25 iyul 2017, Çərşənbə
Ana Səhifə - MEDİA - Vüqar Səfərli: "Mənzillərin verilməsində obyektiv seçim aparılacaq"
Vüqar Səfərli: "Mənzillərin verilməsində obyektiv seçim aparılacaq"
16.05.2017, 12:03

"Obyektiv seçim olması üçün namizədlərin sayı artırılıb".  APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri, jurnalistlər üçün tikilmiş binada mənzillərin verilməsi üçün qayda və şərtləri müəyyənləşdirən Komissiyanın sədri Vüqar Səfərli deyib. O bildirib ki, keçən dəfə kütləvi informasiya vasitələrinə həmin KİV-ə veriləcək mənzillərin sayı qədər namizədlərin müəyyənləşdirilməsi səlahiyyəti verilib:

"Bu dəfə isə obyektivlik üçün namizədlərin sayı artırılıb. Ancaq bu, o demək deyil ki, KİV-in namizədliyini irəli sürdüyü şəxslərin hamısına mənzil veriləcək. Prezident Administrasiyası tərəfindən obyektiv seçim aparılacaq. Bizim Komissiyanın işi sadəcə, sənədləri toplayıb, Prezident Administrasiyasına təqlim etməkdir". 


Komissiyanın üzvü, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli qaydalarda televiziya və radio yayımçılarına 10 namizəd irəli sürülməsinin əksini tapdığını xatırladıb: "Ancaq mən də qeyd etmək istəyirəm ki, 10 namizədin irəli sürülməsi o demək deyil ki, 10 namizədin hamısına mənzil veriləcək".

V.Səfərli deyib ki, jurnalistlərə yeni binada mənzil verilməsi üçün qayda və şərtləri müəyyənləşdirmək üçün Komissiya yaradılıb.

 

Komissiyaya KİVDF, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurasının hər birindən 3 nəfər daxil edilib. KİVDF-dən Vüqar Səfərli, Müşfiq Ələsgərli, Samir Mustafayev, MTRŞ-dən Nuşirəvan Məhərrəmli, Nemət Cavadov, Aygün Mehdiyeva, Mətbuat Şurasından  Əflatun Amaşov, Vüqar Rəhimzadə, Aydın Quliyev Komissiyaya daxil edilib.

 

Komissiyanın sədri V. Səfərlidir.

 

Bugünkü mətbuat konfransında yeni binada mənzillərin verilməsi üçün namizədliyi irəli sürüləcək əməkdaşlardan tələb olunan sənədlər açıqlanıb.

 

Həmin KİV namizədin şəxsiyyət vəsiqəsinin surəti, namizədin əmək kitabçasının surəti (KİV rəhbəri tərəfindən təsdiq olunmuş formada), namizədin ailə tərkibi haqqında arayış, namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin, onun həyat yoldaşının və övladlarının adına mənzil şəraiti ilə bağlı arayışın əsli, namizədin tərcümeyi-halı (hazırda yaşadığı ünvan və əlaqə telefonu da olmalıdır) təqdim etməlidir.

 

Təqdimatlarda namizədin mənzil-şəraitinin yaxşılaşdırılması kriteriyalarına uyğun gəldiyi əsaslandırılmalıdır. Jurnalistikanın inkişafında xidmətləri, peşəkarlığı, cəmiyyət tərəfindən tanınması və mənzilə ehtiyac kimi meyarlara üstünlük veriləcək.

 

Dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları barədə Komissiyaya müvafiq şərtlərə və qaydalara uyğun təqdimat verilə bilər.

 

Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlərə və qaydalara uyğun Komissiyaya fərdi qaydada müraciət edə bilərlər. Adları Mətbuat Şurasının "qara siyahısı"na daxil edilmiş, barələrində məhkəmə qərarı olan və Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV təqdimat verə bilməz.

 

Sənədlər may ayının 22-dən iyunun 22-dək Komissiyaya təqdim edilməlidir. Komissiya toplanmış sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim etməlidir.

 

İyulun 22-də binanın açılışı gözlənilir.  

 

Qeyd edək ki, televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilərlər.



Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ İran gəmisinə atəş açdı
25.07.2017, 20:16

ABŞ İran gəmisinə atəş açdı

İmtahandan qayıdan abituriyent itkin düşdü
25.07.2017, 20:02

İmtahandan qayıdan abituriyent itkin düşdü

Avtomobil bazarında durğunluq
25.07.2017, 19:51

Avtomobil bazarında durğunluq

Ağstafada canavar qadına hücum edib
25.07.2017, 18:53

Ağstafada canavar qadına hücum edib

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”
25.07.2017, 18:38

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”

Hacıqabul Sənaye Məhəlləsi yaradılır
25.07.2017, 18:20

Hacıqabul Sənaye Məhəlləsi yaradılır

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi
25.07.2017, 18:15

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi

Nazirlik şikayəti yerində araşdırdı
25.07.2017, 18:05

Nazirlik şikayəti yerində araşdırdı

XİN Pakistandakı terror aktını pislədi 
25.07.2017, 17:59

XİN Pakistandakı terror aktını pislədi 

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu
25.07.2017, 17:28

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu

Dollar yenə UCUZLAŞDI 
25.07.2017, 17:16

Dollar yenə UCUZLAŞDI 

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib    
25.07.2017, 17:14

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib  

İcra başçılarının xanım müavinləri YOLA SALINIR   
25.07.2017, 17:06

İcra başçılarının xanım müavinləri YOLA SALINIR  

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimində
25.07.2017, 16:55

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin püşkatma mərasimində

“İrəli” gəncləri “Feel Like a European” layihəsində
25.07.2017, 16:39

“İrəli” gəncləri “Feel Like a European” layihəsində

Qənirə Paşayevaya Aksaray və Kapadokyanın fəxri vətəndaşlığı verildi
25.07.2017, 16:29

Qənirə Paşayevaya Aksaray və Kapadokyanın fəxri vəndaşlığı verildi

Qərb Universitetindən müəllimlər üçün VAKANSİYA 
25.07.2017, 16:24

Qərb Universitetindən müəllimlər üçün VAKANSİYA 

Yol polisi plonkaya görə 14 sürücünü cərimələdi
25.07.2017, 16:17

Yol polisi plonkaya görə 14 sürücünü cərimələdi

Turizmdə gürcü sindromu   
25.07.2017, 16:10

Turizmdə gürcü sindromu  

Azərbaycan dövlətinin uğurlu media siyasəti
25.07.2017, 16:00

Azərbaycan dövlətinin uğurlu media siyasəti

İcra başçısının xanım müavini vəzifədən çıxarıldı   
25.07.2017, 15:47

İcra başçısının xanım müavini vəzifədən çıxarıldı  

Ermənistan təxribata əl atdı - əsgərimiz yaralandı   
25.07.2017, 15:20

Ermənistan təxribata əl atdı - əsgərimiz yaralandı  

Mərakeş səfiri Tərcümə Mərkəzində
25.07.2017, 15:10

Mərakeş səfiri Tərcümə Mərkəzində

XXI əsrin qadınları tüklənir - PROBLEM   
25.07.2017, 15:00

XXI əsrin qadınları tüklənir - PROBLEM  

Amişlər kimlərdir? - MARAQLI
25.07.2017, 14:39

Amişlər kimlərdir? - MARAQLI

Bakı Ali Neft Məktəbinin məzunu Almaniya təqaüdçüsü oldu
25.07.2017, 14:36

Bakı Ali Neft Məktəbinin məzunu Almaniya təqaüdçüsü oldu

DİM Kooperasiya Universitetindən təxliyə edilən abituriyentlərə müraciət etdi   
25.07.2017, 14:35

DİM Kooperasiya Universitetindən təxliyə edilən abituriyentlərə müraciət etdi  

Xəzərdən daha bir meyit çıxarıldı   
25.07.2017, 14:10

Xəzərdən daha bir meyit çıxarıldı  

BMT-də Azərbaycanla bağlı məsələ müzakirə olundu -
25.07.2017, 13:58

BMT-də Azərbaycanla bağlı məsələ müzakirə olundu - "Ermənilərə tutarlı cavab verildi”

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı: “Tibb Universitetindən geri qalmırıq” - MÜSAHİBƏ
25.07.2017, 13:41

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı: “Tibb Universitetindən geri qalmırıq” - MÜSAHİBƏ

Yol polisi cəriməsi olan sürücülərlə bağlı SƏRT YOLA əl atdı   
25.07.2017, 13:23

Yol polisi cəriməsi olan sürücülərlə bağlı SƏRT YOLA əl atdı  

Azərbaycanda şpris zavodu TİKİLƏCƏK
25.07.2017, 13:03

Azərbaycanda şpris zavodu TİKİLƏCƏK

Sabah hava necə olacaq? - PROQNOZ  
25.07.2017, 12:48

Sabah hava necə olacaq? - PROQNOZ  

Surət Hüseynov yeni şəkillərini paylaşdı - FOTOLAR
25.07.2017, 12:40

Surət Hüseynov yeni şəkillərini paylaşdı - FOTOLAR

AMİP-dən Aslan İsmayılova sərt CAVAB: “Cəsarəti çatırsa, o çıxışlarını mətbuata versin” - QALMAQAL
25.07.2017, 12:39

AMİP-dən Aslan İsmayılova sərt CAVAB: “Cəsarəti çatırsa, o çıxışlarını mətbuata versin” - QALMAQAL

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(17.1%)
- İmtahanlar bir dəfə keçirilməliydi(2.85%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(45.7%)
- İmtahan testləri çətinləşdirilmişdi(14.2%)
- İmtahanlar asan keçdi(2.85%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(5.71%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(11.4%)