Modern.az

Oqtay Əsədovun dəstəyi ilə hazırlanan sənəd müzakirə olundu

Oqtay Əsədovun dəstəyi ilə hazırlanan sənəd müzakirə olundu

Aktual

5 İyun 2017, 11:32

Bu gün Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi III oxunuşda müzakirə edilib.

Layihə haqqında məlumat verən Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, layihə Milli Məclisin spikeri Oqtay Əsədovun dəstəyi ilə hazırlanıb.

Komitə sədri bildirib ki, qanun layiəsi ilə bağlı dinləmələr keçirilib.

“Hesab edirəm ki, qanun layihəsi plenar icasa çıxarılaraq qəbul oluna bilər və daha sonra lazım olsa yenidən qanun layihəsinə qayıtmaq mümkündür. Bu qanun sağlam həyatın təbliği və gənc nəslin sağlam böyüməsinə töhfə verəcək”.

Daha sonra çıxış edən Məlahət İbrahimqızı deyib ki, belə bir qanunun qəbul olunması ilə bağlı uzun müddət idi cəmiyyətdə müzakirələr, mübahisələr gedirdi. “Hətta, xaricdən ölkəmizə gələn mütəxəssislər də daim bu məsələni bizdən soruşur, maraqlanırdılar. İndi çox sevindirici və əlamətdar haldır ki, belə bir sənəd ərsəyə gətirilib və artıq 3-cü oxunuşun müzakirələrinə çıxarılıb”. O, eyni zamanda bildirib ki, ancaq onu qanunun icrasında üzə çıxa biləcək bir sıra məqamlar maraqlandırır. “Çünki hamının mədəniyyət səviyyəsi eyni deyil. Hamı eyni yüksək mədəniyyətə malik deyil. Bəzən şadlıq evlərində məclislərdə iştirak edən zaman görürük ki, yaxınlığımızda əyləşən bir insan kimsəni nəzərə almadan siqaret çəkir, insanların əhvalını, sağlmalığını korlayır. Bu baxımdan bilmək istəyirəm ki, qanunun icrasında bu məsələ necə tənzimlənəcək. Ona görə yaxşı olardı ki, bunun qarşısının alınması ilə də bağlı kiçicik bir məqam nəzərdə tutulaydı”.

Komitə sədri Hadı Rəcəbli də deyib ki, qanun layihəsində nəzərdə tutulan “xüsusi ayrılmış yerlər” məsələsi məhz bu məqamı tənzimləyəcək.

 

Deputat Qüdrət Həsənquliyev isə orta məktəblərdə şagirdlərin bəzən siqarət çəkməyə təşviq edilməsindən narahatlığını bildirib.

“Bəzi qruplar var ki, onlar orta məktəb şagirdlərinə siqaret paylayırlar. Onlar da bir dəfə, iki dəfə çəkdikdən sonra siqaret aludəçisinə çevrilirlər. Bu, çox ciddi və narahatlıq doğuran bir məsələdir və bunun qarşısının alınması ilı bağlı kəskin addımların atılması vacibdir”.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı