Modern.az

Sanatoriya rəhbəri olan qadın qəza törətdi: 1 ölü, 3 yaralı, Yenilənib

Sanatoriya rəhbəri olan qadın qəza törətdi: 1 ölü, 3 yaralı, Yenilənib

Aktual

18 İyul 2017, 23:09

Goranboyda qadın sürücünün idarə etdiyi avtomobil aşması nəticəsində ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşdirilib. Modern.az APA-ya istinadən xəbər verir ki, ölən şəxs 1975-ci il təvəllüdlü Goranboyun Tapqaraqoyunlu sakini Hacıyeva Sahibə Cuma qızıdır. 

Xəsarət alanlar: sürücü, 1961- ci il təvəllüdlü Naftalan şəhər sakini Hüseynova Ceyhunə Nəriman qızı və sərnişinlər 1969- cu il təvəllüdlü Tapqaraqoyunlu sakini Qarayeva Günarə Ağaəli qızı və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Əmirova Arifə Tahir qızıdır. 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

22:00

 

Goranboyda qadın sürücünün idarə etdiyi avtomobil aşıb. Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə  Goranboy-Tapqaraqoyunlu avtomobil yolunda qeydə alınıb. Hadisə nəticəsində , 4 nəfər xəsarət alıb.

Məlumata görə, Naftalan şəhərində yerləşən sanatoriyalardan birinin qadın rəhbəri öz işçilərini – 3 qadını evlərinə aparan zaman idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobilinin qarşısına qoyun çıxıb. İdarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Qəza zamanı müxtəlif xəsarətlər alan 4 qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralıların Gəncədə olan tibb müəssisələrdən birinə aparılması nəzərdə tutulub.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.  

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı