Modern.az

Surət Hüseynov yeni şəkillərini paylaşdı - FOTOLAR

Surət Hüseynov yeni şəkillərini paylaşdı - FOTOLAR

Aktual

25 İyul 2017, 12:40

Azərbaycanın sabiq baş naziri Sürət Hüseynov sosial şəbəkədə özünün fotolarını paylaşıb.

Strateq.az bildirir ki, dəniz kənarında çəkilən fotoda S.Hüseynov kostyumda durub. Şəklin altında müxtəlif şərhlər yazılıb.

Sürət Hüseynov 1993-cü ildə Azərbaycanda baş vermiş Gəncə qiyamının rəhbəridir. O zaman korpus komandiri olmuş S.Hüseynov Milli Qəhrəman adına da layiq görürülüb. Qiyam nəticəsində baş nazir təyin olunan S. Hüseynov 2 il sonra -1995-ci ildə daha bir dövlət çevrilişinə cəhddə ittiham olunaraq vəzifədən azad edilib. Moskvaya qaçan eks -baş nazir 1997-ci ildə Azərbaycana gətirilib. Məhkəmə ona cəza kəsib.

Həbsdən çıxdıqdan sonra S.Hüseynov Azərbaycanda yaşamır. Onun Türkiyədə yaşadığı və bizneslə məşğul olduğu bildirilir.  

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü