Modern.az

Çempionluq kuboku "Qarabağ"a təqdim edilib

Çempionluq kuboku "Qarabağ"a təqdim edilib

Aktual

23 Aprel 2017, 20:29

"Sumqayıt"la Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra "Qarabağ"a çempionluq kubokunun təqdim edilmə mərasimi keçirilib. Modern.az "Report"a istinadən xəbər verir ki, mərasimə Ağdam klubunun prezidenti Abdulbari Gözəl də qatılıb.

A.Gözəl baş məşqçi Qurban Qurbanovu çempionluq münasibətilə təbrik edib və ona anasının dünyasını dəyişməsi ilə əlaqədar başsağlığı verib. Daha sonra klub prezidenti futbolçuları da təbrik edib.

Bundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və o, komanda üzvlərinə medallar təqdim edib. Futbolçular mükafatlandırma mərasiminə ortasında ulduz şəkli olan forma ilə çıxıblar.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü