Modern.az

Deputat “Aprel döyüşləri”nin iştirakçıları və şəhid ailələri ilə görüşdü

Deputat “Aprel döyüşləri”nin iştirakçıları və şəhid ailələri ilə görüşdü

Aktual

26 İyun 2017, 09:43

Milli Məclisin Əmək və Sosial-Siyasət komitəsinin sədri Hadı Rəcəbli, Yeni Azərbaycan Partiyasının maliyyə dəstəyi və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Lənkəranda “Palıdlı-Sahil” sanator-kurort mərkəzində istirahət edib müalicə alan “Aprel döyüşləri”nin bir qrup iştirakçısı və şəhid ailələri ilə görüş keçirib. Görüşdə millət vəkili ilə yanaşı, Lənkəran rayon İH başçısınin I müavini Möhöbbət Babayev, Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbani və YAP  ğənclər təşkilatının 10-na yaxın fəal üzvü iştirak edib.


Hadı Rəcəbli 26 iyun Silahli Qüvvələri günü münasibətilə görüş iştirakçılarını təbrik edib, dövlətin və bilavasitə prezident İlham Əliyevin onlara göstərdiyi qayğı və diqqətdən  söz açıb.
Tədbirdə iştirak edən Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov, “Aprel döyüşləri”nin iştirakçıları onlara göstərilən qayğıya görə ölkə başçısına təşəkkür edib, ağır, lakin çox şərəfli döyüş xatirələrindən söz açıblar.
YAP gənclər təşkilatının üzvü Cəmil Agayev də öz növbəsində hazırki gənclərin həmişə onlardan nümunə götürəcəyini, onlar kimi vətənpərvər, qorxmaz, xalqını, dövlətini sevən bir nəsil kimi yetişəcəyini bildirin.


Lənkəran İH başçısının I müavini Möhöbbət Babayev də “Aprel döyüşləri”  iştirakçılarına öz ürək sözlərini sdeyib.

 Görüş iştirakçıları şəhid ailələrinin, zabit və çavuş ailə üzvlərinin ötən və bu il 40-dan çox ailə üzvlərinin istirahətinin yüksək səviyyədə təşkil olunmasına görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlıq ediblrə.
Onlar təklif etmişlər ki, belə təşəbbüslə imkanlı şəxslər, dövlət qurumları çıxış etsələr faydalı olar. İştirakçılar sanator-kurort mərkəzinin qayğı və diqqətindən də razı qaldıqlarını bildirib, bu cür mənən sixılan ailələrin kədərlərini bölüşərkən, qürur hislərini paylaşarkən xeyli rahatlaşdıqlarını vurğulayıblar
Yığıncaqda bütün döyüş iştirakçılarına, əsgər və zabitlərə 26 iyun Silahlı Qüvvələr günü təbriki ünvanlanıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü