ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton məğlubiyyətin səbəblərini açıqlayacaq. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə xanım siyasətçi yeni kitabında məlumat yayacaq.
Məlumata görə, xanım Klinton seçkidəki məğlubiyyətinin əsas səbəbləri kimi Moskvanı və FTB-nin keçmiş direktoru Ceyms Komini göstərəcək
Hillari Klintonun keçmiş müttəfiqlərindən birinin dediklərinə görə, xanım siyasətçi həqiqətən məhz bu səbəblərə görə uduzduğuna inanır və bu kitabda açıqlayacağı faktlar böyük əks-səda doğuracaq. Avtobioqrafik esse toplusunun sentyabrda işıq üzü görməsi gözlənilir.
Modern.az