23 aprel 2018, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - Bakıda 1094 bina üçün böyük SÖKÜNTÜ başladı
Bakıda 1094 bina üçün böyük SÖKÜNTÜ başladı
07.06.2017, 13:17

“Prezident İlham Əliyevin “Pilot Layihə” kimi azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililər sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsi barədə tapşırığı müvəffəqiyyətlə həyata keçməkdədir. Layihə beş il ərzində 1094 yaşayış binasının (893 min kvadrat metr yaşayış sahəsinin, 15857 mənzilin) söküntüsünün aparılmasını və 49614 sakinə daha çox yaşayış sahəsi və daha rahat həyat şəraiti təklif etməklə onların yeni inşa ediləcək binalara köçürməsini nəzərdə tutur”.

Modern.az xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov “Pilot layihə”lərin həyata keçirilməsi ilə bağlı Bakı şəhərinin 9 rayonunun İcra hakimiyyəti nümayəndələrinin, layihə institutları və aparıcı layihə təşkilatlarının mütəxəssislərinin iştirakı ilə keçirilən iclas deyib.

O, bildirib ki, Bakının Səbail, Nərimanov, Nəsimi, Xətai, Nizami, Suraxanı və Yasamal rayonlarında planlaşdırma layihələri Komitə tərəfindən razılaşdırılmış 254 yüksəkmərtəbəli yaşayış və qeyri-yaşayış tikililərindən artıq 45-nin tikintisinə (əsasən də nöqtəvarı tipli tikinti kimi) başlanılıb.

“Məlum olduğu kimi “Pilot layihə”nin əsas məqsədlərindən biri də təkcə yeni yaşayış binalarının ucaldılması deyil, həmçinin azmərtəbəli və yaşayış üçün yararsız tikililərin əsaslı söküntüsünü aparmaqla  ərazinin abadlaşdırılmasının da təmin edilməsidir. Lakin ərazinin abadlaşdırılması (renovasiyası) zamanı bəzi çətinliklər meydana çıxır.

Ərazinin tikinti-planlaşdırma eskizləri ilə bərabər, inşa ediləcək binaların memarlıq-planlaşdırma bölmələri də hazırlanır ki, mərtəbəliliyinə, tikinti sıxlığına görə bəzən bu sənədlərdə uyğunsuzluqlar olur.

Tikinti işləri gedən 45 obyektin sahəsinin planlaşma həlli üçün 60 hektar ərazi nəzərdə tutulmuşdur ki, tikintisi başa çatdıqdan sonra burada yaşıllıq sahələri, istirahət və idman meydançaları, avtomobil dayanacaqları və piyada yolları, mühəndis kommunikasiyaları və qurğuları ilə təmin olunmuş, abadlaşdırılmış həyəti olan yaşayış kompleksləri yaranmalıdır.

Bugün bəzi tikinti təşkilatlarının fəaliyyəti müəyyən narahatlıqlar yaradır. Bəzi hallarda planlaşdırma sənədində söküntü nəzərdə tutulmuş ərazidə qismən söküntü işləri aparılaraq,  ətrafdakı əhali üçün təhlükə yaratmaqla tikinti işlərinin aparılması faktları mövcuddur”.

A.Ələsgərov deyib ki, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əsasən, tikinti işlərinə başlamazdan əvvəl hazırlıq işləri aparılmalı, meydançadaxili və meydançadan kənar əlavə təhlükəsizlik tədbirləri yerinə yetirilməlidir. Bu baxımdan tikintinin və həmin ərazidəki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilk növbədə 1 ha söküntü ərazisinin nəzərdə tutulması, həmin ərazidəki əhalini kirayə edilmiş mənzillərdə yerləşdirməklə, yararsız tikililərinin söküntüsü başa çatdıqdan sonra yeni binaların  tikintisi işlərinə başlanması tövsiyə olunur.


“Yerli İcra Hakimiyyətlərinin tövsiyələri əsasında hazırlanan planlaşdırma sənədləri 1 ha-dan 5 ha-a qədər ərazini əhatə etməlidir. Tikinti üçün torpaq sahəsi ayrılan zaman, eləcə də, sakinlər ilə müqavilələr bağlanan zaman yerli  İcra hakimiyyətləri tərəfindən 1 hektar ərazinin minimal və əsas göstərici olaraq müəyyən edilməsi məqsədəuyğundur.

Məlum olduğu kimi Komitənin Kollegiyasının 13 yanvar 2017-ci il tarixli  qərarı ilə ərazidən istifadə intensivliyini xarakterize edən tikinti sıxlığı və tikinti faizinin tövsiyə olunan göstəriciləri təsdiq olunmuşdur. Yerli İcra Hakimiyyəti orqanları və layihəçilər məhz bu göstəricilərə əsaslanmalıdırlar.

Tikinti sıxlığı - yaşayış binasının xarici divar konturları ilə yerüstü mərtəbələrinin ümumi sahəsinin planlaşdırılan ərazinin sahəsinə olan nisbətidir (m2/ha) və 1 hektar ərazi vahidinə 25000 m2 ümumi sahə kimi normallaşdırılır. Bu göstəriciyə əsasən 1 hektar ərazidə  təxmini olaraq 14-17 mərtəbəli üç yaşayış binası və ya 3 girişli bir bina; 10-13 mərtəbəli 2 girişli iki yaşayış binası; 8-10 mərtəbəli 2 girişli üç yaşayış binalarının yerləşdirilməsi anlamına gəlir. Eyni zamanda, 1 hektar ərazi vahidinə düşən yaşayış binalarının tikinti altı sahəsi birinci halda - 1500 m2; ikinci halda- 2000 m2; üçüncü halda-2500 m2 təşkil etməlidir.

Bəzi hallarda, eyni tikinti sıxlığı halında tikinti altı sahəsi iki dəfə çox olmaqla altı ədəd 10 mərtəbəli yaşayış binasının yerləşdirilməsi mümkün olduğu halda əvəzinə nöqtəvarı tikinti kimi üç 16 mərtəbəli binanın tikintisinə üstünlük verilməsi təəccüb doğurur.

Qeyd etmək lazımdır ki, müvafiq ədəbiyyatlarda yüksəkmərtəbəli yaşayış binalarının sakinlərinin diskomfortluğu haqqında bir sıra nümunələr vardır. Məsələn, əhalinin yüksək sıxlığı onların davranışına, komfortluğuna və ərazinin ictimai mühitinə də mənfi təsir göstərir.

Eyni zamanda, 1 ha ərazi vahidində 10 mərtəbəli binaların  tikintisinin  maya dəyərinin daha yüksək mərtəbəli binaların tikintisinə nisbətən 10%-ə qədər az olması, yaşayış binalarının isə daha az müddətlərdə mərhələli şəkildə istifadəyə verilməsi kimi üstünlükləri də məlumdur.

Rayonların baş memarları fəaliyyətlərində layihə tapşırığının mükəmməl işlənilməsini, o cümlədən planlaşdırma sənədlərinin ərazi sərhədlərinin 5 ha-a qədər olmasını; torpaqdan istifadənin şəhərsalma planının, tikinti üçün ayrılmış 1 ha-dan az olmayan torpaq sahəsinin, sökülən və layihələndirilən yaşayış sahəsi haqqında müvafiq dürüst məlumatların təqdim olunmasını təmin etməlidirlər.

Tikinti üçün ayrılan minimum 1 ha ərazi üçün mərtəbəliliyin reqlamenti layihələndirmədən öncə müəyyən olunmalı, hazırlanan tikinti-planlaşdırma eskizləri tikinti sıxlığı və tikinti əmsalı normaları gözlənilməklə məhz 1 ha-dan az olmayan ərazi üçün nəzərdə tutulması önəmli olmalıdır. Təəssüf ki, bu gün  şəhərsalma norma və qaydalarına uyğun olmayan ərazi planlaşdırma sənədlərinin və binaların müvafiq memarlıq-planlaşdırma bölmələrinin işlənilməsinə rast gəlinir ki, Komitə tərəfindən onlarla belə layihə  yenidən işlənməsi üçün geri qaytarılmışdır”.

Modern.az

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
CANLI YAYIM
Ermənilər Sarkisyanın istefasını bayram edir
SON XƏBƏR
Azərbaycana yanvar-mart aylarında qədər turist gəlib
23.04.2018, 22:33

Azərbaycana yanvar-mart aylarında qədər turist gəlib

Yeni komitə sədri Fuad Muradov - DOSYE 
23.04.2018, 21:56

Yeni komitə sədri Fuad Muradov - DOSYE 

Ərdoğan əsəbiləşib iclası tərk etdi
23.04.2018, 21:53

Ərdoğan əsəbiləşib iclası tərk etdi

"Ermənistanda növbədənkənar parlament seçkiləri təyin ediləcək" - PAŞİNYAN 
23.04.2018, 21:45

"Ermənistanda növbədənkənar parlament seçkiləri təyin ediləcək" - PAŞİNYAN 

Dövlət Gömrük Komitəsinin yeni sədri kimdir... - DOSYE
23.04.2018, 21:42

Dövlət Gömrük Komitəsinin yeni sədri kimdir... - DOSYE

Daha bir gənc deputata etimad göstərildi - Miqrasiya Xidmətinin rəisi oldu   
23.04.2018, 21:33

Daha bir gənc deputata etimad göstərildi - Miqrasiya Xidmətinin rəisi oldu  

“Ceyhun Bayramov işinə hədsiz məsuliyyəti və kreativ keyfiyyətləri ilə seçilir”
23.04.2018, 21:15

“Ceyhun Bayramov işinə hədsiz məsuliyyəti və kreativ keyfiyyətləri ilə seçilir”

Məşhur türkoloqa "İlin alimi"  mükafatı verdili - AMEA-da 
23.04.2018, 21:05

Məşhur türkoloqa "İlin alimi"  mükafatı verdili - AMEA-da 

Dünyanın ən çox qazanan futbolçusu və baş məşqçisi 
23.04.2018, 20:12

Dünyanın ən çox qazanan futbolçusu və baş məşqçisi 

Turizm Agentliyinin yeni sədrinin uğurlu karyera yolu - BİOQRAFİYA  
23.04.2018, 20:01

Turizm Agentliyinin yeni sədrinin uğurlu karyera yolu - BİOQRAFİYA  

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi  
23.04.2018, 19:28

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi  

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI
23.04.2018, 19:15

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI

Soyuq silahların xaricdən qanunsuz yollarla Azərbaycana gətirilməsinin qarşısı alınıb
23.04.2018, 18:55

Soyuq silahların xaricdən qanunsuz yollarla Azərbaycana gətirilməsinin qarşısı alınıb

Ermənistana müvəqqəti olaraq Karen Karapetyan başçılıq edir
23.04.2018, 18:41

Ermənistana müvəqqəti olaraq Karen Karapetyan başçılıq edir

Putin 3 azərbaycanlıya vətəndaşlıq verdi
23.04.2018, 18:35

Putin 3 azərbaycanlıya vətəndaşlıq verdi

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat YAYDI
23.04.2018, 18:28

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat YAYDI

Yol Polisi sürücülərə XƏBƏRDARLIQ etdi
23.04.2018, 18:14

Yol Polisi sürücülərə XƏBƏRDARLIQ etdi

İranın qadın ağırlıqqaldıranları beynəlxalq yarışa qatılıblar
23.04.2018, 18:09

İranın qadın ağırlıqqaldıranları beynəlxalq yarışa qatılıblar

Ramiz Mehdiyev yeni nazirlərdən danışdı - VİDEO 
23.04.2018, 17:55

Ramiz Mehdiyev yeni nazirlərdən danışdı - VİDEO 

BMT-nin Əhali Fondundan media üçün seminar - qalib Türkiyəyə gedəcək
23.04.2018, 17:54

BMT-nin Əhali Fondundan media üçün seminar - qalib Türkiyəyə gedəcək

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO
23.04.2018, 17:44

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO

Eldar İbrahimov: “Sarkisyanın istefa xəbəri məni də çox sevindirdi”
23.04.2018, 17:31

Eldar İbrahimov: “Sarkisyanın istefa xəbəri məni də çox sevindirdi”

Ramiz Mehdiyev daha bir yeni naziri kollektivə təqdim edib
23.04.2018, 17:31

Ramiz Mehdiyev daha bir yeni naziri kollektivə təqdim edib

“Serj Sarkisyanın istefası Azərbaycanın xeyrinədir”   
23.04.2018, 17:24

“Serj Sarkisyanın istefası Azərbaycanın xeyrinədir”  

Paytaxtda mənzil oğurluğu törətmiş 16 cinayətkar qrup ifşa olunub
23.04.2018, 17:19

Paytaxtda mənzil oğurluğu törətmiş 16 cinayətkar qrup ifşa olunub

Manatın sabahkı MƏZƏNNƏSİ 
23.04.2018, 17:11

Manatın sabahkı MƏZƏNNƏSİ 

Yerevanda “Qələbə” mitinqi keçiriləcək
23.04.2018, 16:56

Yerevanda “Qələbə” mitinqi keçiriləcək

Ceyhun Bayramov təhsil naziri təyin olundu
23.04.2018, 16:48

Ceyhun Bayramov təhsil naziri təyin olundu

Tanınmış jurnalist ürəyindən əməliyyat edildi
23.04.2018, 16:35

Tanınmış jurnalist ürəyindən əməliyyat edildi

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB
23.04.2018, 16:21

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB

Moskva: “Baş verənlər Ermənistanın daxili işidir”
23.04.2018, 16:18

Moskva: “Baş verənlər Ermənistanın daxili işidir”

Deputat vətəndaşları qəbul etdi
23.04.2018, 16:10

Deputat vətəndaşları qəbul etdi

MTN generallarına hökm oxundu - YENİLƏNİB
23.04.2018, 16:10

MTN generallarına hökm oxundu - YENİLƏNİB

Azərbaycan əhalisi siyahıya alınır - Komitə siyahıyaalma qrupları yaradıb   
23.04.2018, 15:59

Azərbaycan əhalisi siyahıya alınır - Komitə siyahıyaalma qrupları yaradıb  

Pulsuz müayinə olunanların sayı açıqlandı   
23.04.2018, 15:56

Pulsuz müayinə olunanların sayı açıqlandı  

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(7.35%)
İmtahan qiymətləri normalıdr(4.41%)
İmtahan qiymətləri aşağıdır(1.47%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(73.5%)
İmtahan qiymətləri azaldılmalıdır(4.41%)
İmtahan qiymətləri artırılmalıdır(8.82%)