Modern.az

 “Bakcell”in Ulduzum abunəçiləri “Türk Hava Yolları”ndan əlavə millər əldə edəcəklər

 “Bakcell”in Ulduzum abunəçiləri “Türk Hava Yolları”ndan əlavə millər əldə edəcəklər

26 Aprel 2017, 16:06

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə ölkənin irimiqyaslı loyallıq proqramı olan “Ulduzum”un yeni tərəfdaşını elan edir. Türk Hava Yolları ilə əldə olunmuş razılaşmaya əsasən, Ulduzum abunəçiləri “Miles&Smiles” beynəlxalq miqyaslı loyallıq proqramından əlavə millər əldə edəcəklər.

 

Belə ki, Ulduzum abunəçiləri aylıq mobil rabitə xidmətlərindən istifadəyə görə, xərclədikləri məbləğə müvafiq olaraq millər toplayacaqlar. Əlavə millər aşağıda qeyd edilən iki kateqoriya üzrə təqdim edilir:

 

•Daimi Bakcell abunəçiləri ölkə daxilində xərclənən hər 1 AZN üçün 2 mil və rouminqdə xərclənən hər 1 AZN üçün 3 mil;

 

•Mobil Nömrə Daşınması xidməti vasitəsilə Bakcell şəbəkəsinə keçən abunəçilər ölkə daxilində xərclənən hər 1 AZN üçün 3 mil və rouminqdə xərclənən hər 1 AZN üçün 3 mil.

 

Əlavə millər toplamaq üçün Ulduzum abunəçiləri “Türk Hava Yolları”nın “Miles&Smiles” üzvlük nömrəsini SMS vasitəsilə 5555 nömrəsinə göndərməlidir. Bununla yanaşı “Miles&Smiles” üzvlük nömrəsini www.ulduzum.az/miles.php səhifəsində Bakcell mobil nömrəsi ilə bir yerdə qeydiyyatdan keçirmək olar. Qeydiyyatdan keçməklə abunəçilər kampaniyanın bütün şərtlərini qəbul etmiş olurlar.

 

Yeni “Miles&Smiles” üzvlük nömrəsini www.turkishairlines.com saytında qeydiyyatdan keçərək əldə etmək olar.

 

Qeyd edək ki, 2.2 milyon nəfərdən çox abunəçisi və 220-dən çox tərəfdaşı olan Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda da ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.

 

Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilmiş Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az saytından  yükləmək olar.

 

“Miles & Smiles Frequent Flyer” proqramı Türk Hava Yollarına sərnişin loyallığı yaratmaq üçün 1989-cu ildə yaradılıb. Bu proqrama dünyanın müxtəlif ölkələrindən 7 milyona yaxın insan qoşulub. Sərnişinlər Türk Hava Yolları ilə uçaraq hava mili qazana bilərlər. Onlar həmçinin “Miles & Smiles”la birgə kredit kartlarından, eləcə də mehmanxana və avtomobil icarəsi kimi təxminən 84 proqram tərəfdaşı olan şirkətlər tərəfindən təklif olunan xidmətlərdən istifadə etməklə hava mili əldə edə bilərlər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...