Modern.az

Bakıdan Batumiyə gediş bahalaşdı

Bakıdan Batumiyə gediş bahalaşdı

Aktual

20 İyun 2017, 10:54

İyun ayının 26-dan etibarən Bakı Beynəlxalq Avtovağzal kompleksindən həftənin, 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.

 

Bakı Beynəlxalq Avtovağzalından Modern.az-a verilən məlumata görə, avtobusların yoladüşmə vaxtı Bakı vaxtı ilə saat 18.00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9.00-dur.

 

Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur. 10 yaşına qədər uşaqlar üçün qiymət biletin 50 faizidir.


Qeyd olunub ki, sərnişin sıxlığı yaranarsa, avtobuslar hər gün reysə çıxa bilər.
Avtobuslar kondisioner və wi-fi sistemi ilə təchiz olunub. Biletləri əvvəlcədən almaq məsləhət görülür. 10 gün qabaq online şəkildə də əldə etmək mümkündür.

 

Qeyd edək ki, reys ilk dəfə 2016-cı ildə açılıb. Həmin vaxt gediş haqqı 35 manat idi.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı