22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - “Sizin Zəhra” deyən dilinizə qurban!..”
“Sizin Zəhra” deyən dilinizə qurban!..”
10.07.2017, 12:18

Firuzə Nadir

...Hamı “Zəhra” deyir, hamı erməni qansızlığının növbəti körpə qurbanı Zəhradan danışır. Dillərə düşdün, körpə mələyim! Amma səni dillərə salan o gül çöhrən, bu dünyanın zalımlığından, zalımlarından xəbərsiz məsum baxışların... yox, güllələrə tuş gələn bapbalaca canın oldu, vəhşilərin acımadan sənə tuşladığı güllələrin o gül üzündə açdığı qıpqırmızı “güllər” oldu...


Gündəmi dəyişdin, gündəmi zəbt elədin! Etməsəydin kaş!.. Ruhun göylərdə “Allah baba”nın hüzurundaykən, qanına bələnən körpə vücudun, az qala dünyanın hər yerini “gəzdi”, sorağın qitələr aşdı, ölkələr dolaşdı, böyük-böyük şəhərlərdən gəldi! Gəlməsəydi kaş!..


Mən də, “Caaan, Zəhra!” deyəcəkdim, heç olmasa, ağrılarını azaltmaq üçün! Ağır əməliyyat sözümü ağzımda qoydu... Amma, inan, o körpə canının ağrısı canımın ağrısını unutdurdu mənə, cərrah bıçağını yox, sənə dəyən güllələri hiss elədim vücudumda... Çox belə güllələr dəymişdi ürəyimizə, 63-ü elə təkcə Xocalıda param-parça etmişdi canımızı. Yaxın dünənimizdə Ağdamda 9 yaşlı Farizin başından keçib sinəmizə sancılan erməni gülləsi bütün varlığımızı sarsıtmışdı! Bəlkə, Farizdən az danışdıq, ona görə sənin ölümün də belə tez gəldi?..   


Vaxtında “Caaan!” deyə bilmədim sənə, Zəhra! Amma kimlər sənə “Caaan” demədi ki!..


Göz yaşları içində izlədim “Zəhra“ deyənləri, əzabla dinlədim sənin özün kimi bapbalaca naləni, harayını böyük dünyaya car çəkən böyük-böyük adamların söhbətini!..


Hamıdan birinci Birincimiz dedi sözünü. Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəsmi feysbuk səhifəsində qan içində olan uşaq oyuncağının altındakı yazı güllə kimi dəydi hədəfə: “Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır...”


Sizi hər kəsdən çox sevən, qoruyan, sizin gül yarpağı ilə belə incidilməyinizə qıymayan Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva rəsmi “Twitter” səhifəsində “Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır. Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!” fikri ilə su səpdi od tutan ruhumuza...


Sonra Leyla Əliyeva kövrəltdi hamımızı! “Bağışla ki, mən səni tanımırdım, bağışla ki, bütün ölkə ağlayır” deyə şeir yazdı sənə...  

 

İlahi, sən özün bağışla məni!

Sıxır ürəyimi, sıxır bu ağrı –

Bu yara heç zaman sağalan deyil!

Nədən o körpəyə qıydınız axı?

Axı, neyləmişdi sizə o tifil?

Bağışla məni ki, deyildik tanış!

İndi bütün ölkə yas tutub sənə...

Həyat yollarında addım atmamış

Uçdun mələk kimi uca göylərə!

Niyə öldürdülər, de, səni axı?

Nə cavab verəcək, zalım, nə üzlə?

Solan çiçəklərin nədir günahı

O birçə qarışlıq məzarın üstdə... 


Sizin “Zəhra” deyən dilinizə qurban!..
 


Günlərdir Azərbaycanı ayaqda saxlayan, günahsız tifilim! Bütün TV-lər səni göstərdi, bütün radiolar səndən danışdı, bütün KİV-lər səndən yazdı. Rəzillikdə, alçaqlıqda bu dünyada tayı-bərabəri, bənzəri olmayan ermənilərin 4 iyul təxribatına, sənin – yaşyarımlıq Zəhra Elnur qızı Quliyevanın və nənən Sahibə İdris qızı Quliyevanın ölümünə biganə qalmadı heç kəs. Hər kəs sözünü dedi, kimi efirdə, kimi saytlarda, kimi sosial şəbəkələrdə. Hər kəs bacardığı qədər dedi, deyə bildiyi qədər söylədi. Amma hamı yana-yana, ürəyini yeyə-yeyə dedi, içindəki Zəhra acısını ağrıya-ağrıya çatdırdı... 


“İyulun 4-dən başlayan bir Zəhra yanğısı var Azərbaycanın. 18 ayını yenicə tamam etmiş körpənin bir xain güllə ilə üzünə çilənən qan rəngindədir ölkə...” (Rəsul Mirhəşimli)


“Bapbalaca məzarında rahat uyu, körpəm,

Saçlarıma qədər ağrıyıram sənin üçün...” (Nərmin Dadaşova) 


“Salam Allah baba... Mən Zəhrayam. Cəmi 1 yaş 6 aylıq Zəhra. Hələ indi-indi danışmağa başlayırdım…


…Allah baba, mən çox istəyirdim ki, tez böyüyüm... Amma məni böyüməyə qoymadılar. Şəngülümü, Şüngülümü udan canavar məni də uddu. Yox, udsaydı, atam gəlib canavarın qarnını dağıdar, məni ordan xilas edərdi. O məni diddi, çeynədi, bax, üzüm-gözüm al-qırmızı qandır. İndi sənin hüzurundayam. Nənəm də mənimlə birlikdə gəlib. Gəlib ki, burda da nazımı çəksin, mənə laylay desin, pampersimi dəyişsin, yıxılanda qolumdan tutsun. Axı, mən hələ lap körpəyəm…(Ləman Ələşrəfqızı)


Bu, təkcə ölkəmizdə “Zəhra” deyən saysız-hesabsız insanlardan bir neçəsinin yanğısıdır – xatırlatdım. Xatırlatdım ki, üzümü onlara tutub “Sizin “Zəhra” deyən dilinizə qurban! Zəhradan çox danışın, Zəhradan çox yazın! Susmayın! Biz susduqca Zəhraların sayı artır!” deyim...

           
Amma bir vəhşinin atdığı güllənin parçaladığı o balaca vücudunun fəryadı təkcə Azərbaycanda qalmadı, Zəhram! Səndən yazanlar, səndən danışanlar dünyanısilkələdi! Haqsız dünyadan halal haqqını tələb elədi: “Körpələrə gül atarlar, güllə yox!..”


****


Ana Televiziyamız, mənim də ikinci evim olan AzTV hamıdan çox danışdı səndən. “Xəbərlər”in, analitik informasiya proqramlarının əməkdaşlarının, həmkarlarımın gərgin işini efirdən də hiss etmək mümkün idi! Bu günlərdə onlarla çiyin-çiyinə olmasam da, “Xəbərlər”in hər buraxılışındakı həyəcanlarını, “Xəbər otağı”ndakı qaynarlığı yaxşı “görürəm”. Neçə gündür səndən danışır, sənin haqqında danışdırırlar hər kəsi! Redaktorların, reportyorların, aparıcıların, xaricdəki müxbirlərimizin... dilində ancaq sənin sözündür, Zəhra! Dünyanın sözünü Azərbaycana, Azərbaycanın haqq səsini dünyaya ötürürlər! Mən əvəzdən də deyin, əziz həmkarlarım, mən əvəzdən də yazın!..



Sizin “Zəhra” deyən dilinizə qurban!..


“Xəbərlər”in təkcə bir buraxılışının anonsuna nəzər salmaq bəsdir ki, görülən işin miqyası görünsün:

 

-       Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cəbhə bölgəsində mülki şəxslərin qətlə yetirilməsi ilə əlaqədar Prezident İlham Əliyevə zəng etdi, başsağlığı verdi. Dövlətimizin başçısı bu hadisəni “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı növbəti hərbi cinayəti” adlandırdı...

-       Yeni Azərbaycan Partiyası hadisə ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi...

-       Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev erməni təxribatına münasibət bldirdi…

-       Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avstriya Parlamentinin deputatları ilə görüşündə “Beynəlxalq ictimaiyyət, o cümlədən Avropa dövlətləri ikili standartlardan əl çəkərək bu hadisəyə münasibət bldirməlidir” dedi...

-       Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mülki şəxslərin həlak olduğu yerə baxış keçirdi...

-       Milli Məclis sədrinin müavini Bahar Muradova Minskdə ATƏT-in Parlament Assambleyasının plenar iclasında deputatlara çağırış etdi: “Ermənilərin təmas xəttində mülki vətəndaşlara hücumları, təəssüf ki, sistemli xarakter daşıyır. Mənə xüsusilə ağırdır, çünki Füzuli rayonu Alxanlı kəndində ölənləri şəxsən tanıyırdım, indi isə onlar həyatda yoxdur...”      

-       Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı qurumun Kiyevdə keçirlən 95-ci “Rose-Roth” seminarında Zəhranın və nənəsinin al qana boyanan fotolarını etiraz aksiyası olaraq nümayiş etdirdi...

-       Azərbaycanda akkreditasiya olunmuş TRT, “İhlas Haber Ajansı”, “MİR” Televiziyası, “Associated Press”, RİA "Novosti”, "Amerikanın Səsi", “İnterfax”, BBC və digər KİV-lərin nümayəndələrinin, 12 dövlətin 15 hərbi attaşesinin Füzuli rayonunun Alıxanlı kəndinə səfəri təşkil olundu... 


Nəticə göz önündədir. Səni tanımayanlar gəldilər hüzuruna, o bir qarış məzarına baş əydilər, Zəhra! Həqiqəti gördüər, həqiqəti söylədilər. Dünya bu ağrıya biganə qala bilmədi. Bu dünyanın zalım vaxtında, uşaq qatillərinin uşaq qanına susadığı zamanda nənənin qucağında fotoaparata dikilən gözlərinə sakit baxa bilmədi dünya! Ən daşürəkli insan belə cansız cəsədini görüncə göz yaşlarını saxlaya bilmədi! Və səni öz torpağında, öz evində öldürənlərə lənət oxudu! Dünyanın aparıcı beynəlxalq təşkilatları, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, ABŞ Dövlət Departamenti bəyanat verdi, əsas günahkarın Ermənistan olduğunu göstərdi.

 

-       İspaniya, İtaliya, Amerika, Fransanın... məşhur KİV-ləri, nəşrləri Alıxanlı faciəsindən yazdı, dünyanın nüfuzlu telekanalları bu barədə süjetlər yayımladı...

-       Fransa siyasətçiləri Alıxanlı şəhidlərinə görə Prezident Emmanuel Makrona müraciət etdi...

-       Fransa Senatının üzvü Natali Quli: “Yalnız bir seçim var – BMT TŞ-nı çağırmaq və daha ciddi addımlar atmaq lazımdır. Düşünürəm ki, Azərbaycan çox səbr edib, artıq onun səbr kasası daşır...” dedi...

-       Fransa-Qafqaz Dostluq Qrupunun sədri senator Andre Reyşar: "Bu dramatik hadisə Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olmadığını bir daha sübut edir. Mən Azərbaycan Ordusunun qisas almaq niyyətindən və bunun yeni hərbi toqquşmalara səbəb olacağından qorxuram. Bu faciənin törədilməsinə bəraət qazandıracaq səbəbləri barədə erməni tərəfindən eşitmək istəyirəm…”

-       Berlinin Branderburq qapıları meydanında, eləcə də Hanover şəhərində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı ilə əlaqədar etiraz aksiyası keçirildi...

-       Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter “The Times”, “The Guardian”, “The Economist” və “New York Times” kimi milyonlarla oxucu auditoriyası olan nüfuzlu qəzet və dərgilərə məktubla müraciət etdi: “Bu vəhşiliyi törədənlər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunmalıdırlar…”

-       İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri senator Sercio Divina:“Məni bu balaca qızın və onun nənəsinin nəşinin şəkilləri dəhşətə gətirdi, istər onların qətlə yetirilməsi, istərsə də münaqişənin davam etməsi beynəlxalq mətbuatda geniş işıqlandırılmalıdır...”

-       Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç: “Bu əməli törədənlər insan ola bilməzlər. Günahsız yaşlı qadını və 2 yaşlı körpəni qətlə yetirənləri insan hesab etmirəm. Bu hadisə bizi 25 il əvvəl törədilmiş Xocalı qətliamına aparır…”

-       Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan deputatı Olav Quitting: “Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onun tərkibində qalacaqdır. Yalnız erməni silahlı qüvvələrin bu ərazilərdən çıxarılması dinc əhalinin tələf olmasını qarşısını ala, sülh prosesinin inkişaf etməsinə isə zəmin yarada bilər...” .  


Dünyanı “danışdıran” qanlı cəsədinə qurban, körpə şəhidim! Dünya səndən danışır! Artıq dinə-imana gəldi, deyəsən, səsimizi eşitdi!.. 


Zəhra – Azərbaycandır, gəlin Azərbaycandan danışaq, Zəhra Qarabağdır, gəlin Qarabağdan danışaq! Danışaq ki, bu, bir “Zəhra kampaniyası” olaraq qalmasın! Danışaq ki, bizi yandıran, bizi ağladan, bizi sarsıdan Zəhralar olmasın, Zəhralar ölməsin! Haqq yerini alanadək, Qarabağı azad edənədək danışaq!..


Sizin “Zəhra” deyən dilinizə qurban!..
 


Mən də, hələlik sözümə şair Ramiz Məmmədzadənin misraları ilə nöqtə qoyuram...

 

Sən ki zərif bir çiçəkdin,
Sən ki hələ Alxanlının
Cənnət çağın görəcəkdin...
Sabahını, o gələcək günlərini
  qara fələk apardı.
Göylər, Yerlər gördü səni
  gördü, şivən qopardı.
O xain güllənin səsi
  oynatdı yerindən
Tüfəngə döndərdi 
  ormanları, dağı, daşı...
Mən səngərə, döyüşlərə
  çağırıram
  damarından Zəhramızın
    qanı axan
Hər igidi, vətəndaşı!
Layla, Zəhram, körpə Zəhram,
   Zəhram, heyy!...

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Etirazçı köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək
22.11.2017, 15:15

Etirazçı köçkünlərə rəsmi CAVAB: Dondurulmuş əməkhaqqı verilməyəcək

Dövlət qulluğu üçün sınaq imtahanı keçirildi
22.11.2017, 15:13

Dövlət qulluğu üçün sınaq imtahanı keçirildi

Qılıncoynatma Federasiyasında yeni TƏYİNATLAR
22.11.2017, 15:07

Qılıncoynatma Federasiyasında yeni TƏYİNATLAR

“Təhdidlər hamımızı narahat edir” - Əli Həsənov
22.11.2017, 15:03

“Təhdidlər hamımızı narahat edir” - Əli Həsənov

Deputat səfirliklərin problemini qaldırdı   
22.11.2017, 14:56

Deputat səfirliklərin problemini qaldırdı  

2000 insanın diri-diri yandırıldığı məscid - REPORTAJ
22.11.2017, 14:52

2000 insanın diri-diri yandırıldığı məscid - REPORTAJ

Azərbaycanın bəzi yerlərində radon qazı normadan artıqdır - TƏHLÜKƏ
22.11.2017, 14:46

Azərbaycanın bəzi yerlərində radon qazı normadan artıqdır - TƏHLÜKƏ

Kamal Abdullanı gənc rektor əvəzləyəcək - ADU-da YENİLİK - FOTOLAR
22.11.2017, 14:39

Kamal Abdullanı gənc rektor əvəzləyəcək - ADU-da YENİLİK - FOTOLAR

İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə GÖRÜŞƏCƏK  
22.11.2017, 14:39

İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə GÖRÜŞƏCƏK  

 Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”
22.11.2017, 14:33

Ərdoğan: “Qarabağ problemini yalnız Rusiya həll edə bilər”

Azay Quliyev hökuməti QHT-lərə diqqəti artırmağa çağırdı
22.11.2017, 14:29

Azay Quliyev hökuməti QHT-lərə diqqəti artırmağa çağırdı

Rasim Balayev müalicə üçün Türkiyəyə gedəsi olmadı
22.11.2017, 14:22

Rasim Balayev müalicə üçün Türkiyəyə gedəsi olmadı

Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir   
22.11.2017, 14:08

Qərbi Kaspi Universiteti tələbələrini işlə təmin edir  

Vitse-spiker: “Bu, məhkəmə prosedurlarının pozulmasına gətirib çıxarır”
22.11.2017, 13:57

Vitse-spiker: “Bu, məhkəmə prosedurlarının pozulmasına gətirib çıxarır”

Komitə sədri Baş nazirə müraciət etdi
22.11.2017, 13:55

Komitə sədri Baş nazirə müraciət etdi

“Hökumət araşdırma aparıbmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb?”    
22.11.2017, 13:52

“Hökumət araşdırma aparıbmı ki, 2017-ci ildə nə qədər iş yeri bağlanıb?”  

Türk lirəsi batır…Həm də Zərraba GÖRƏ
22.11.2017, 13:38

Türk lirəsi batır…Həm də Zərraba GÖRƏ

Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir
22.11.2017, 13:37

Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir

Qarabağda minaya düşən erməni əsgər  ağır vəziyyətdədir
22.11.2017, 13:35

Qarabağda minaya düşən erməni əsgər  ağır vəziyyətdədir

Daha bir ana ölümü - Bu dəfə Gəncədə
22.11.2017, 13:31

Daha bir ana ölümü - Bu dəfə Gəncədə

Ağır yol qəzası ilə bağlı rəsmi MƏLUMAT: 1 ölü, 8 yralı   
22.11.2017, 13:29

Ağır yol qəzası ilə bağlı rəsmi MƏLUMAT: 1 ölü, 8 yralı  

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF
22.11.2017, 13:27

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

Keçmiş arvadını öldürən kişi həbs olunub  
22.11.2017, 13:26

Keçmiş arvadını öldürən kişi həbs olunub  

Azərbaycanda kişilər bu zorakılıq növlərinə məruz qalırlar - Dövlət Komitəsi AÇIQLADI   
22.11.2017, 13:18

Azərbaycanda kişilər bu zorakılıq növlərinə məruz qalırlar - Dövlət Komitəsi AÇIQLADI  

Əhliman Əmiraslanov hökuməti səhiyyə xərclərini artırmağa çağırdı   
22.11.2017, 13:08

Əhliman Əmiraslanov hökuməti səhiyyə xərclərini artırmağa çağırdı  

Azarkeşlər “Qarabağ”ım oyununa niyə 3 saat əvvəldən çağırılıb? - AÇIQLAMA   
22.11.2017, 12:59

Azarkeşlər “Qarabağ”ım oyununa niyə 3 saat əvvəldən çağırılıb? - AÇIQLAMA  

Bu ölkədə 1 ayda 2,4 min insan qətlə yetirilib
22.11.2017, 12:57

Bu ölkədə 1 ayda 2,4 min insan qətlə yetirilib

Yevda Abramov sərt DANIŞDI: “Bizdə qiymət qalxdısa, onun enməsi problemdir”
22.11.2017, 12:46

Yevda Abramov sərt DANIŞDI: “Bizdə qiymət qalxdısa, onun enməsi problemdir”

Rəsulzadənin xanımının məzarını tapan jurnalist: “Əlavə detallar öyrənməyə çalışıram”   
22.11.2017, 12:45

Rəsulzadənin xanımının məzarını tapan jurnalist: “Əlavə detallar öyrənməyə çalışıram”  

ABŞ-da Azərbaycan həqiqətləri təbliğ edilib   
22.11.2017, 12:38

ABŞ-da Azərbaycan həqiqətləri təbliğ edilib  

Sabahın hava PROQNOZU   
22.11.2017, 12:34

Sabahın hava PROQNOZU  

Gürcüstan prezidenti İlham Əliyevə məktub göndərdi
22.11.2017, 12:31

Gürcüstan prezidenti İlham Əliyevə məktub göndərdi

Deputat şəhid ailələri ilə bağlı təklif verdi
22.11.2017, 12:25

Deputat şəhid ailələri ilə bağlı təklif verdi

“Onu general kimi görəcəyimə sevinirdim” - Milli Qəhrəman Murad Mirzəyevin XANIMI - FOTOLAR   
22.11.2017, 12:24

“Onu general kimi görəcəyimə sevinirdim” - Milli Qəhrəman Murad Mirzəyevin XANIMI - FOTOLAR  

Soçi GÖRÜŞÜ: Moskva, Tehran və Ankara Suriyanın taleyini həll edəcək
22.11.2017, 12:20

Soçi GÖRÜŞÜ: Moskva, Tehran və Ankara Suriyanın taleyini həll edəcək

ARXİV