Modern.az

Azərbaycanın xalq artisti vəfat edib

Azərbaycanın xalq artisti vəfat edib

Allah rəhmət eləsi̇n

3 İyul 2017, 12:33

Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcılarından olan, Xalq Artisti Xumar Zülfüqarova vəfat edib.

Bu barədə Modern.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Xumar Zülfüqarova 1927-ci il noyabrın 15-də Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub. O, 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub.

Üzeyir Hacıbəylinin “Koroğlu” operası əsasında rəqs qurmuş sənətkar, Qara Qarayevin “Yeddi gözəl” baletində çıxış edib, bir sıra kinofilmlərdə rol alıb. Eyni zamanda, mərhum sənətkar “Şah İsmayıl”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarındakı məharətli çıxışları ilə tamaşaçı sevgisi qazanıb.

1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə rəqqas və xoreoqrafın yetişdirilməsində müstəsna xidmətlər göstərib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü