21 sentyabr 2017, Cümə axşamı
Ana Səhifə - TƏHSİL - Universitetlərdə yay imtahanları bitdi - Ən çox kəsir hansı ali məktəbdə qeydə alındı?  
Universitetlərdə yay imtahanları bitdi - Ən çox kəsir hansı ali məktəbdə qeydə alındı?  
06.07.2017, 11:40

Daha bir tədris ili sona çatdı. Artıq bir neçə universitetdə yaz-yay sessiyasının imtahanları bitib. 

Modern.az saytı universitetlərdə keçirilən imtahanların yekun nəticələrini öyrənmək üçün bir neçə ali təhsil ocağı ilə əlaqə saxlayıb.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva:

“Universitetdə  2016-2017-ci tədris ilinin yaz semestr imtahanları buraxılış kursunu əhatə etməklə may-iyun aylarında imtahan zallarında mərkəzləşmiş qaydada rektorluq tərəfindən təşkil edilib. İmtahanlar yazılı, test, o cümlədən xüsusi qabilliyət tələb edən fənlər üzrə xüsusi auditoriyalarda təşkil olunub. İmtahan sessiyası müddətində Appelyasiya Komissiyasına  400  müraciət daxil olub. Onlardan 300-ü yazılı qaydada verilən imtahanlarla bağlı, 100-ü isə test üsulu ilə verilən imtahanlarla bağlı olub. Appelyasiya Komissiyası tərəfindən müraciətlərə  diqqətlə yanaşılıb və müvafiq qərarlar qəbul edilib. Ümumilikdə imtahanlar 473 qrupda yazılı, 544 qrupda test və 198 qiyabi qruplar arasında aparılıb.

İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan hər bir şikayətin çevik şəkildə araşdırılıb lazımi ölçü götürülməsi universitet rəhbərliyinin daim diqqət mərkəzində olub”.

Azərbaycan Texniki Universiteti mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev:

Universitetdə yaz imtahan sessiyası müvəffəqiyyətlə başa çatdı. İmtahanlar iki formada-yazılı və test üsulu ilə keçirildi. Test imtahanlarında iştirak edənlər adətən 2-ci, 3-cü və 4-cü kurslar olub. Yazılı imthanlarda isə 1-ci kurs tələbələri, universitetin Xüsusi Texnika və Texnologiya fakültəsinin, “Sabah” qrupunun tələbələri və magistrları iştirak edib.  Konkret olaraq neçə faiz tələbənin kəsilməsi və ya imtahandan keçməsi ətrafında analiz aparılmasa da, imtahanlar  uğurla başa çatıb. Bütün ali təhsil müəssisələrində olduğu kimi  hazırlıqlı və savadlı tələbələr imtahandan keçiblər. Kəsri olan tələbələr isə qaydalara uyğun olaraq növbəti imtahanlara qalıblar”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Mənsur İbrahimov:

Azərbaycan Dövlət Pedaqoji Universitetində 2016-2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyun ayının 30-da başa çatdı. İmtahanlar qrafikə uyğun olaraq hər gün saat 9:00-da başlayıb, 17:30-da başa çatıb. Yazılı imtahanlar gün ərzində 3 dəfə- saat 9:00, 12:00, 15:00-da keçirilib. Test üsulu ilə gün ərzində hər 45 dəqiqədən bir imtahanlar keçirilib. Gün ərzində təxminən 2700 nəfər tələbə imtahan verib. Onlardan 1500 nəfəri test üsulu ilə, 1200 nəfəri isə yazılı imtahan verib.

Bütün imtahanların nəticələri günün sonunda ADPU-nun İnternet saytına yerləşdirilib. İmtahan prosesinə heç bir kənar müdaxilə yol verilməyib, tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb.

Sessiya müddətində ADPU-nun İmtahan Qərargahına 96 müraciət daxil olub. Onlardan 60-ı yazılı qaydada verilən imtahanlarla, 36-sı isə test üsulu ilə verilən imtahanlarla bağlı olub. Yazılı qaydada verilən imtahanlarla bağlı müraciət edən 60 nəfərin 44-ü imtahan zamanı telefondan istifadə etdiklərinə görə, 16-sı isə konspektən istifadə etdiklərinə görə işləri protokallaşdırılıb və onların imtahan nəticələri ləğv edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı müraciət edən 38 nəfərdən 18-nin adı “qara siyahı”dan çıxarılıb və onların yenidən imtaha buraxılması təmin edilib, digərləri barədə isə müvafiq qərarlar qəbul edilib.

 

Apellyasiya Komissiyasına isə 1055 müraciət daxil olub. Onlardan 905-i yazılı qaydada verilən imtahanlarla bağlı, 150-si isə test üsulu ilə verilən imtahanlarla bağlı olub. Araşdırılan 878 müraciətdən 451-i müsbət əldə edilib, digərləri isə qüvvəsində qalıb. Qalan müraciətlər araşdırılır.

 

ADPU-nun 5 filialında-Ağcabədi, Şəki, Şamaxı, Quba və Cəlilabad filiallarında, həmçinin ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində də yaz semestrinin imtahan sessiyası şəffaf və ədalətli keçirilib”.

 

 Qərb Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vüsal Məmmədov:

 

“Bildiyiniz kimi, Qərb Universiteti son dövrlərdə bir sıra dəyişikliklərə imza atıb və bu  dəyişikliklər təhsilin keyfiyyətinin artırılması, eləcə də tələbələrin tədrisə marağının təşviq edilməsinə hesablanıb. Məhz bu yaz imtahan sessiyası ərəfəsində imtahanların təşkili ilə də bağlı universitetimizdə bir sıra unikal yeniliklər edilib.

Belə ki, Qərb Universitetində mövcud imtahan formaları ilə yanaşı, yeni imtahan modelləri tətbiq olunur. Bunlar "Açıq kitab”, "Təqdimat”, "Keys həlli” kimi beynəlxalq akademik səviyyədə tətbiq olunan üsullardır. Bu üsullar tələbələrə yalnız nəzəri deyil, praktik biliklərin də mənimsəməyə imkan verir, tələbələrin səthi biliklərdən, əzbərçilikdən uzaqlaşaraq, düşünmək və təhlil aparmaq qabiliyyətini üzə çıxarır və inkişaf etdirir. Daha bir maraqlı fakt odur ki, artıq Qərb Universitetində tələbələr imtahan formasını özləri müəyyən edirlər.

Bu sessiyada da aşağı nəticələr göstərən tələbələr var və onlar üçün ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil olunacaq, daha sonra onlar növbəti dəfə imtahanda iştirak imkanı qazanacaqlar.

Təbii ki, kəsilən tələbə həmişə nəticə ilə razılaşmır. Çox az sayda olsa da, apelliyasiyaya müraciət edən tələbələr oldu. Onların nəticələri, imtahan cavabları bir daha diqqətlə nəzərdən keçirildi və müvafiq qərarlar qəbul olundu. Belə hallarda tələbəyə onun cavabları ilə bağlı şərh və istiqamət verilir ki, təkrar imtahanlarında eyni səhvləri etməsinlər”.

“Azərbaycan”  Universitetinin  ictimaiyyətlə əlaqələr şöbəsi:

“Universitetdə yaz imtahan sessiyası 18 mayda başlayıb 3 iyul tarixində başa çatdı. 4 fakültə üzrə  430 imtahan təşkil edildi.  Qeyd edim ki, apellyasiya komissiyasına 200 ərizə daxil olub. Onların üzərində hələ də iş gedir. Üzrlü səbəbdən imtahanlarda iştirak etməyən tələbələr üçün yenidən imtahan təşkil olunub.

İmtahanların gedişinə nəzarətçilər və zallarda quraşdırılmış kameralar vasitəsilə nəzarət olunub. Sessiyanın uğurla başa çatdırılması, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə operativ qərargah fəaliyyət göstərib”.

Günay RƏSULQIZI

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO
21.09.2017, 01:03

İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO

ABŞ-da orta məktəbdə silahlı insident
21.09.2017, 00:42

ABŞ-da orta məktəbdə silahlı insident

Meksikada 3 günlük matəm elan edildi
21.09.2017, 00:27

Meksikada 3 günlük matəm elan edildi

Azərbaycan nefti bahalaşıb
20.09.2017, 23:58

Azərbaycan nefti bahalaşıb

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır
20.09.2017, 23:43

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır

Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”
20.09.2017, 23:26

Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub
20.09.2017, 23:09

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb
20.09.2017, 22:53

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb

Yaponiya yenidən silkələndi
20.09.2017, 22:38

Yaponiya yenidən silkələndi

İlham Əliyev Trampla görüşdü
20.09.2017, 22:23

İlham Əliyev Trampla görüşdü

FED uçot dərəcəsini dəyişmədi
20.09.2017, 22:15

FED uçot dərəcəsini dəyişmədi

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ
20.09.2017, 22:06

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO
20.09.2017, 21:49

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR
20.09.2017, 21:33

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR

20.09.2017, 21:17

"ABŞ beynəlxalq razılaşmaları pozur" - Ruhani

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3
20.09.2017, 21:03

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı
20.09.2017, 20:49

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib
20.09.2017, 20:35

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib

Erməni deputatlar sabah Bakıya gəlir
20.09.2017, 20:23

Erməni deputatlar sabah Bakıya gəlir

UEFA final oyunu üçün Bakını seçdi
20.09.2017, 20:07

UEFA final oyunu üçün Bakını seçdi

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib
20.09.2017, 19:56

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək
20.09.2017, 18:57

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək

Moskvanın mərkəzində bomba həyəcanı
20.09.2017, 18:41

Moskvanın mərkəzində bomba həyəcanı

Tovuzda qəza: yaralananlar var
20.09.2017, 18:33

Tovuzda qəza: yaralananlar var

İlham Əliyev Malta Prezidentini təbrik edib
20.09.2017, 18:08

İlham Əliyev Malta Prezidentini təbrik edib

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb   
20.09.2017, 17:50

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb  

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq
20.09.2017, 17:48

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”   
20.09.2017, 17:43

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”  

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ
20.09.2017, 17:29

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir   
20.09.2017, 17:27

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir  

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır
20.09.2017, 17:17

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ   
20.09.2017, 17:04

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ  

ADU-nun rektoru əcnəbilərlə görüşüb
20.09.2017, 17:00

ADU-nun rektoru əcnəbilərlə görüşüb

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır
20.09.2017, 16:58

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır

Universitetin klinikası tibbi xidmətlər təklif edir
20.09.2017, 16:56

Universitetin klinikası tibbi xidmətlər təklif edir

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.7%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(8.98%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(13.1%)
- Məhərrəmlık əsl İslama ziddir(31.1%)