23 may 2017, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - Bu il Gül bayramı fərqli formatda keçiriləcək - Bakı Meriyasından AÇIQLAMA
Bu il Gül bayramı fərqli formatda keçiriləcək - Bakı Meriyasından AÇIQLAMA
26.04.2017, 09:27

Görkəmli dövlət xadimi, mərhum Heydər Əliyevin doğum günü ilə bağlı hər ilin 10 may tarixində keçirilən Gül bayramı bu il təmtəraqlı təşkil olunmayacaq.

Əvvəlki illərdə Bakıda, Heydər Əliyev Sarayın qarşısında və “Qış bulvarı”nda keçirilən bayram hazırlıqları aprelin ortasından başlayırdı. Müxtəlif dekorasiyalar qurulur, Bakı meri Hacıbala Abutalıbovun göstərişilə xarici ölkələrdən al-əlvan güllər gətirilirdi. Aprelin sonu olmasına baxmayaraq, bu il hər hansı hazırlıq işləri getmir...


Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gül bayramı yeni formatda qeyd ediləcək:

“Mayın 10-da Bakı şəhərinin bütün park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və güləkmə mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunacaq. Hər il mərhum prezident Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurub və bununla bağlı şəhər İcra Hakimiyyətinə çoxsaylı vətəndaş təşəbbüsləri daxil olub. Bakı Şəhər İcra Hakimiyyəti müraciət edən ayrı-ayrı təşkilatların, tədbirə müstəqil şəkildə qoşulmaq niyyətində olan ictimaiyyət nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə Gül bayramının yeni formatda keçirilməsi barədə qərar qəbul edib. Şəhərin rayonlarının geniş ictimaiyyətinin və icra hakimiyyəti strukturlarının iştirak edəcəyi əmək və Gül bayramında hər rayon özünəməxsus formada abadlaşdırma və güləkmə işləri aparacaq”.

 

Meriyadan Modern.az-a verilən cavabda daha sonra bildirilib:


“Builki Gül bayramı təkcə bir park çərçivəsində gül-çiçəklərin, çələnglərin, dekorativ bitkilərin müxtəlif dizaynla təqdimatı ilə deyil, ictimaiyyətin, ayrı-ayrı təşkilatların, sıravi vətəndaşların geniş iştirakı ilə şəhərin bütün parklarında keçiriləcək. İnsanlar sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanına malik olacaqlar”.

Xatırladaq ki, 2016-cı ildə də Gül bayramı prezident İlham Əliyevin göstərişilə fərqli formatda keçirlmişdi. Belə ki, dövlət başçısı tədbirin keçiriləcəyi vaxtın “Aprel şəhidləri”nin 40 mərasiminə düşdüyünü nəzərə alaraq, bayramın ləğvi haqda göstəriş vermişdi.

Qeyd edək ki, Gül bayramı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun təşəbbüsüdür.

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.05.2017, 09:19

Lökbatanda 66 yaşlı kişini qətlə yetirdilər

23.05.2017, 09:08

Bakıda qadın özünü 8-ci mərtəbədən atdı, sağ qaldı

23.05.2017, 08:53

İngiltərədə dəhşətli terror - 19 ölü, 50 yaralı...

23.05.2017, 08:50

Bu gün 11-ci sinif şagirdləri imtahan verir

23.05.2017, 08:46

Bakıda 66 yaşlı kişi qətlə yetirilib

23.05.2017, 08:45

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

23.05.2017, 00:52

Daha 4 PKK terrorçusu zərərsizləşdirildi

23.05.2017, 00:39

Azərbaycan ilbiz ixracına başlayır

23.05.2017, 00:33

“Ölülərdən ordenləri geri almırlar” - İntihar edən nazirin son yazısı - MARAQLI

23.05.2017, 00:28

Qatıq və qarabaşaq qarışığı, sağlamlıq üçün UNİKAL VASİTƏ

23.05.2017, 00:25

Abituriyentlərə verilən müddət bitdi

23.05.2017, 00:14

Dollar zəifləyəcək

23.05.2017, 00:00

Münaqişə qanlı sonluqla bitdi

22.05.2017, 23:45

Xırdalan sakini şəhərdə canavarla gəzir - VİDEO

22.05.2017, 23:24

İsrail ABŞ-la  İranın nüvə silahı əldə etməsininin qarşısını ala bilər

22.05.2017, 23:07

İslamiadanın bağlanış mərasimi yekunlaşdı - FOTOLAR

22.05.2017, 22:53

Türkiyə və ABŞ arasında qalmaqal böyüyür - VİDEO

22.05.2017, 22:34

İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Türkiyəyə təqdim olunub

22.05.2017, 22:21

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi təşkilatçılıqdan razı qalıb

22.05.2017, 22:05

"Azərbaycan növbəti tarixi qələbəyə imza atdı" - Mehriban Əliyeva

22.05.2017, 21:54

BMT baş katibi Koreyanı raket sınaqlarını dayandırmağa çağırıb

22.05.2017, 21:40

Medvedevlə  Ərdoğan arasında qapalı görüş olub

22.05.2017, 21:24

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi -YENİLƏNİR, FOTOLAR (CANLI YAYIM)

22.05.2017, 20:59

"İran heç vaxt nüvə silahına malik olmayacaq" - Tramp

22.05.2017, 20:46

Azərbaycanda baş həkim xərçəngdən vəfat edib

22.05.2017, 20:30

İki nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı RƏSMİ MƏLUMAT

22.05.2017, 20:16

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında anlaşma memorandumu imzalandı

22.05.2017, 20:02

Azərbaycana qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

22.05.2017, 19:50

İslamiadanın bağlanış mərasiminin detalları ...

22.05.2017, 18:53

Tehranda Rusiya və Azərbaycanın iştirakı ilə beynəlxalq forum keçiriləcək

22.05.2017, 18:42

Türkiyədə dizel yanacağının qiyməti qaldırılır

22.05.2017, 18:30

Prezident Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirini qəbul edib

22.05.2017, 18:27

İran Trampın Ərəbistan səfərini “tamaşa” adlandırdı

22.05.2017, 18:14

Prezident bu şəxsləri “Şərəf” ordeni ilə təltif etdi

22.05.2017, 18:04

Fatma Səttarovaya prezidentin fərdi təqaüdü verildi

ARXİV