Rusiyanın bir çox şəhərində minlərlə müxalifət nümayəndələri küçələrə çıxıb Prezident Vladimir Putinin növbəti seçkidə namizəd olmaması üçün nümayiş keçirib.
Modern.az xəbər verir ki, paytaxt Moskvada "Kitai Gorad" səmtində Putin əleyhinə mitinq keçirmək üzrə toplanan kütləyə polis mitinq icazəsi olmadığı üçün icazə verməyib.
Müxalif qrup Prezident Aparatı idarəsinin yerləşdiyi binaya polis nəzarətində girərək Putinin prezident seçkilərinə namizəd olmamasını tələb edən ərizələri verib.
Müxaliflərlə Putin dəstəkçiləri arasında zaman-zaman qarşıdurmalar yaşanıb.
Qafar Ağayev