Modern.az

Kəmaləddin Heydərov istefa ərizəsi yazıb? - Nazirlikdən rəsmi CAVAB

Kəmaləddin Heydərov istefa ərizəsi yazıb? - Nazirlikdən rəsmi CAVAB

Ölkə

18 İyul 2017, 17:19

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vəzifəsindən ayrılmaq üçün istefa ərizəsi yazdığı barədə yayılan məlumat tamamilə yalandır.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib.

 Nazirlik rəsmisi deyib ki, bu məlumatların  heç bir əsası yoxdur:
 

“Nazirlik olaraq mətbuatı dövlət qurumları haqqında məlumat yayarkən diqqətli olmağa dəvət edirik”. 


10may.az saytının yazdığına görə, nəqliyyat naziri Ziya Məmmədovun tutduğu vəzifə ləğv ediləndən sonra, Fövqalədə Hallar Nazirliyində yeni problemlər yaranıb. Saytın iddiasına görə, FHN-in səlahiyyətlərinin ARDNŞ-ə və Nazirlər Kabinetinə verilməsi planlaşdırılıb. Kəmaləddin Heydərova gəldikdə isə onun Səudiyyə Ərəbistanına səfir göndəriləcəyi bildirilib. Nazir Kəmaləddin Heydərovun isə 3 ay öncə istefa ərizəsi yazdığı iddia olunur. Elə bu səbəbdən də onun “Gilan” holdinqdən imtina etdiyi də qeyd edilir.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı