22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - MEDİA - Jurnalist təşkilatları 22 iyula necə hazırlaşır...
Jurnalist təşkilatları 22 iyula necə hazırlaşır...
06.06.2017, 08:22

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı. Bu il  milli mətbuatın yaranmasının 142 illiyi qeyd ediləcək.

Bəs bu tarixi gündə jurnalist təşkilatları nə kimi tədbirlər keçirməyi planlaşdırır?

Azərbaycan Jurnalistlər Birliyinin sədri  Elçin Şıxlı:

“Hələ ki heç nə planlaşdırmırıq. Bununla bağlı dəqiq heç nə deyə bilmərəm”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev:

“Artıq üçüncü ildir ki, təşkilatımızın tədbir keçirmək imkanları yoxdur. Çünki hesabsız hərəkət etmək qeyri-mümkündür”.

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı:

 

"Biz hər il 22 iyulu fərqli şəkildə qeyd etmişik. "Əkinçi"nin simvolik sayını buraxmaqdan tutmuş, jurnalistlərə mənzillərin verilməsinə qədər müxtəlif təşəbbüslərimiz olub və bunlar gerçəkləşib. Bu ilin 22 iyulinda isə tam fərqli bir ideyanı gerçəkləşdirəcəyik. Təbii ki, iri maliyyə tutumlu layihələrin həyata keçirilməsi imkanımız daxilində deyil. Hər halda 22 iyula çağdaş dövrümüz kontekstindən azacıq da olsa rəng vermək jurnalist təşkilatlarının borcu olmalııdr. Hesab edirəm ki, jurnalistikamıza zərər vuran, jurnalist adına xələl gətirən, Zərdabi, Mirzə Cəlil ənənələrinə yad olan ünsürləri də aramıza qoymamaq jurnalist təşkilatlarının birbaşa işi olmalıdır".

 

Jurnalist Həmkarları İttifaqının sədri Müşfiq Ələsgərli:

“Bilirsiniz ki, 2009-cu ildən başlayaraq  Azərbaycan Mətbuat Şurası Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu Milli Mətbuat gününün qeyd olunması ilə bağlı möhtəşəm tədbirlər reallaşdırır. Hesab edirik ki, bu tədbirlər kifayət qədər lazimi səviyyədə keçirilir. Eyni zamanda bizim təşkilat da Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür. Bu baxımdan birgə tədbirlər həyata keçirmək daha əlverişlidir. Biz bunu yetərli sayırıq. Ona görə də özümüz əlahiddə tədbir keçirmirik”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu:

“Hər il olduğu kimi, 22 iyulda Mətbuat Şurası tərəfindən tədbirlər həyata keçirilir. Bizim fəaliyyətimiz Azərbaycanın Mətbuat Şurası ilə birbaşa bağlıdır. Amma fərdi olaraq  da təşkilatımızın müəyyən tədbirləri olur. Mətbuat günü ilə bağlı planlarımız olacaq.  Lakin hazırda görüləcək işlərdən danışmaqda çətinlik çəkirəm. Həmin tarixə hələ çox var.

Ola bilsin ki, bayram ərəfəsində qonaqlarımız olsun. İndi xarici jurnalistlərlə də əlaqəmiz var. Onlarla birlikdə tədbirlərin keçirilməsi mümkündür. Bu barədə planlarımız ayın sonlarında bəlli olacaq. Bundan əlavə bilirsiniz ki, mətbuat günündə jurnalistlərə evlərin paylanması gözlənilir. Bu da sosial problemin həlli deməkdir. Çox böyük hadisədir. Təşkilat olaraq bu proseslərin içərisindəyik. Amma təşkilat özü də bu istiqamətdə addımlar atacaq. Sadəcə nəsə demək hələ tezdir”.
 

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin sədri Ayaz Mirzəyev:

22 iyulla bağlı onsuz da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə layihəmiz var. Bu da sırf jurnalistika etikası il bağlıdır. Biz bu layihə çərçivəsində bəzi videoçəkilişlər həyata keçiririk. Həmin videoları da layihənin sonunda təqdim edəcəyik. O cümlədən Mətbuat günü ərəfəsində jurnalist həmkarlarımızla görüşlərimiz olacaq.

Lakin mətbat günü ilə əlaqədar xüsusi təyin olunmuş tədbirimiz yoxdur. Amma 22 iyulda dostlarımızla, ictimai birliyin üzvləri, həmsədrlərlə görüş təşkil edirik.  Bilmirəm, bu qeyd etdiyim görüşləri, tədbirləri mətbaut günü ilə əlaqələndirmək nə dərəcədə düzgün olar. Lakin həmin gün həqiqətən də xoş gün olacaq.

Çalışacağıq ki, təşkilat adından sosial şəbəkələr və ya açıqçalar vasitəsilə dostlarımızı təbrik edək. Yəni ənənəvi olaraq hər il gördüyümüz işləri görəcəyik”.


Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli
:

“Təşkilatımız hazırda layihə həyata keçirir. Bunu həm də 22 iyulla əlaqələndirəcəyik. İnternet televiziyada debatlar təşkil edirik. Bu, daha çox mətbuatımızın ölkə əhəmiyyətli, milli təhlükəsizliyi təşkil edən xəbərlərin yayımında peşəkarlıq məsələləridir. Bilirsiniz ki, son illərdə ölkəmizdə baş verən hadisələrdən, xüsusilə aprel döyüşlərindən sonra bu məsələlərə özəl diqqət yetirmək lazımdır. Ənənəvi mediadan daha çox  onlayn mediada olan problemlərlə bağlı işimiz olacaq”.

 

Günay RƏSULQIZI

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Niderlandda Qarabağa səfərlər təşkil edən sayta qarşı kampaniya başladı
22.11.2017, 15:19

Niderlandda Qarabağa səfərlər təşkil edən sayta qarşı kampaniya başladı

Həyatdan erkən köçən dünya MƏŞHURLARI
22.11.2017, 15:17

Həyatdan erkən köçən dünya MƏŞHURLARI

Etirazçı köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək
22.11.2017, 15:15

Etirazçı köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək

Dövlət qulluğu üçün sınaq imtahanı keçirildi
22.11.2017, 15:13

Dövlət qulluğu üçün sınaq imtahanı keçirildi

Qılıncoynatma Federasiyasında yeni TƏYİNATLAR
22.11.2017, 15:07

Qılıncoynatma Federasiyasında yeni TƏYİNATLAR

“Təhdidlər hamımızı narahat edir” - Əli Həsənov
22.11.2017, 15:03

“Təhdidlər hamımızı narahat edir” - Əli Həsənov

Deputat səfirliklərin problemini qaldırdı   
22.11.2017, 14:56

Deputat səfirliklərin problemini qaldırdı  

2000 insanın diri-diri yandırıldığı məscid - REPORTAJ
22.11.2017, 14:52

2000 insanın diri-diri yandırıldığı məscid - REPORTAJ

Azərbaycanın bəzi yerlərində radon qazı normadan artıqdır - TƏHLÜKƏ
22.11.2017, 14:46

Azərbaycanın bəzi yerlərində radon qazı normadan artıqdır - TƏHLÜKƏ

Kamal Abdullanı gənc rektor əvəzləyəcək - ADU-da YENİLİK - FOTOLAR
22.11.2017, 14:39

Kamal Abdullanı gənc rektor əvəzləyəcək - ADU-da YENİLİK - FOTOLAR

İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə GÖRÜŞƏCƏK  
22.11.2017, 14:39

İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə GÖRÜŞƏCƏK  

 Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”
22.11.2017, 14:33

Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”

Azay Quliyev hökuməti QHT-lərə diqqəti artırmağa çağırdı
22.11.2017, 14:29

Azay Quliyev hökuməti QHT-lərə diqqəti artırmağa çağırdı

Rasim Balayev müalicə üçün Türkiyəyə gedəsi olmadı
22.11.2017, 14:22

Rasim Balayev müalicə üçün Türkiyəyə gedəsi olmadı

Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir   
22.11.2017, 14:08

Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir  

Vitse-spiker: “Bu, məhkəmə prosedurlarının pozulmasına gətirib çıxarır”
22.11.2017, 13:57

Vitse-spiker: “Bu, məhkəmə prosedurlarının pozulmasına gətirib çıxarır”

Komitə sədri Baş nazirə müraciət etdi
22.11.2017, 13:55

Komitə sədri Baş nazirə müraciət etdi

“Hökumət araşdırma aparıbmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb?”    
22.11.2017, 13:52

“Hökumət araşdırma aparıbmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb?”  

Türk lirəsi batır…Həm də Zərraba GÖRƏ
22.11.2017, 13:38

Türk lirəsi batır…Həm də Zərraba GÖRƏ

Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir
22.11.2017, 13:37

Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir

Qarabağda minaya düşən erməni əsgər  ağır vəziyyətdədir
22.11.2017, 13:35

Qarabağda minaya düşən erməni əsgər  ağır vəziyyətdədir

Daha bir ana ölümü - Bu dəfə Gəncədə
22.11.2017, 13:31

Daha bir ana ölümü - Bu dəfə Gəncədə

Ağır yol qəzası ilə bağlı rəsmi MƏLUMAT: 1 ölü, 8 yralı   
22.11.2017, 13:29

Ağır yol qəzası ilə bağlı rəsmi MƏLUMAT: 1 ölü, 8 yralı  

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF
22.11.2017, 13:27

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

Keçmiş arvadını öldürən kişi həbs olunub  
22.11.2017, 13:26

Keçmiş arvadını öldürən kişi həbs olunub  

Azərbaycanda kişilər bu zorakılıq növlərinə məruz qalırlar - Dövlət Komitəsi AÇIQLADI   
22.11.2017, 13:18

Azərbaycanda kişilər bu zorakılıq növlərinə məruz qalırlar - Dövlət Komitəsi AÇIQLADI  

Əhliman Əmiraslanov hökuməti səhiyyə xərclərini artırmağa çağırdı   
22.11.2017, 13:08

Əhliman Əmiraslanov hökuməti səhiyyə xərclərini artırmağa çağırdı  

Azarkeşlər “Qarabağ”ım oyununa niyə 3 saat əvvəldən çağırılıb? - AÇIQLAMA   
22.11.2017, 12:59

Azarkeşlər “Qarabağ”ım oyununa niyə 3 saat əvvəldən çağırılıb? - AÇIQLAMA  

Bu ölkədə 1 ayda 2,4 min insan qətlə yetirilib
22.11.2017, 12:57

Bu ölkədə 1 ayda 2,4 min insan qətlə yetirilib

Yevda Abramov sərt DANIŞDI: “Bizdə qiymət qalxdısa, onun enməsi problemdir”
22.11.2017, 12:46

Yevda Abramov sərt DANIŞDI: “Bizdə qiymət qalxdısa, onun enməsi problemdir”

Rəsulzadənin xanımının məzarını tapan jurnalist: “Əlavə detallar öyrənməyə çalışıram”   
22.11.2017, 12:45

Rəsulzadənin xanımının məzarını tapan jurnalist: “Əlavə detallar öyrənməyə çalışıram”  

ABŞ-da Azərbaycan həqiqətləri təbliğ edilib   
22.11.2017, 12:38

ABŞ-da Azərbaycan həqiqətləri təbliğ edilib  

Sabahın hava PROQNOZU   
22.11.2017, 12:34

Sabahın hava PROQNOZU  

Gürcüstan prezidenti İlham Əliyevə məktub göndərdi
22.11.2017, 12:31

Gürcüstan prezidenti İlham Əliyevə məktub göndərdi

Deputat şəhid ailələri ilə bağlı təklif verdi
22.11.2017, 12:25

Deputat şəhid ailələri ilə bağlı təklif verdi

ARXİV