaranıb. Artıq investorlar startaplara maraq göstərir. Amma sərmayədar hər ideyaya vəsait yatırmır. Çünki bütün ideya startapa çevrilə bilmir. Tanınmış investor bu sahədə uğur qazanmağın üç yolunuxüsusi qeyd edib - istək, əzmkarlıq və komanda işi. E.Abbasov innovativ texnologiyalara yönələn startapların daha faydalı olacağını və gələcəyin investorlarının bu sahəyə diqqət yönəltmələrini təklif edib.

 

İdeya startarın 20-30 faizidir deyə, bildirən investor R.Məhərrəmov UNEC-də startap layihələrinə olan marağın artırılması məqsədilə təkliflər irəli sürüb. Bildirib ki, İBİ-yə mentorların cəlbi , onun nəzdində İnvestisiya Şurasının və ya fondunun yaradılması, tədrisdə startapların müzakirəsi bu sahənin sürətli inkişafına təkan ola bilər.

 

Khazar Ventures və SUP Acceleratorun həmtəsisçisi M.Kərim isə qeyd edib ki, investor universitetdən bacarıqlı kadrlar və maraqlı təşəbbüslər gözləyir. Hesab edirəm ki, ölkədə ilk dəfə UNEC -də yaradılan İBİ gələcəyin ökə iqtisadiyyatına fayda verəcək investorlarını yetişdirəcək. M.Kərim tələbələrə bu layihələrə təkcə hobbi kimi yanaşmamağı , iş həyatı ilə yaxından tanış olmağı tövsiyyə edib.

Sonda tələbələrin sərmayənin cəlb edilməsi, startapların beynəlxalq aləmə çıxış imkanlarının əldə edilməsi yolları, bu sahədə qarşıya çıxan çətinliklər, bazarın şərtləri, investorlardan gözləntiləri və digər sahələrə dair sualları cavablandırılıb.

 

Qeyd: 2014-cü ildə yaradılan İnnovativ Biznes İnkubatorun ( İBİ) əsas məqsədi gənc menecer və sahibkarların yetişdirilməsi, tələbə startaplara tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərmək, tələbələrə praktiki bilikləri verməkdir. Hazırda burada 12 layihə reallaşdırılır.

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
28.04.2017, 12:13

Ermənilər Azərbaycan mövqelərinə zenit raketi atdılar - FOTOLAR

28.04.2017, 12:06

Xarici musiqiçilər Şuşada konsert verdilər - FOTOLAR

28.04.2017, 12:01

Şəhid polkovnikin xanımı mediadan narazılıq etdi: “Heç bir vəzifəyə təyinat almamışam”

28.04.2017, 11:57

Hacı İbrahimin milyonluq maşını satışa çıxarıldı - Kreditdə imiş

28.04.2017, 11:53

Senatorun qızı: “Obama çirkin kapitalistdir”

28.04.2017, 11:50

“Fərqli ölkə, fərqli mühit, fərqli insanlar…”

28.04.2017, 11:48

Azərbaycan Xarici İşlər Nazirliyindən Zaxarovaya CAVAB

28.04.2017, 11:35

Elmar Məmmədyarovla macar həmkarı məktublaşdı

28.04.2017, 11:14

QHT-lərin ödəniş problemi: Maliyyə Bazarına Nəzarət Palatasından AÇIQLAMA

28.04.2017, 11:10

İlham Əliyev Sumqayıtda zavod tikintisi ilə tanış oldu

28.04.2017, 11:06

Tanınmış idmançılar İslam Oyunları HAQDA...

28.04.2017, 11:01

Rusiyada həmyerlisini öldürən azərbaycanlı axtarılır - FOTO

28.04.2017, 10:57

Ramil Usubov 2 rayona polis rəisi təyin etdi

28.04.2017, 10:47

Aprel müharibəsində şəhid olan polkovnik-leytenantın xanımına vəzifə verildi – RƏSMİ  

28.04.2017, 10:45

Tillerson: “Moskva danışıqlarında heç nəyi həll etmədik”

28.04.2017, 10:41

Əflatun Amaşovdan Mariya Zaxarovaya sərt CAVAB

28.04.2017, 10:25

Çavuşoğlu AŞPA-nı HƏDƏLƏDİ

28.04.2017, 10:04

Elmar Məmmədyarov: "Danışıqlarda hər şey Ermənistanın siyasi iradəsindən asılı olacaq"

28.04.2017, 10:02

Bakıda 50 yaşlı kişi intihar etdi

28.04.2017, 09:59

Cəbhədəki vəziyyət – Müdafiə Nazirliyi AÇIQLADI

28.04.2017, 09:47

Bir ildə 13758 azərbaycanlı məhkum olunub - fəhlə, qulluqçu, hərbçi, tələbə...

28.04.2017, 09:34

Azərbaycanın 28 aprel işğalı - AXC-nin süqutundan 97 il keçir

28.04.2017, 09:26

“Ailə günü” qeyd ediləcək

28.04.2017, 09:19

Azərbaycandakı çoxuşaqlı anaların sayı, onlara verilən müavinətin məbləği - RƏSMİ

28.04.2017, 09:14

Malayziyalı səfir UNEC-də

28.04.2017, 09:10

Hacı Əbdül 7 yaşlı oğlunu 3-cü dəfə Həccə aparır, Hacı Qalib də 29-cu dəfə Kəbəni ziyarətə gedir

28.04.2017, 08:50

Dollar bu gün neçəyə satılır? - MƏZƏNNƏ

28.04.2017, 01:05

Makedoniyada etirazçılar parlament binasını tutub

28.04.2017, 00:52

Antalyada spirtli içki qadağası

28.04.2017, 00:26

Güclü külək ağacları kökündən çıxardı

28.04.2017, 00:09

"Türkiyə ABŞ hərbçilərinin həyatı üçün təhlükə yaradıb" - ABŞ rəsmisi

27.04.2017, 23:58

Polis ən iri cinayətkar qruplaşmanın liderini yaxalayıb

27.04.2017, 23:47

Abdullah Gül AŞPA-nın qərarına münasibət bildirdi

27.04.2017, 23:36

Ağdaşda sakinlər süni balıq gölünü dağıtdı

27.04.2017, 23:27

İsrail Suriyadan ərazisinə daxil olan pilotsuz təyyarəni vurub

ARXİV