Modern.az

Ayaz Mütəllibov: “Fuad Musayevlə bağlı...”

Ayaz Mütəllibov: “Fuad Musayevlə bağlı...”

18 İyun 2017, 15:18

"Fuad Musayevlə bağlı çoxlu sayda xoş xatirələrim var. O, vətənpərvər insan kimi Azərbaycanı həmişə müdafiə edib".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın eks prezidenti Ayaz Mütəllibov AFFA-nın ilk prezidenti Fuad Musayevlə vida mərasimində çıxışı zamanı deyib.

 

Eks prezident F.Musayevlə uzun illərdir dostluq etdiyini vurğulayıb:

 

“Biz 1949-cu ildən – uşaqlıqdan tanış idik. Fuadla yaxın olmaq, dostluq etmək şəxsən mənim üçün böyük şərəf idi. Allah ona rəhmət eləsin».

 

 

Gülşən RAUFQIZI  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi