Modern.az

Vaqif Əsədov 1 milyon dollarlıq villa söhbətini cəfəngiyyat adlandırdı

Vaqif Əsədov 1 milyon dollarlıq villa söhbətini cəfəngiyyat adlandırdı

20 İyun 2017, 14:16

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov milyonluq villasının olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

V.Əsədov musavat.com-a açıqlamasında məlumatı cəfəngiyyat adlandırıb. 

O, bildirib ki, istəyən jurnalist gəlib, araşdırıb, sözügedən villanın kimə məxsus olmasını öyrənə bilər: “Hazırda “Formula-1” yarışları ərəfəsidir, biz yolların bağlanmasından danışıb, bununla bağlı informasiya veririk. Yollarla bağlı mənə sual verin. Bu cür məsələlər bəllidir ki, yalan məlumatdır. Mənim düşmənim yoxdur, paxıllığımı çəkənlər var.

 

Görünür, məlumat qıtlığı olduğu üçün hansısa dostlarım gündəmdə qalmaq məqsədilə bu cür xəbərləri verirlər. İkincisi də villası olan minlərlə insan var. Nə üçün onlardan yazmırlar? Mənimlə bağlı yazılan məlumat bir daha deyirəm ki, cəfəngiyyatdır. Çox güman ki, məni gündəmdə saxlamaq üçün bu cür yazını yazıblar. Sağ olsunlar, dostlarımız”.

Qeyd edək ki, ölkə.az saytı Bakı şəhəri, “NZS” qəsəbəsində yerləşən villanın şəklini yayaraq, oranın Vaqif Əsədova məxsus olduğunu bildirib. Sayt bildirib ki, villanın Vaqif Əsədova məxsus olmasını qonşular da təsdiqləyiblər. 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!