Modern.az

Obama Rusiyaya belə zərbə vurmaq istəyib

Obama Rusiyaya belə zərbə vurmaq istəyib

23 İyun 2017, 22:24

2016-cı ildə ABŞ-ın keçmiş prezidenti Barak Obama Rusiya infrastrukturlarına kiber silahlar yerləşdirilməsini bəyənib.

 

Modern.az saytının məlumatına görə, bu haqda “The Washington Post” yazıb.

 

Jurnalistlərin araşdırması nəticəsində məlum olub ki, bu silah bombanın rəqəmsal ekvivalentidir və Rusiya ilə kritik münasibətlərdə gərginliyin pik həddə çatması zamanı işə salına bilər.

 

Amerikalı keçmiş məmurlardan biri bildirib ki, bu silah Rusiyanın strateji əhəmiyyətli obyektlərinin işini poza bilər.

 

Texnologiya ABŞ Milli Təhlükəsizlik Agentliyi tərəfindən yaradılıb və məsafədən tətbiq edilə bilər.

 

Məlumata görə, Barak Obama Rusiyaya qarşı sanksiyaların effekt verməyəcəyi təqdirdə bu metodu işə salmaq istəyirmiş.

 

Hazırda isə prezident Donald Trampın bu proqrama o qədər də əhəmiyyət vermədiyi bildirilib.

 

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır